
Əfsər Talıbov: " Biz hələ Əfv Komissiyasına müraciət etməmişik"
"Gülər Əhmədovanın əfv olunacağı ilə bağlı xəbərlər şayədir. Biz
hələki Əfv Komissiyasına müraciət etməmişik".
Bu sözləri Movqe.az-a açıqlamasında sabiq deputat, hazırda həbsdə
olan Gülər Əhmədovanın vəkili Əfsər Talıbov söyləyib. Ə. Talıbov
bildirib ki, qaydaya görə, bunun üçün Komissiyaya müraciət
olunmalıdır: "Bu xəbər hardan qaynaqlanır bilmirəm. Amma biz hələki
Əfv Komissiyasına müraciət etməmişik. G. Əhmədovanın əfv olunması
üçün Əfv Komissiyasına müarciət olunub-olunmayacağı isə hələki
bəlli deyil".
Qeyd edək ki, "Azadlıq”a daxil olan məlumatlarda sabiq deputat
Gülər Əhmədovanın əfv oluna biləcəyi barədə məlumatlar yer
alıb.