Prezident İlham Əliyev ilk Avropa Oyunlarının açılışına qatılan dövlət başçıları şam edib - FOTO
Bizi izləyin

Nida.az

Prezident İlham Əliyev ilk Avropa Oyunlarının açılışına qatılan dövlət başçıları şam edib - FOTO

İyunun 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı, “Bakı-2015” birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva ilk Avropa Oyunlarının açılış mərasimində iştirak edən dövlət və hökumət başçıları, yüksək səviyyəli qonaqlar ilə birgə şam ediblər.

Şam yeməyində dövlət və hökumət başçıları, yüksək vəzifəli şəxslər Prezident İlham Əliyevi və xanımı, “Bakı-2015” birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanı açılış mərasiminin uğurla keçməsi münasibətilə təbrik etdilər.

Möhtəşəm açılış mərasimi müstəqillik dövründə ölkəmizin əldə etdiyi uğurları, möhkəmlənən beynəlxalq imicini, iqtisadi qüdrətini, dinamik sosial-iqtisadi inkişafını, beynəlxalq tədbirlərin təşkilində zəngin təcrübəsini, idmançılarımızın ən nüfuzlu beynəlxalq yarışlarda qazandıqları nailiyyətləri, Bakının planetin ən gözəl şəhərlərindən birinə çevrildiyini bir daha təsdiqlədi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm