• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Əli Həsənov Press Association və Associated Press agentliklərinin rəhbərləri ilə görüşüb

  • Nida.az
  • 14 May 2015 16:23
  • 284 Baxış
Əli Həsənov Press Association və Associated Press agentliklərinin rəhbərləri ilə görüşüb

Mayın 14-də Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli HəsənovAZƏRTAC-ın dəvəti ilə Bakıda səfərdə olan Böyük Britaniyanın Press Association xəbər agentliyinin baş icraçı direktoru, Avropa Xəbər Agentlikləri Alyansının prezidenti Klayv Marşal və ABŞ-ın Associated Press agentliyinin vitse-prezidenti Con Danişevski ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, Prezidentin köməkçisi Əli Həsənov qonaqlara Azərbaycanda söz və məlumat azadlığının vəziyyəti, kütləvi informasiya vasitələrinin fəaliyyəti, onların inkişafına dövlət dəstəyi barədə ətraflı məlumat verib. Əli Həsənov Azərbaycanda birinci Avropa Oyunlarına hazırlıqla bağlı görülən işlər barədə danışaraq, “Bakı-2015”-in rəsmi informasiya agentliyi olan AZƏRTAC-ın tərəfdaşları - Associated Press və Press Association agentlikləri tərəfindən də bu idman tədbirinin geniş işıqlandırılacağına əminliyini vurğulayıb. Əli Həsənov 2016-cı ildə AZƏRTAC-ın sədrliyi ilə Bakıda keçiriləcək V Dünya Xəbər Agentlikləri Konqresinin, habelə Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatının Baş Assambleyasının yüksək səviyyədə təşkil olunması üçün Azərbaycan hökuməti tərəfindən bütün lazımi tədbirlərin həyata keçiriləcəyini diqqətə çatdırıb.

Avropa Xəbər Agentlikləri Alyansının prezidenti Klayv Marşal qeyd edib ki, bu ilin martında Bakıda keçirilmiş Dünya Xəbər Agentlikləri Şurasının iclasında Avropa Oyunlarının işıqlandırılması və Dünya Xəbər Agentlikləri Konqresinə hazırlıq məsələləri ətrafında geniş müzakirələr aparılıb. O, həm AZƏRTAC-ın, həm də Azərbaycanın dostları kimi medianın inkişafı, onun problemlərinin həlli və peşəkarlığın yüksəldilməsi ilə bağlı lazımi dəstəyi göstərməyə hazır olduqlarını söyləyib.

Associated Press agentliyinin vitse-prezidenti Con Danişevski xəbər agentliklərinin təmsilçiləri kimi Azərbaycanda medianın inkişafına və Dünya Xəbər Agentlikləri Konqresinin uğurla keçməsinə kömək göstərəcəklərini diqqətə çatdırıb, bu məsələlərlə bağlı fikirlərini bölüşüb.

Görüş zamanı mətbuat azadlığının, plüralizmin inkişaf etdirilməsi, medianın müstəqilliyinin gücləndirilməsi, dünyada mövcud olan müasir standartların tətbiqi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Qonaqlar səmimi görüşə görə Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənova minnətdarlıqlarını bildiriblər.

Görüşdə AZƏRTAC-ın baş direktoru Aslan Aslanov iştirak edib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR