Nida.az
İlham Əliyev BMT-nin nümayəndə heyətini qəbul etdi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının baş direktoru Jose Qratsiano Da Silvanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Publika.az xəbər verir ki, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Baş direktoru Jose Qratsiano Da Silva ilə Romadakı son görüşünü məmnunluqla xatırlayan dövlətimizin başçısı onun ölkəmizə səfərinin və keçirdiyi görüşlərin məhsuldar və uğurlu olacağına əminliyini ifadə etdi. Azərbaycanla BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı arasında əməkdaşlığın fəal şəkildə inkişaf etdiyini vurğulayan Prezident İlham Əliyev tərəfdaşlıq əlaqələrimizin genişləndirilməsi üçün böyük planların olduğunu dedi.
Cənab Qratsiano Da Silva Minilliyin İnkişaf Məqsədləri üçün dünyanın 128 ölkəsinin yoxsulluğun yarıya qədər azaldılması öhdəliyini götürdüyünü və bu ölkələrdən yalnız 18-nin buna nail olduğunu vurğuladı. Bu öhdəlikdən sonra həmin ölkələrin yoxsulluğun 5 faizdən aşağı endirilməsini hədəf götürdüklərini qeyd edən Baş direktor Azərbaycanın dünyada buna nail olan 29 ölkədən biri olduğunu vurğulayaraq, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının bu ilin iyununda keçirəcəyi konfransda ölkəmizin bu təşkilatın xüsusi medalı ilə təltif ediləcəyini dedi. O, Azərbaycanın əldə etdiyi bu nailiyyətlərin xüsusi ilə region ölkələri üçün yaxşı nümunə olacağını da bildirdi.
Görüşdə Azərbaycanla BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı arasında əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.
Azərtac
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR - VİDEO
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ