Belarus səfiri: “Azərbaycan I Avropa Oyunlarının bağlanış mərasimini yüksək səviyyədə keçirdi”
Bizi izləyin

Nida.az

Belarus səfiri: “Azərbaycan I Avropa Oyunlarının bağlanış mərasimini yüksək səviyyədə keçirdi”

Azərbaycan I Avropa Oyunlarının bağlanış mərasimini yüksək səviyyədə keçirdi.

Bu barədə Trend-ə Belarusun Azərbaycandakı səfiri Nikolay Patskeviç deyib.

Diplomat bildirib: “Biz təsirli və həyəcanverici bağlanış mərasiminə şahid olduq. Nəhayət Avropanın öz idman Oyunları var və bu tədbiri Azərbaycan təşkil etdi”.

N.Patskeviç qeyd edib ki, Bakıda I Avropa Oyunlarının bağlanış mərasimi möhtəşəm idman bayramı olub: “Parlaq şou və möhtəşəm təşkilat – Azərbaycanın dinamik inkişafının daha bir sübutudur. Əsl idman dostluq, mehribanlıq və qarşılıqlı anlayış ideallarının dünyasında təsdiq amillərindən biridir. Məhz buna görə I Avropa Oyunlarının keçirilməsinin Azərbaycana həvalə edilməsi rəmzi məna daşıyır. Çünki Azərbaycan xalqı bütün bu yüksək idealları öz qəlbində daşıyır”.

Diplomatın sözlərinə görə, “Bakı 2015” I Avropa Oyunları növbəti Oyunların ev sahibləri üçün yüksək planka müəyyənləşdirib.

O həmçinin əlavə edib ki, idman tədbirinin yüksək statusunu açılış mərasimində 50 Avropa ölkəsinin yüksək vəzifəli nümayəndələrinin, həmçinin Belarus prezidenti Aleksandr Lukaşenkonun iştirak etməsi sübut edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm