Fazil Mustafa: “Düşmənə göz dağı vermək baxımından seyr etməyə dəyərdi”
Bizi izləyin

Nida.az

Fazil Mustafa: “Düşmənə göz dağı vermək baxımından seyr etməyə dəyərdi”

“Avropa Oyunlarını stadiondan canlı izləmənin keyfini yaşadım. Möhtəşəm bir tədbir, möhtəşəm bir tərtibat”.

Publika.az-ın məlumatına görə, bunu Milli Məclisin (MM) deputatı Fazil Mustafa deyib: "Kifayət qədər rəngarənglik vardı və xüsusilə də Qobustan qayaları kompozisiyası mükəmməl idi. Alim Qasımov da, "Sarı gəlin" də, "Qarabağ şikəstəsi" də, hətta Ledi Qaqa belə tərtibatın içində tam uyğun görünürdü. "Alov kompozisiyası da sonluq üçün xeyli uğurlu seçim idi.

Ən çox zövq aldığım isə Türkiyə və Azərbaycan heyətlərinin haradasa eyni coşqu ilə qarşılanması idi. Düşmənə göz dağı vermək baxımından seyr etməyə dəyərdi. Bu tədbir hər şeydən əvvəl millətin səfərbər olma potensialını göstərdi. Təşkilatçılıqda, icrada zəhməti olan hər kəsə vətəndaş olaraq təşəkkür etməyi borc bilirəm. Ölkəmiz adına son illərin bəlkə də ən müsbət hadisəsi dəyə bilərəm. İnşallah idmançılarımız da uğurlu çıxışlarla əhvalımızı daha da yüksəldərlər". (gün.az)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm