Nida Təhlil
İki yaşlı Zəhranın güllələnmiş cəsədi və İrəvanın Füzuliyə hücumunun SİYASİ SİRLƏRİ
Ermənistan dünən axşam saatlarında Füzuli rayonunun
Alxanlı kəndində mülki şəxslərə hücum etdi. Müdafiə Nazirliyinin
rəsmi açıqlamasında bildirilir ki, erməni hərbi birləşmələrinin 82
və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan
açdığı atəş nəticəsində kənd sakinləri 1967-ci il təvəllüdlü
Quliyeva Sahibə İdris qızı və 2015-ci il təvəllüdlü Quliyeva Zəhra
Elnur qızı həlak olub. Qəlpə yarası alan 1965-ci il təvəllüdlü
Quliyeva Sərvinaz İltifat qızı isə xəstəxanaya yerləşdirilib.
Ordumuz düşməni cavab atəşi ilə susdurub, həmçinin, hadisə ilə
bağlı beynəlxaq qurumlar məlumatlandırılıb. Təbii ki, illərdir
işğala və erməni təxribatlarına göz yuman beynəlxalq ictimaiyyətin
verəcəyi reaksiya nə itkiləri geri qaytaracaq, nə də 2 yaşlı
Zəhranı...
Ermənistan bu hücumu ilə işğalçı və təcavüzkar mahiyyətini bir daha
göstərdi. Dünyanın işğalçının qarşısına susmasına rəğmən, hər şey
ortadadır: düşmənin hədəfi təkcə mövqelərimiz yox, həm də mülki
vətəndaşlarımızdır.
Hücumda diqqət çəkən digər məqam Ermənistanın mülki vətəndaşları
güllələməsinin arxasında yatan səbəblərin nə olmasıdır. Çünki
məsələ təkcə təcavüzkarın öz mahiyyətinə uyğun davranması yox, bunu
niyə etməsidir. Siyasi proseslər fonunda İrəvanın bu hücumunun
hədəfləri də aydın görünür.
Ümumi mənzərədə əsas hədəf
Cəbhədə yeni gərginliyin yaradılması və Azərbaycanı təxribata
çəkmək: Düşmən bu hədəfinə nail olmaqla siyasi məqsədlərini həyata
keçirmək niyyətindədir.
İyunun 10-da ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona səfəri
başlandı. Əvvəlcə İrəvana səfər edən həmsədrlər Azərbaycanın işğal
olunmuş Dağlıq Qarabağ bölgəsinə də baş çəkdilər. İyunun 19-da isə
Bakıya səfərə gəldilər. Səfərin yekunlarına dair bəyanatda
həmsədrlər substantiv danışıqların vacibliyindən bəhs edir. Bu
səfərin və bəyanatın növbəti imitasiya hesab edilməsi təbidir,
çünki cəmiyyət olaraq 20 ildir eyni sözləri eşidirik. Lakin
bəyanatda məhz “substantiv” ifadəsi danışıqlar xatirinə
danışıqların olmasının həmsədr ölkələr tərəfindən də qəbul
edilmədiyini göstərir. Ardınca Azərbaycan və Ermənistanın XİN
rəhbərlərinin görüşünün planlaşdırıldığı xəbəri yayıldı. Rusiya
mediası isə diplomatik mənbəyə istinadən nazirlərin görüşünün
iyulun 11-də Avstriyanın Mauerbax şəhərində ATƏT Xarici İşlər
Nazirləri Şurasının qeyri-rəsmi görüşü çərçivəsində keçiriləcəyi
haqda məlumat yaydı. Bu məlumata inansaq, deməli, nazirlər iyulun
11-də, erməni hərbi birləşmələrinin mülki əhaliyə hücumundan 6 gün
sonra görüşəcək. Burada Ermənistanın ilk hədəfi aydın görünür:
a) Mülki azərbaycanlılar qətlə yetirilir,
Azərbaycan cavab zərbəsi endirir və görüşə qədər cəbhədə ciddi
gərginlik yaranır.
b) Cəbhədə gərginliyin yaranması Ermənistanın
xarici işlər naziri Edvard Nalbandyana “Azərbaycan hücum edir, biz
hansı danışıqlardan söhbət aça bilərik” deməsinə və danışıqlardan
yayınmasına imkan yaradır. Belə demək mümkünsə, Ermənistan ordusu
xarici siyasətə “pas” atır.
Ermənistan ordusunun xarici syasətə “pas” atması İrəvan
kuluarlarında son dəyişikliyi yada salır: Serj Sarkisyan müdafiə
naziri postuna öz varisi Viqen Sarkisyanı gətirəndən sonra, xarici
siyasət məsələlərini də yeni nazirə həvalə etdi. Bu haqda ABŞ-ın
kəşfiyyat-analitik mərkəzi “Stratfor”un “Xarici işlər
naziri Edvard Nalbandyan Rusiya ilə ailə əlaqələrinə malikdir.
Lakin Moskva üçün yeni müdafiə naziri Viqen Sarkisyan əlverişli
görünmür. O, Dağlıq Qarabağ məsələsində Ermənistan siyasətini
tətbiq edir və Kremlin Ermənistan daxilindəki hansısa adamının
danışıqlara rəhbərlik etməsinə imkan verməyi düşünmür”
deyə yazması da diqqət çəkirdi.
Əslində, bu ilin 21 fevralında Moskvaya səfər edərək, Lavrovla
görüşən Edvard Nalbandyanın bu səfərdən bir gün öncə Müdafiə
Nazirliyində ordu rəhbərliyi ilə qapalı iclas keçirməsi təsadüfi
deyildi. Bu fakt Ermənistanın xarici siyasətinə artıq ordunun
nəzarət etdiyini sübut edir. O da təsadüfi deyildi ki, ordu
rəhbərliyi ilə müzakirələr aparan və bir gün sonra Moskvada
Lavrovla görüşən Nalbandyanın səfərindən 3 gün sonra - 25 fevral
tarixində erməni hərbi birləşmələri cəbhədə növbəti genişmiqyaslı
təxribata əl atdı.
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
Göründüyü kimi, Ermənistanın hərbi xuntası Qarabağ danışıqlarını
yenidən pozmağa hesablanan gediş edir. Bu baxımdan, nazirlərin
görüşündən ciddi nəticələr gözləmək, yaxud ən azından normal
danışıqların aparılacağını demək mümkün deyil. Çünki İrəvanın hərbi
xuntası Nalbandyanın “ciblərini dolduraraq” Avstriyaya
göndərəcək.
“Qarabağ klanının” oyunu
Ermənistanın mülki əhaliyə hücumla oynadığı digər oyun qondarma DQR
rejiminin “prezidenti” Bako Saakyanın, yəni “Qarabağ klanının”
“səlahiyyətlərinin” uzadılmasını erməni cəmiyyətində
legitimləşdirməkdir.
19-29 iyul tarixlərində qondarma “DQR” “parlamenti” Bako Saakyanın
“səlahiyyətlərini” 3 illiyinə uzadacaq. Ermənistanda parlament
üsul-idarəsinə keçən Sarkisyan hakimiyyəti Qarabağda “prezident
instutunu” gücləndirmək gedişi etdi. Bu, Sarkisyanın rəhbərlik
etdiyi “Qarabağ klanının” Qarabağ kartından istifadə edərək,
hakimiyyətdə rıçaqlarının saxlanılması planının bir hissəsidir.
Sarkisyan rejimi qondarma “DQR”-də “prezident institutunun”
gücləndirilməsi gedişini “Azərbaycan təhlükəsi” ilə
legitimləşdirir.
Bu hücumun “yeni seçimə” az müddət qaldığı vaxtda edilməsinin
hədəfi də cəbhədə gərginliyi artırmaq və erməni cəmiyyətinə
“Azərbaycan təhlükəsi qarşısında yalnız “güclü prezident institutu”
dayana bilər” arqumentini yedirməkdir.
Hədəflər ortadadır və işğalçı Ermənistanın siyasi məqsədlər üçün
körpə uşaqları belə güllələdiyi faktı aydın görünür. Lakin bunu
dünyanın görməsi vacibdir. Beynəlxalq ictimaiyyət 2 yaşlı Zəhranın
güllələnmiş körpə bədəni önündə susarsa,... bu dünyaya da, onun
ədalətinə də ÜÇ NÖQTƏ.
Asif Nərimanlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR - VİDEO
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ