Kremldən ZƏNG, “əraziləri qaytar, ya da müharibə” ŞƏRTİ… - GÜNÜN SİYASİ XÜLASƏSİ
Bizi izləyin

Nida Təhlil

Kremldən ZƏNG, “əraziləri qaytar, ya da müharibə” ŞƏRTİ… - GÜNÜN SİYASİ XÜLASƏSİ

İrəvan Rusiyanın Ermənistanda rus dilinə rəsmi statusunun verilməsi barədə təklifinə rədd cavabı verib. ABŞ Suriyanın şimalında hərbi gücünü artırmaqdadır. ABŞ Hərbi-Dəniz Qüvvələri Fars körfəzində lazer silahı sistemini (Laser Weapons System) sınaqdan keçirib. ABŞ raket proqramı və “düşmən fəaliyyəti” ilə əlaqədar olaraq İrana qarşı yeni sanksiyaları tətbiq etmək niyyətindədir. İran parlamenti Yaxın Şərqdə “Amerika terrorizmi” ilə mübarizə haqqında qanun layihəsini qəbul edib. Ukraynanın şərqində yaradılan “Donetsk Xalq Respublikası” terror təşkilatının başçısı Aleksandr Zaxarçenko “Malorusiya dövləti”nin yaradılmasını elan edib.

Rusiya Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü təşkil edəcək. Bu informasiya fonunda Ermənistan prezidenti Serj Sarkisyanın erməni mediasına müsahibəsində dediyi fikirlər diqqət çəkir. Erməni siyasi şərhçi Sarkis Artsruni Sarkisyanın prezidentlərin görüşünə getmək istəmədiyini yazır: “Onun müsahibədə dediyi fikirlər də bunu göstərir. Lakin Sarkisyan bu görüşə getməyə məcburdur, çünki Moskvanın təşəbbüsünü rədd edə bilmir”.

S.Artsruni əlavə edir ki, Rusiyanın təşəbbüsü Ermənistan üçün yaxşı heç nə vəd etmir.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

İrəvan Rusiyanın Ermənistanda rus dilinə rəsmi statusunun verilməsi barədə təklifinə rədd cavabı verib. Ermənistan parlamentinin xarici əlaqələr komissiyasının sədri Armen Aşotyan “Sputnik” agentliyinə açıqlamasında rus dilinin Ermənistanda rəsmi status almayacağını bildirib.

“Rus dili bizim üçün ümumdünya əhəmiyyətli dildir. Amma bizim çağırışlarımızda rus dilinə rəsmi dil statusunun verilməsi yoxdur və olmayacaq”, - Aşotyan deyib.

O əlavə edib ki, Ermənistan vətəndaşlarının sürücülük vəsiqələrinin Rusiyada tanınması üçün Rusiya tərəfi ilə danışıqlar başqa formatlarda davam edəcəklər.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

ABŞ Suriyanın şimalında - PKK/PYD terror təşkilatının nəzarətində olan bölgədə hərbi gücünü artırmaqdadır. “Anadolu” agentliyi xəbər verir ki, ABŞ hazırda bölgədə iki hava bazası və 8 hərbi məntəqəyə sahibdir.

Haseke, Rakka və Münbiçdəki “əməliyyat nöqtələri”ndə ABŞ-ın xüsusi təyinatlı qüvvələri yerləşir. Tel-Beyder ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) bölgədə qurduğu 8 hərbi məntəqədən ən yenisidir.

Münbiçdə iki hərbi məntəqədə yerləşən qüvvələr PKK/PYD-ni Türkiyənin dəstəklədiyi Azad Suriya Ordusundan müdafiə edir.

ABŞ raket proqramı və “düşmən fəaliyyəti” ilə əlaqədar olaraq İrana qarşı yeni sanksiyaları tətbiq etmək niyyətindədir. Bu haqda jurnalistlərə Ağ Evin nümayəndəsi bildirib.

O qeyd edib ki, sanksiyaların iki il əvvəl “altılıq” (BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü və Almaniya –red.) və İran arasında imzalanan Birgə Hərtərəfli İş Planı (SVPD) ilə əlaqəsi yoxdur. Bu razılaşma çərçivəsində Vaşinqton Tehrana qarşı bir sıra sanksiyaları ləğv edib.

“Yeni sanksiyalar nüvə razılaşması çərçivəsində ləğv edilmiş sanksiyalar yenidən tətbiq olunası deyil”, - məmur deyib.

Ağ Evin nümayəndəsi həmçinin İranın “düşmən fəaliyyəti”ndən nümunələr gətirib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Körfəz turnesinə çıxır. Prezident 23-24 iyul tarixlərində Səudiyyə Ərəbistanı, Qətər və Küveytə səfər edəcək. Səfərin əsas məqsədi Qətər böhranının həllinə kömək etməkdir.

Xatırladaq ki, BƏƏ, Bəhreyn, Səudiyyə Ərəbistanı və Misir terrorizmə dəstək verməkdə ittiham edərək iyunun 5-də Doha ilə diplomatik əlaqələri kəsiblər.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Rusiya ilə Türkiyə arsında aparılan S-400 sistemlərinin alınması üçün müzakirələr yekunlaşıb və imzaların atılması an məsələsidir. Bu barədə Türkiyənin müdafiə naziri Fikri Işık açıqlama verib.

O, bildirib ki, Rusiya ilə aparılan müzakirələrdə artıq bütün maneələr dəf edilib və imzaların atılması mərhələsinə keçilib: “S-400 mövzusu artıq son nöqtəyə gəlib. Görüşlər müsbət nəticələrlə yekunlaşıb. Sadəcə imzalar atılmalıdır. Məsələ ilə bağlı hələ ki, heç bir problemlə qarşılaşmamışıq”.

Məsələ ilə bağlı açıqlama verən Rusiya hərbi şirkətinin nümayəndəsi Aleksandr Mixeyev razılaşmanın yaxın zamanda imzalanacağı xəbərini təsdiq edib.

ABŞ Hərbi-Dəniz Qüvvələri Fars körfəzində lazer silahı sistemini (Laser Weapons System) sınaqdan keçirib. Bu barədə CNN telekanalı məlumat verib. Məlumata görə, bu, faktiki olaraq dünyada ilk işlək lazer silahıdır.

LaWS sisteminin sürəti 50 min dəfə qitələrarası ballistik raketin sürətindən artıqdır. ABŞ hərbçiləri şərti hədəf qismində pilotsuz ucan aparatı seçiblər (PUA). Nəticədə qanadı alışan PUA dənizə düşüb.

ABŞ Prezidenti Donald Tramp İranın 2015-ci ildən nüvə sazişinin öhdəliklərini yerinə yetirdiyini qəbul edib. Ağ Evin yaydığı informasiyaya görə, dövlət katibi Reks Tillerson İranla əldə olunmuş sazişin yerinə yetirilməsi ilə bağlı hesabatı Donald Trampa təqdim edib. Həmin sənəd prezident tərəfindən Konqresə göndərilib.

ABŞ və İsrail İranın Suriyanın cənubunda gücünü artırmasına imkan verməyəcək. Bunu jurnalistlərə açıqlamasında Ağ Evin rəsmi nümayəndəsi Şon Spayser söyləyib. O, Suriyada atəşkəsin İranın maraqlarına xidmət etməməsi gərəkdiyini söyləyib.

Qeyd edək ki, bundan öncə İsrailin baş naziri Benyamin Netanyahu Suriyadakı atəşkəsi dəstəkləmədiyini bildirib. O, ABŞ və Rusiyanın əldə etdiyi atəşkəsin İranı Suriyada gücləndirəcəyini vurğulayıb.

İran parlamenti Yaxın Şərqdə “Amerika terrorizmi” ilə mübarizə haqqında qanun layihəsini qəbul edib. Sənədə parlamentin 212 üzvü səs verib.

“Bu səsvermə Amerikanın hərəkətləri ilə mübarizədə İran xalqının qətiyyətini sübut edir. Amerika administrasiyası mesajımızı aydın anlamalıdır ki, İslam Respublikasına qarşı istənilən hərəkətə xalq və parlament tərəfindən qəzəblə cavab veriləcək”, - parlamentin spikeri Əli Laricani səsvermədən sonra bildirib.

Tehranın bu addımı ABŞ Senatının iyunun 15-də qəbul etdiyi qərara cavab olub.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Amerika Birləşmiş Ştatları İŞİD terror qruplaşmasının daxilinə sızdırdığı kəşfiyyat üzvlərini geri çağırıb. Keçən həftə Deyrezzor ərazisindəki agentlərini geri götürən ABŞ federal agentliyi dünən də İraqın Havis qəsəbəsindəki üzvlərini təhlükəsiz bölgələrə daşıyıb.

Amerika agentlərini havadan apardığı əməliyyatlar sayəsində təhlükəsiz şəkildə toplayır.

ABŞ-ın kəşfiyyat məqsədilə agent göndərdiyi daha bir bölgə isə Mosul şəhəri idi. Mosul terrorçulardan təmizləndikdən sonra ABŞ hərbi helikopterlərinin şəhərə gəldiyi və İŞİD əsgərlərindən bir neçəsini apardığı bildirilmişdi. Şəhər azad edildikdən sonra həmin əsgərlərin əslində, ABŞ kəşfiyyat agentləri olduğu ortaya çıxarıldı.

Qeyd edək ki, ABŞ rəhbərliyi altında Suriya və İraqda agentlik fəaliyyəti göstərənlər Tunis, Küveyt kimi ölkələrdən gələn miqrantlardır. Həmin gizli agentlər sayəsində koalisiya qüvvələri İŞİD-in onlarla hərbi əməliyyatının qarşısını alaraq ona qalib gəlib.

Moskva Rusiyanın ABŞ-dakı diplomatik mülkiyyətə qoyulan həbsin götürülməsi barədə Vaşinqtonla “demək olar ki” razılaşmaya nail olub. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin başçının müavini Sergey Ryabkova istinadən edən CNN telekanalının müxbiri Cim Skuitto bildirib.

Dünən Vaşinqtonda Sergey Ryabkovla ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Tomas Şennon arasında konsultasiyaların ikinci raundu keçirilib. Danışıqların əsas mövzusu Rusiyanın diplomatik mülkiyyətinin qaytarılması olub.

Ukraynanın şərqində yaradılan “Donetsk Xalq Respublikası” terror təşkilatının başçısı Aleksandr Zaxarçenko “Malorusiya dövləti”nin yaradılmasını elan edib. Zaxarçenko bu haqda jurnalistlərə bildirib.

Onun sözlərinə görə, yeni dövlətin yaradılması üçün keçid dövrü 3 il çəkəcək.

“Vəziyyət dalandadır. Biz ölkənin reinteqrasiyası planını təklif edirik. Vətəndaş müharibəsini dayandırmaq üçün vəziyyəti müzakirə etdik və nəticəyə gəldik ki, Ukrayna özünü baş tutmayan dövlət kimi göstərdi. Kiyev rejimi vətəndaş müharibəsinə son qoymaq vəziyyətində deyil. Vəziyyətdən çıxış yolu Malorusiya dövlətini təsis etməkdir. Malorusiya müstəqil gənc dövlətdir”, - Zaxarçenko deyib.

Qeyd edək ki, Kiyev “DXR” və “LXR”i (Rusiya onları “xalq respublikaları” adlandırır –red.) tanımır, onların nəzarəti altında olan əraziləri işğal edilmiş, hərbi gücləri isə terror qrupları hesab edir.

“Malorusiya dövləti”nin yaradılması haqqında “DXR” (“Donetsk Xalq Respublikası” – red)) terrorçularının başçısının bəyanatı Moskvadan edilən zəngin nəticəsidir”. Bunu Rusiya publisisti və analitiki Vladimir Qolışev “Obozrevatel” nəşrinə açıqlamasında deyib.

“Ədəbsiz leksikanın tətbiqi ilə dişlərini göstərmək Kremlin üsullarından biridir. Kvazidövlət olan “Donetsk Xalq Respublikası” özünü daha gözəl adla adlandırmağa hazırlaşır. Zaxarçenko heç nəyi həll etmir. Ona sadəcə Moskvadan zəng vurdular və ədəbsiz leksikanın tətbiqi ilə nəsə etməyi əmr etdilər”, - o bildirib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm