Nida.az
Hüquq müdafiəçilərindən Azərbaycana qarşı kampaniyaya ETİRAZ - FOTOLAR
Azərbaycanın nüfuzlu hüquq müdafiə təşkilatlarının
təşəbbüsü və tanınmış Trend Beynəlxalq İnformasiya Agentliyinin
informasiya dəstəyi ilə ilk Avropa Oyunları ilə bağlı "dəyirmi
masa" keçirilib.
Trend Beynəlxalq İnformasiya Agentliyinin konfrans zalında
keçirilən "dəyirmi masa"da müxtəlif mövqedə olan hüquq müdafiə
təşkilatlarının rəhbərləri, o cümlədən Azərbaycan Demokratiyanın
İnkişafı və İnsan Haqları Müdafiəsi Fondu, Neftçilərin Hüquqlarının
Müdafiə Təşkilatı, "Humanitar Tədqiqatlar" İctimai Birliyi,
Azərbaycan İnsan Haqları Mərkəzi, "Hüquqi Yardım" İctimai
Birliyinin rəhbərləri iştirak ediblər.
"Dəyirmi masa"da aparılan müzakirələrdən sonra müraciət qəbul
olunub.
Azərbaycanda fəaliyyət göstərən hüquq müdafiəçilərinin ilk
Avropa Oyunları ilə bağlı keçirdiyi "dəyirmi masa"nın iştirakçıları
bu tədbirin ölkəmiz üçün əhəmiyyətli bir hadisə olduğunu
dəyərləndiriblər.
Müraciət müəllifləri dünya miqyaslı hadisə – ilk Avropa
Oyunlarına qarşı beynəlxalq səviyyədə başlanan qarayaxma
kampaniyasına baxmayaraq, bu tədbirin reallaşması üçün Azərbaycanın
öz səylərini azaltmadığını qeyd ediblər: "Avropa Oyunları bir neçə
gündən sonra reallaşacaq və bu oyunların keçirilməsi Azərbaycan
üçün geniş təbliğat imkanları yaradacaq".
Azərbaycanın müstəqillik əldə etdiyi dövrdən bu yana ölkədə
insan haqları, söz azadlığı və dövlətçiliyin möhkəmlənməsində öz
töhfəsini vermiş aparıcı hüquq müdafiəçiləri ilk Avropa Oyunlarına
qarşı təşkil edilmiş hücumları müzakirə edərək bəyan ediblər ki,
Oyunların keçirilməsinin ölkədə insan haqları sahəsində mövcud
problemlərlə əlaqələndirilməsi cəhdi qəbuledilməzdir: "Təəssüf ki,
I Avropa Oyunlarının Azərbaycanda keçirilməsini boykot etmək
məqsədilə edilən təşəbbüslər uğursuzluğa məruz qaldıqdan sonra
müxtəlif beynəlxalq dairələrdə Azərbaycana qarşı insan haqlarının
pozulmasını əsas gətirməklə bundan vasitə kimi öz maraqları naminə
istifadə edirlər".
Müraciətdə hüquq müdafiəçiləri bildiriblər: "Azərbaycanda insan
haqlarının qorunması ilə məşğul olan təşkilatların rəhbərləri kimi
bu problemləri hər zaman səsləndirmişik, onların həll olunması üçün
dövlət strukturlarına tənqid və təkliflərimizi ünvanlamaqla bu
problemlərin həllində öz tövhəmizi verməyə çalışmışıq. Məhz hüquq
müdafiəçilərinin daim bu məsələlərin dialoq yolu ilə həlli
istiqamətində səyləri qarşıya qoyulmuş məqsədlərə nail olunmasına
ciddi təsir edib.
Təcrübəmizdən irəli gələrək bilirik ki, Azərbaycana qarşı bu
kampaniya ümumilikdə problemləri dialoq yolu ilə həll etməklə
nəticələr əldə etmiş hüquq müdafiəçilərinin fəaliyyətinin
effektivliyinə ciddi zərbə vurur. Bu boykot kampaniyası heç də
insan haqları ilə bağlı islahatların aparılmasına yönəlməyib,
əskinə onları ilk Avropa Oyunları ilə əlaqəli şəkildə
səsləndirməklə Azərbaycana təzyiq vasitəsi kimi istifadə olunmasına
yol açır. Hesab edirik ki, ölkədə insan haqları ilə bağlı
məsələlərin ilk Avropa Oyunları ilə əlaqələndirilməsi onların həll
olunmasında ciddi dəyişikliklərə gətirib çıxarmayacaq.
Cəmiyyətimizin və ölkəmizin həyatında əsas rol oynayan hüquq müdafiəçiləri kimi ilk Avropa Oyunlarının uğurla həyata keçirilməsi üçün hər kəsin əlindən gələni əsirgəməməsinə çağırırıq və hesab edirik ki, tədbir ölkə üçün əhəmiyyətli və tarixi bir hadisəyə çevriləcək idman bayramıdır".
-
Art22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu
-
Hadisə21:25
Kürdəxanı təcridxanasında bit yayılıb? - RƏSMİ AÇIQLAMA
-
Hadisə20:15
Oteldəki zəhərlənmə ilə bağlı YENİ ŞOK İDDİA
-
Nida Xəbər 18:30
Prezidentdən Fransaya XƏBƏRDARLIQ: "Kritik həddə çatsa, onda bizdən heç kim inciməsin”
-
Ekologiya18:08
Güclü külək əsəcək, yağış yağacaq - XƏBƏRDARLIQ
-
Region18:00
Köçəryan Paşinyanın impiçmenti ideyasını ələ saldı: O səsləri haradan alacaqlar?
-
Rəsmi xronika17:30
İlham Əliyev Laçında sakinlərlə görüşdü