ABŞ-dan Azərbaycanla bağlı daha bir QƏTNAMƏ
Bizi izləyin

Nida.az

ABŞ-dan Azərbaycanla bağlı daha bir QƏTNAMƏ

ABŞ-ın Texas Ştatının Senatı və Nümayəndələr Palatası Azərbaycanın Respublika Günü ilə bağlı qətnamələr qəbul edib.

Publika.az-ın məlumatına görə, Texas ştatı Azərbaycanın Respublika Gününü rəsmi qətnamələr vasitəsilə təbrik edən bir sıra digər ABŞ ştatlarına qoşulub. Texas ştatının həm Senatı, həm də Nümayəndələr Palatasında Azərbaycan Demokratik Respublikasının (Azərbaycan Xalq Cümhuriyyətinin) yaranmasının 97-ci ildönümünə həsr olunmuş qətnamələr qəbul edilib.

Hər iki Palatada yekdilliklə qəbul olunmuş bu qətnamələrdə, 1918-ci ildə yaradılmış Azərbaycan Demokratik Respublikasının müsəlman dünyasının ilk demokratiyası olduğu, 1991-ci ildə müstəqilliyini bərpa edən müasir Azərbaycan Respublikasının onun davamçısı olduğu qeyd edilir.

Ölkəmizin ABŞ-ın sadiq dost və tərəfdaşı və mürəkkəb, geosiyasi baxımdan olduqca mühüm bir regionda sabit demokratik dövlət olduğu vurğulanır. Azərbaycanın regional sabitliyinin qorunmasında müstəsna rolu qeyd edilir, terrorçuluğa qarşı mübarizə və enerji təhlükəsizliyi sahələrində önəmli tərəfdaş olduğu vurğulanır.

Həmçinin Bakı şəhəri ilə qardaşlaşmış olan Texasın Hyuston şəhərində yaşayan Azərbaycan icmasının bir çox sahədə, o cümlədən mədəniyyətlərarası anlaşma və mədəni müxtəlifliyə verdiyi töhfəsi qeyd olunur.

Xatırladaq ki, bir neçə gün əvvəl Texas Senatı və Nümayəndələr Palatası yerləşən binada Azərbaycanın Respublika Gününə həsr olunmuş ziyafət keçirilib.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm