Trampın Qarabağ MÜHARİBƏSİ, Amerikanın “ÖLÜMÜ”… - GÜNÜN SİYASİ XÜLASƏSİ
Bizi izləyin

Nida Təhlil

Trampın Qarabağ MÜHARİBƏSİ, Amerikanın “ÖLÜMÜ”… - GÜNÜN SİYASİ XÜLASƏSİ

Qafqaz və Qara dəniz bölgəsi yeni müharibənin məkanı ola bilər.

Erməni politoloqun proqnozlarına görə, Qafqaz və Qara dəniz bölgəsi yeni müharibənin məkanı ola bilər. Türkiyədə növbəti genişmiqyaslı terror aktının qarşısı alınıb. Hakimiyyətdən getməsinə sayılı günlər qalan Barak Obama administrasiyası Rusiya ilə münasibətləri gərginləşdirmək üçün əlində olan bütün vasitələrdən istifadə edir. Qərbin ağır sanksiyaları və neft qiymətlərinin kəskin düşməsinin nəticələri özünü Rusiyanın hərbi sənayesində də göstərməkdədir.

Erməni politoloq İqor Muradyanın proqnozlarına görə, Qafqaz və Qara dəniz bölgəsi yeni müharibənin məkanı ola bilər. O, ABŞ-da Donald Trampın prezident seçilməsini “kiçik inqilab” adlandırıb.

Erməni politoloqun fikrincə, Qafqaz-Qara dəniz bölgəsi qarşıdurmanın yeni məkanıdır. “Rusiya ümid edir ki, Amerika bu bölgədə qarşıdurmaya getməyəcək. Lakin bu olacaq. Çünki Tramp ABŞ-ın xarici siyasəti ilə məşğul olmayacaq. Amerikanın xarici siyasətini iki qrup yerinə yetirəcək: realistlər və neokonservatorlar. Onlar Qafqaz-Qara dəniz bölgəsində hakim olmaq siyasətini izləyəcəklər”, - deyə o bildirib.

Qafqaz-Qara dəniz bölgəsində qarşıdurmanın başlayacağı nöqtələr hara ola bilər? İ.Muradyan bildirib ki, müharibə olacaqsa, bunun mütləq Dağlıq Qarabağdan başlayacağını proqnozlaşdırmaq mümkündür.

Hakimiyyətdən getməsinə sayılı günlər qalan Barak Obama administrasiyası Rusiya ilə münasibətləri gərginləşdirmək üçün əlində olan bütün vasitələrdən istifadə edir. ABŞ Maliyyə Nazirliyi “Maqnitski aktı” əsasında Rusiyanın 5 vətəndaşına sanksiya tətbiq edib.

Qara siyahıya Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin (Ədliyyə generalı – red.) düşüb. Siyahıda həmçinin Andrey Luqovoy, Dmitri Kovtun, Stanislav Qordiyevski, Gennadi Plaksinin adı yer alıb.

Qeyd edək ki, “Maqnitski aktı” 2012-ci ildə ABŞ hökuməti tərəfindən qəbul edilib. O zaman bu qanun yalnız insan haqlarını pozan Rusiya vətəndaşlarına tətbiq edilirdi. Obama hakimiyyətinin sonlarına yaxın qanun bütün dünya dövlətlərinə aid edildi.

Siyahıda yer alan Andrey Luqovoy və Dmitri Kovtun Rusiya deputatlarıdır. Hər iki şəxs mətbuat tərəfindən Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları adlandırılırlar. Bu şəxslərin hər biri SSRİ Dövlət Təhlükəsizlik Komitəsində işlədiklərini təsdiqləsələr də, FTX ilə əlaqələrinin olmadığını bildirirlər. Maraqlı məqam odur ki, həm Luqovoy, həm də Kovtun Rusiya FTX-nın keçmiş əməkdaşı Aleksandr Litvinenkonun Britaniyada zəhərlənərək öldürülməsinin birbaşa iştirakçısı sayılırlar.

ABŞ senatorları Rusiya barəsində hərtərəfli sanksiyalar paketi hazırlayıb. ABŞ Senatının respublikaçı senatoru Con Makkeyn, demokrat senatorlar Ben Kardin və Robert Menendes seçki prosesinə qarışmasına görə Rusiyaya qarşı yeni sanksiyalar paketinin hazır olduğunu bəyan ediblər. Bundan əvvəl ABŞ Milli Kəşfiyyatı Rusiyanın ABŞ-dakı seçkilərə müdaxiləsinə dair məruzənin qeyri-məxfi hissəsini yayıb. Məlumata əsasən, adıçəkilən məruzə Donald Trampı inandırıb ki, Rusiya hakerləri həqiqətən kiberhücumlar həyata keçirərək seçki prosesinə müdaxilə ediblər.

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ), Federal Təhqiqatlar Bürosu (FTB) və Milli Təhlükəsizlik Agentliyində (NSA) Rusiya müəmması dərinləşir. Hər üç qurum Rusiyanın ABŞ-da keçirilən prezident seçkilərinə müdaxilə etdiyini bildirsə də, dəlil təqdim etməkdən boyun qaçırıblar.

Məsələ ilə bağlı açıqlama verən Dövlət Departamentinin sözçüsü Con Kirbi ortada dəlil olmadığını etiraf edib. Onun sözlərinə görə, sübut olmasa da, rəsmi dairələr saxtakarlığın Moskvadan idarə olunduğuna inanır.

CNN televiziyasına müsahibəsində Gürcüstanın eks-prezidenti, Ukraynanın Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili isə Rusiyanın Gürcüstanda keçirilən seçkilərə müdaxilə etdiyini deyib.

“Putin güclü şəkildə Gürcüstanda keçirilən seçkilərə təsir edib. O, həmçinin, Ukraynadakı seçkiyə də təsir etməyə cəhd göstərib. Əgər Baltikyanı ölkələrin liderlərindən soruşsanız, onlar da Rusiyanın müdaxilələrindən danışacaqlar. Mən Putini yaxşı tanıyıram. Onunla çox görüşüb, söhbət etmişəm. Putin həmişə Rusiya kəşfiyyat xidmətlərinin əməliyyatlarını detallarına qədər bilir. Heç kim ondan ən kiçik şeyi belə gizlətməyə cəhd edə bilməz”, – deyə Saakaşvili bildirib.

Fransanın “Milli Cəbhə” Partiyasının lideri, prezidentliyə namizəd Marin Le Pendən Moskvanı sevindirəcək bəyanat gəlib. Söhbət Krımın Rusiyanın tərkib hissəsi kimi tanınmasından gedir.

Ultra-sağçı siyasətçinin sözlərinə görə, 2014-cü ilin martında Ukraynanın Krım yarımadasının Rusiyaya birləşdirilməsi qanunsuz deyildi. Krımın Rusiyanın ayrılmaz hissəsi olduğunu deyən siyasətçi qeyd edib ki, onun Krım məsələsi üzrə mövqeyi ABŞ və Avropa İttifaqının fikirləri ilə uyğun gəlmir. O, Krımda keçirilən referendumunun nəticələrini qəbul etdiyini vurğulayıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Putin Amerikanın məhvini təxirə saldı

Qərbin ağır sanksiyaları və neft qiymətlərinin kəskin düşməsinin nəticələri özünü Rusiyanın hərbi sənayesində də göstərməkdədir. Rusiyanın “Kommersant” nəşrinin yazdığına görə, ağır iqtisadi situasiyaya görə Podolsk elektromexanika zavodu Yars” raket kompleksləri üçün avadanlıqları istehsal edə bilmir.

Bununla da dövlət sifarişlərinin icrası təhdid altına düşüb. Söhbət raket komplekslərin işəsalma qurğularının hidravlik sistemlərinin elementlərindən gedir.

Qitələrarası RS-24 “Yars” ballistik strateji raket kompleksi 2000-ci illərdə RT-2PM2 “Topol-M” komplekslərinin inkişafı çərçivəsində hazırlanan raket 2009-cu ildə Rusiyanın strateji təyinatlı raket qoşunlarının arsenalına daxil edilib.

ABŞ mediası “Yars” raketini 2030-cu ildə Rusiya silahının 5 ən öldürücü nümunəsi arasına daxil edib. Hərbi ekspertlər hesab edir ki, Rusiya və ABŞ arasında mümkün qarşıdurmada sözügedən raketlər ABŞ ərazisinə öldürücü zərbə vurmaq üçün Moskvanın əlindəki əsas silah olacaq.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Geoloqlar isə bu fikirdədir ki, Amerikanı Putinin “Yars” ballistik raketləri deyil, “Yellowstone” vulkanı məhv edə bilər. Geoloqlar vulkanın partlamaq vəziyyətində gəldiyini deyir. Hazırda vulkanın ətrafında Milli Park salınıb və turistlər üçün bura ən maraqlı gəzinti yerlərindən biridir. Lakin geoloqların proqnozuna görə, vulkan partlayarsa, ABŞ-ın yarısı məhv olacaq.

Suriyada isə xeyli zəiflədilən İŞİD terror təşkilatının yerini İranın dəstəklədiyi “Haşdi Şabi” yeni bir İŞİD olma yolunda irəliləyir. “Haşdi Şabi”nin 16 ölkədən aldığı 100-dən çox fərqli silah növündən istifadə etdiyi Beynəlxalq Əfv Təşkilatının (Amnesty International) hesabatlarında yer alıb.

Xüsusilə İraqdakı qətliamlarla ad çıxaran “Haşdi Şabi” daha sonra Suriya lideri Bəşər Əsədin dəvəti ilə Hələbin müxalifət qüvvələrindən təmizlənməsində rol alıb.

Beynəlxalq Əfv Təşkilatı “Haşdi Şabi”nin müsəlman ərəbləri sistematik şəkildə qətl etdiyini müəyyənləşdirib. Təşkilat Bağdadı “Haşdi Şabi”ni silahlandırmaqda və insan haqlarının pozulmasına göz yummaqda ittiham edib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

İran və Əsəd Türkiyəyə qarşı aşirət (tayfalar) kartını oynamağı planlaşdırır. Türkiyənin “Yeni Şafak” qəzetinin məlumatına görə, son bir ildə Dəməşq və Tehran təmsilçiləri Suriyanın şimalında aşirət liderləri ilə təmas qurmağa başlayıb. Əsas məqsəd Türkiyənin “Fərat qalxanı” əməliyyatına zərbə vurmaqdır.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Yanvarın 8-də dünyasını dəyişən İranın Ali Dini Şurasının sədri, ölkənin keçmiş prezident Əli Əkbər Haşimi Rəfsəncani bu gün dəfn olunub. Rəfsəncani İranın İslam Respublikasının banisi Xomeyninin Tehranın cənubunda yerləşən mavzoleyində dəfn edilib.

Türkiyədə növbəti böyük faciənin qarşısı alınıb. Qaziantep şəhərinin Polis Təşkilatına girməyə çalışan və kamikadze olduğu deyilən terrorçu öldürülüb.

Hadisə yerindən qaçan digər terrorçu sağ ələ keçirilib. Türkiyə KİV-i yazır ki, Qaziantep polisi bir neçə gün əvvəl hücumun təşkil ediləcəyi barədə kəşfiyyat məlumatı almış və təhlükəsizlik tədbirlərini gücləndirmişdi.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm