I Avropa Oyunlarının açılış mərasimi Avropada belə izlənildi
Bizi izləyin

Nida.az

I Avropa Oyunlarının açılış mərasimi Avropada belə izlənildi

İyunun 12-də bütün Avropanın diqqəti Azərbaycanın paytaxtı Bakıya yönəldi. Tarixdə ilk dəfə keçirilən Avropa Oyunlarına olan yüksək marağı nəzərə alaraq Azərbaycan Tələbə Şəbəkəsi (ASN) Avropanın 3 paytaxtında açılış mərasimini birlikdə izləmək üçün görüşlər təşkil etdi.

Berlinin tarixi mərkəzi Çekpoint Çarlidə, Romanın məşhur küçələrindən biri olan Tomaçellidə və Praqanın Vitkov parkında Bakıdan canlı yayıma Avropada yaşayan azərbaycanlılarla yanaşı, başqa millətlərdən olan yüzlərlə insan tamaşa etdi. Musiqi qruplarının ifaları və həmvətənlərimizin təbrik mesajları görüşlərə xüsusi ab-hava gətirdi. Yüksək səviyyədə təşkil olunmuş açılış mərasimi Avropadakı hər bir azərbaycanlı tərəfindən qürurla izlənildi və Azərbaycanın yüksək potensialını bir daha sübut etdi.

Praqada açılış mərasimini izləmək üçün təşkil olunmuş tədbirə çexiyalı tamaşıçılarla yanaşı, Azərbaycanın Çexiyadakı səfiri Fərid Şəfiyev və diplomatik korpusun digər nümayəndələri, azərbaycanlı tələbələr, Gürcüstan Tələbə Şəbəkəsinin nümayəndələri qatılmışdılar. ASN-in üzvləri qonaqlara oyunların əhəmiyyəti haqqında məlumat verdilər və informasiya vərəqələri payladılar.

Berlində açılış mərasimindən öncə təşkil olunmuş tədbirdə ASN-in icraçı direktoru İbrahim Əhmədov və şəbəkənin digər üzvləri çıxış etdilər. Qeyd edildi ki, görüş üçün seçilmiş məkan simvolik əhəmiyyət daşıyır. Vaxtilə Şərqi Almaniya ilə Qərbi Almaniyanın keçid məntəqəsi Çekpoint Çarli Şərqlə Qərb arasında qapı rolunu oynayırdı. Bu gün isə Azərbaycanın paytaxtı Bakı Avropa Oyunlarına ev sahibliyi etməklə, Şərqlə Qərb arasında körpü rolu oynayır. Belə ki, Avropanın 50 ölkəsini bir araya gətirməklə Azərbaycan dünyaya qardaşlıq və sülh mesajı verir. Vurğulandı ki, Azərbaycanda yaradılmış multikulturalizm və tolerantlıq mühiti, dinindən, dilindən və milliyətindən asılı olmayaraq hər kəsin birlikdə sülh və əminamanlıq şəraitində yaşaması Avropa dəyərlərinin təzahürüdür.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm