Əli Əhmədov Fransa səfiri ilə görüşdü
Bizi izləyin

Nida.az

Əli Əhmədov Fransa səfiri ilə görüşdü

Bu gün Azərbaycanın Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) icra katibi Əli Əhmədov Fransanın ölkəmizdəki səfiri Paskal Mönye ilə görüşüb.

Publika.az-ın məlumatına görə, görüşdə səfir ölkələrimizin dostluq münasibətlərini xatırladaraq, Fransa ilə Azərbaycan arasında əməkdaşlığın bütün sahələrdə uğurla inkişaf etdiyini vurğulayıb.

Azərbaycan ilə Fransa arasında ikitərəfli əlaqələrin zəngin tarixə malik olduğunu deyən Baş nazirin müavini Əli Əhmədov qarşılıqlı münasibətlərin bir çox sahələrdə fəal şəkildə genişləndiyini qeyd edib, bu əməkdaşlığın gələcəkdə daha da möhkəmlənəcəyinə əminliyini bildirib.

Azərbaycan ilə Fransa arasında sosial sahədə də əməkdaşlığın genişləndiyini vurğulayan Əli Əhmədov çoxlu sayda fransız şirkətlərinin ölkəmizdəki fəaliyyətinin və onların bu sahəyə verdiyi töhfənin önəmini qeyd edib.

Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər, o cümlədən Fransa şirkətlərinin Azərbaycanın səhiyyə müəssisələrinin inkişafına dəstəyi ilə bağlı fikir mübadiləsi aparılıb.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm