Eldəniz Quliyev: “VİP-dən ip kimi istifadə edirlər”
Bizi izləyin

Nida.az

Eldəniz Quliyev: “VİP-dən ip kimi istifadə edirlər”


“El” hərəkatının Ali Məclisinin sədri Eldəniz Quliyevlə Vətəndaş və İnkişaf Partiyasının (VİP) rəhbərliyi arasında qarşılıqlı ittihamlar davam edir.Publika.Az xəbər verir ki, səsləndirdiyi ittihamlara görə məhkəməyə verilən E. Quliyev VİP-ə qarşı yeni ittihamlar səsləndirib.

“VİP deyilən qondarma bir partiya var! Və həmin o VİP, əslində, bəzi məmurların əlində, sözün əsl və məcazi mənasında bir İPdir,- yəni arada bir ondan, xoşlarına gəlməyən və ehtiyat etdikləri adamları boğmaq üçün istifadə eləyirlər. Təbii ki, bunun müqabilində, “maladies” əvəzi o vipçiklərin ağzına tula payından-zaddan bir şey də atırlar... Bəzən hətta, bu sayaq muzdla işləyən VİP rəhbərləri, ləzzətlə yerinə yetirdikləri “İP” funksiyasından vəcdə gələrək... İPləməlik edirlər!.. Deyirəm, şükür sənə İlahi, nə yaxşı ki, dəvəyə qanad verməmisən!”-deyə o bildirib.

VİP funksionerləri isə E.Quliyevi qeyri-peşəkarlıqda və etik çərçivələri aşmaqda ittiham ediblər.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm