Yeganə VARİANT, iki gün sonra qorxunc sonluğun BAŞLANĞICI... – GÜNÜN SİYASİ XÜLASƏSİ
Bizi izləyin

Nida Təhlil

Yeganə VARİANT, iki gün sonra qorxunc sonluğun BAŞLANĞICI... – GÜNÜN SİYASİ XÜLASƏSİ

Ermənistanın Gümrü şəhərinin yaxınlığında zəlzələ baş verib. Qazaxıstanın paytaxtı Astanada Suriyada atəşkəs rejiminin zaminləri olan Rusiya, Türkiyə və İranın nümayəndələrinin yer aldığı işçi qrupunun iclası başlanıb. Rusiya prezidenti Vladimir Putinlə Çin Xalq Respublikasının sədri Si Cinpin arasında görüş keçirilib. Rusiya və ABŞ prezidentləri - Vladimir Putin və Donald Tramp arasında keçiriləcək görüşün tarixi məlum olub. Neft müharibələrindən başı ayılmayan Yaxın Şərqdə su müharibələri başlayır. Dünyanın diqqəti yenidən Koreya yarımadasına çevrildi.

Azərbaycanın Rusiyadan aldığı silahların növbəti partiyasının Bakıya çatdırılması İrəvanda qəzəb doğurdu. İndi münaqişə qaçılmazdırmı və Ermənistan yeni “təhlükəsizlik zaminləri axtarmağa” başlayacaqmı?!

Bu barədə Rusiyanın “Rosbalt” agentliyi Azərbaycanın əraziləri azad etmək üçün yeni müharibəyə hazırlaşdığına dair məqaləsində yazır. Agentlik Bakıya gətirilən silahlara diqqət çəkib və bu silahların ən yeni hərbi texnika olduğunu qeyd edib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Rusiya Cənubda öz güclərini cəmləşdirəcək, çünki Ukraynadan sonra hədəf Qafqazdır. ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) kölgəsi hesab olunan “Stratfor” kəşfiyyat-analitik mərkəzi Rusiyanın yeni hərbi hədəfləri haqda yazıb.

Rusiya son 20 il ərzində ilk dəfə hərbi büdcəsini 5 faiz azaltdığına diqqət çəkən mərkəz qeyd edir ki, “görünür, Rusiya diqqətini əsas hədəflərə yönəldəcək”.

“Münaqişənin mərkəzi Qafqaza – Gürcüstana, Azərbaycana və Ermənistana daşına bilər. Məhz Qafqaz Qərb və Rusiyanın beynəlxalq səviyyədə hərbi-siyasi qarşıdurmasının yeni nöqtəsi ola bilər”, - deyə məqalədə bildirilir.

Mərkəzin analitikləri iki məqama diqqət yetirilirlər: birincisi, Gürcüstanda NATO-nun tədris mərkəzinin açılışı; ikincisi, Dağlıq Qarabağ münaqişəsi zonasında gərginliyin artması.

Amerikalı analitiklər qeyd edirlər ki, Rusiya Qarabağ münaqişəsində təmkinli diplomatiya izləyir. Moskva münaqişə tərəflərini dialoqa çağırır, həmçinin, hər iki ölkəyə silah çatdırır.

Bu gün Ermənistanın Gümrü şəhərinin yaxınlığında Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib. Episentri 10 kilometr dərinlikdə olan zəlzələ Stepanavan və Artik şəhərlərində hiss edilib. Dağıntılar və zərərçəkənlər barədə məlumat verilməsə də, zəlzələnin “Metsamor” Atom Elektrik Stansiyasına çox da uzaq olmayan ərazidə baş verməsi region üçün narahatlığı artırıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan iki gün əvvəl ölkəsində səfərdə olan Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə görüşdü. Rusiyanın “Svobodnaya pressa” nəşri İstanbulun Tarabya sarayında bağlı qapılar arxasında baş tutan görüşü qiymətləndirib.

Nəşr qeyd edir ki, Moskva PYD terror təşkilatının ABŞ-a yaxınlaşmasından sonra təşkilatın nəzarətində olan Suriyanın Afrin bölgəsindən uzaqlaşmağa qərar verib. Bu baxımdan, Türkiyənin Afrində həyata keçirəcəyi əməliyyata Rusiyanın da dəstək verəcəyi bildirilir.

Türkiyənin həyata keçirəcəyi əməliyyatın “Fərat Qılıncı” adlandırılacağını yazan “Svobodnaya pressa” 70 gün davam edəcək əməliyyatın gedişatında bölgədəki 41 PYD hədəfinin məhv edilməsinin planlaşdırıldığını qeyd edib.

Nəşr yazır ki, PYD-nin rəhbəri Saleh Müslim əməliyyata mane olmaq üçün ABŞ-dan kömək gözləyir.

Yaxın vaxtlarda İŞİD və “Əl-Qaidə” terror təşkilatlarının birləşməsi imkanı mövcuddur. Bu proqnozla Avropa İttifaqının terrorizmlə mübarizə məsələləri üzrə koordinatoru Jil de Kerşov Belçikanın “Soir” qəzetinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, faktiki hərbi uğursuzluqlarına baxmayaraq, təşkilat internetdə fəaliyyətini davam etdirir. Siyasətçi bildirib ki, internetdə terrorizmin təbliğatı ilə mübarizə üçün daha çox səy göstərmək lazımdır.

Kerşov əlavə edib ki, Avropa İttifaqının polis xidmətində (“Avropol”) terrorçuların internetdə daimi monitorinqi üçün mütəxəssislərdən ibarət komanda yaradılıb.

Qazaxıstanın paytaxtı Astanada Suriyada atəşkəs rejiminin zaminləri olan Rusiya, Türkiyə və İranın nümayəndələrinin yer aldığı işçi qrupunun iclası başlanıb. İclasda müzakirə olunacaq əsas məsələ təhlükəsiz zonalarının sərhədlərinin uyğunlaşdırılmasıdır.

İclasın gündəliyində həmçinin tarixi-mədəni obyektlərin minalardan təmizlənməsi və milli barışıq üzrə komitənin yaradılması mövzuları var.

Öz növbəsində, Qazaxıstanın xarici işlər naziri Kayrat Abrmaxmanov bildirib ki, yekun sənədlər təhlükəsizlik zonaları haqqında memorandumla bağlı olacaq.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Neft müharibələrindən başı ayılmayan Yaxın Şərqdə su müharibələri başlayır. İran iki gün öncə öz torpaqlarından başlayaraq, Şimali İraqa, oradan isə İraqa axan Kiçik Zap çayı üzərindəki Silve, Visk və Kolse baryerlərinin qarşısını kəsib. İran rəsmiləri quraqlığı səbəb göstərərək, baryerləri ən azı 60 gün ərzində bağlı tutacaqlarını açıqlayıb.

Şimali İraq Kürd Muxtariyyəti isə İranın yolunu gedərək, Bağdada gedən suyun yolunu kəsib. Su problemi ilə üzləşən Bağdad hakimiyyəti narahatdır.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

ABŞ-ın dəstək verdiyi “Suriya Demokratik Gücləri” İŞİD terror təşkilatının nəzarətində olan Suriyanın Rakka şəhərinin mərkəzinə doğru irəliləyir. Bu haqda Amerika Mərkəzi Qüvvələr Komandirliyi (CENTCOM) məlumat yayıb. Açıqlamada bildirilir ki, beynəlxalq koalisiyanın dəstəyi ilə Rakkanın “Köhnə Şəhər” adlandırılan tarixi bölgəsində İŞİD-in müdafiəsini yarmaq mümkün olub.

ABŞ prezidenti Donald Tramp Rusiyaya qarşı siyasi alət kimi Avropaya mayeləşdirilmiş qaz çatdırmasından istifadə edir. Bu haqda “Röyters” agentliyi yazıb.

Ağ Evdə qeyd edirlər ki, son illərdə Moskva qış aylarında qonşu ölkələrlə qiymət mübahisələri zamanı qazın çatdırılmasını dayandırıb. Trampın energetika ehtiyacına görə “Rusiyanın əsarətində” qalan müttəfiqlərə kömək etmək istədiyi bildirilir.

“Amerika maye qazının Avropaya çatdırılması Kremldən asılılığı azaltmalıdır”, - Ağ Evdən qeyd ediblər.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Şimali Koreya ballistik raket sınağı keçirib. Pxyonan-Pukto vilayətindən buraxdığı raket Yaponiyanın xüsusi iqtisadi zonasının ərazisinə düşüb.

Koreya Xalq Demokratik Respublikasının (KXDR) ölkənin qərbində yeni ballistik raket sınağını keçirməsi bölgədə vəziyyəti yenidən gərginləşdirib. Seul və Tokionun bəyanatlarına görə, raket təxminən 40 dəqiqə ərzində 930 kilometr məsafə qət edib.

Yaponiya raket sınağını təxribat olaraq qiymətləndirib və Pxenyanın BMT Təhlükəsizlik Şurasının qətnamələrini növbəti dəfə pozduğunu açıqlayıb. Cənubi Koreyanın yeni dövlət başçısı Mun Çje İn isə Təhlükəsizlik Şurasının təcili toplantısını çağırıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

“Koreya Xalq Demokratik Respublikası tərəfindən birinci qitələrarası ballistik raketin işə salınması deməyə əsas verir ki, Pxenyan ABŞ-a nüvə döyüş sursatları ilə zərbə üçün texnologiyalara malikdir”. Bunu Hərbi-siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri, beynəlxalq məsələlər üzrə Rusiya Şurasının eksperti Vladimir Batyük deyib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

“Koreya Xalq Demokratik Respublikası ətrafında eskalasiya potensial olaraq vəziyyətin faciəli inkişafına gətirib çıxara bilər”. Bunu Rusiya Xarici İşlər Nazirliyinin başçının müavini Sergey Ryabkov deyib.

O qeyd edib ki, Koreya böhranının həlli üzrə Rusiyanın irəli sürdüyü təkliflərin mahiyyəti çoxtərəfli dialoqun davam etdirilməsinə əsaslanır.

“Pxenyan tərəfindən həyata keçirilən yeni raket sınağı növbəti xatırlatmadır ki, vəziyyətin qarşısıalınmaz istiqamətdə inkişaf etməməsi üçün sadəcə başqa variantlar mövcud deyil”, - rusiyalı diplomat bildirib.

İyunun 27-də Ukrayna müəssisələrinin kompüterlərini sıradan çıxaran “Petya.A” virusunun Rusiyada yaradıldığı ehtimal edilir. “Finansial Tayms” nəşri xəbər verir ki, belə nəticəyə Qərb analitikləri gəliblər.

Qeyd edilir ki, analitiklər kiberhücumun edildiyi şəbəkələr haqqında məlumatlar, həmçinin yoluxma taktikalarının analizindən sonra belə nəticəyə gəliblər. Bundan başqa, Böyük Britaniya nəşri vurğulayır ki, Avropa kəşfiyyat orqanlarının əməkdaşları da eyni fikirdədirlər.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Rusiya Ukrayna ilə sərhədə, Donbas və Krım istiqamətində 60 min əsgər cəmləyib. Bu barədə Ukrayna Müdafiə nazirinin müavini İvan Rusnak məlumat verib. Rusnak sərhədə toplanan Rusiya hərbi qüvvələrinin “Toçka” taktiki raket sistemləri, zirehli hərbi maşınlar, top sistemləri ilə təchiz edildiyini açıqlayıb.

Bu gün Kremldə Rusiya prezidenti Vladimir Putinlə Çin Xalq Respublikasının sədri Si Cinpin arasında görüş keçirilib. Putin görüşdən əvvəl mətbuat üçün açıq hissədə görüşü ikitərəfli münasibətlər üçün əsas adlandırıb.

Kremlin başçısı ölkələrin müasir təhlükələr və çağırışlara qarşı birgə mübarizə apardığını deyib.

Çin lideri də öz növbəsində bildirib ki, Moskva və Pekin ölkələrin münasibətlərinə xarici siyasi vəziyyətdə müşahidə olunan dəyişikliklərin təsir etməyəcəyi barədə razılaşıblar. O xatırladıb ki, vəzifəsinə başlamasından bu yana Putinlə 22 dəfə görüşüb. Si Cinpin əminliyini ifadə edib ki, onun səfəri tam müvəffəqiyyətlə nəticələnəcək.

Rusiya və ABŞ prezidentləri - Vladimir Putin və Donald Tramp arasındakı görüş G20 (“Böyük iyirmilik”) sammiti çərçivəsində iyulun 7-də Almaniyanın Hamburq şəhərində keçiriləcək. Bu haqda Rusiya prezidentinin köməkçisi Yuri Uşakov jurnalistlərə deyib.

KİV-in anonim mənbələrə istinadən yazdığına görə, prezidentlərin görüşündə əsasən Suriya və Ukraynadakı vəziyyət müzakirə ediləcək.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm