Nida.az
“Azərbaycanın 2014-cü il üçün dövlət büdcəsi çox uğurla icra olunub”- Azay Quliyev
Publika.az-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı millət vəkili Azay Quliyev 2014-cü il dövlət büdcəsinin icrası ilə bağlı məsələnin müzakirəsi zamanı bildirib. Onun sözlərinə görə, ötən il qarşıya qoyulan bütün tapşırıqlar yerinə yetirilib.
A.Quliyev deyib ki, sosial yönümlü layihələrdə hər hansı gecikmələr olmayıb:
“Dövlət Neft Fondundan dövlət büdcəsinə transferlərin azalması tendensiyası baş verir. Bu, ümumi daxili məhsulda da özünü göstərir. Digər mühüm məqamlardan biri odur ki, 2014-cü ildə dövlət büdcəsinə təxminən 1,5 milyard manat qənaət olunub”.
Azay Quliyev deputat həmkarı Fazil Mustafanın Türkiyədə yüzlərlə azərbaycanlı ailənin təhsili ilə bağlı qaldırdığı məsələyə də münasibət bildirib:
“Hesab edirəm ki, Azərbaycan hökuməti Türkiyədə yaşayan azərbaycanlıların təhsili məsələsinə xüsusi diqqət ayırmalıdır. Ayrılan vəsait onlara kifayət etmədiyindən dövlət buna müdaxilə etməlidir”.
A.Quliyev deputat seçildiyi Şirvan şəhərindəki problemlərə də toxunub:
“Şirvan sənaye şəhəridir. Lakin bir sıra ailələr yataqxanada məskunlaşıb. Yaxşı olardı ki, onlara torpaq sahəsi ayrılsın və evlər tikilsin. Təklif edirəm ki, hökumətin sənaye şəhərlərinə xüsusi yanaşması olsun. Büdcədən ayrılan vəsait hesabına sosial evlər tikilə bilər. Bu binalar hökumətin nəzarətində olan qurumlara həvalə edilməklə evsiz insanlara verilə bilər. Şirvan çox az şəhərlərdəndir ki, mərkəzi büdcədən dotasiya almır. Buna görə də, heç olmasa, Şirvan şəhərinin həssas problemlərinin həllinə diqqət ayrılmalıdır”.
Vasif Həsənli
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi