Trampın gizli QARABAĞ QƏRARI, 2030-cu İLDƏ… - HƏFTƏNİN SİYASİ XÜLASƏSİ
Bizi izləyin

Nida Təhlil

Trampın gizli QARABAĞ QƏRARI, 2030-cu İLDƏ… - HƏFTƏNİN SİYASİ XÜLASƏSİ

ATƏT-in Minsk qrupunun həmsədrləri bu ilin sonuna kimi Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünü təşkil etməyi planlaşdırırlar. Səudiyyə Ərəbistanında həyata keçirilən həbslərdən sonra Yaxın Şərqdə vəziyyət gərginləşməyə doğru gedir. ABŞ prezidenti Donald Trampın Vyetnamda rusiyalı həmkarı Vladimir Putinlə gözlənilən görüşü baş tutmasa da, Suriya üzrə birgə bəyanat vermək mümkün olub. Suriyada İŞİD-in son dayaq məntəqəsi ələ keçirilib. ABŞ ən yaxın günlərdə BMT-nin 20 minlik sülhməramlı qüvvəsinin Donbasda yerləşdirilməsi üzrə planı təklif edəcək. Saakaşvili Ukraynada hakimiyyət dəyişikliyinə söz verib. Ukrayna Rusiya ilə münasibətləri kəsə bilər. ABŞ prezidenti Donald Tramp Pxenyanı danışıqlara çağırıb.

Azərbaycan, Dağlıq Qarabağ

"ATƏT-in Minsk qrupunun həmsədrləri bu ilin sonuna kimi Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünü təşkil etməyi planlaşdırırlar". Bu barədə Rusiya Xarici İşlər Nazirliyindən məlumat verilib.

Qeyd edək ki, Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov noyabrın 16-da Moskvada həmsədrlərlə görüşəcəyini bildirib.

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın Bakı səfərindən sonra verdiyi “gələn həftə Putinlə görüşəcəm və Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcəm” açıqlaması münaqişə ətrafında əsas gündəmə çevrilib. Ərdoğanın bu açıqlamanı məhz Bakıdan qayıdandən sonra verməsi onun Prezident İlham Əliyevlə bu məsələni müzakirə etdiyi və Qarabağla bağlı Azərbaycan-Türkiyə planının olduğunu ehtimal etməyə əsas verir.

Erməni şərhçi Aram Amatuni Putinlə Sarkisyanın kifayət qədər mürəkkəb müzakirələr aparacağını yazıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

ABŞ Dağlıq Qarabağ münaqişəsinin çox uzanması barədə tərəflərin məyusluğunu bölüşür və inanır ki, status-kvo qəbuledilməzdir. Bunu ABŞ-ın ATƏT-dəki missiyasının müvəqqəti işlər vəkili Harri Kamian ATƏT Daimi Şurasında ATƏT-in Minsk qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin iştirakı ilə keçirilmiş iclasda deyib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

“Status-kvo”nun dəyişdirilməsi üçün işğala son qoyulmalı və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalıdır.

Bunu Azərbaycan xarici işlər naziriElmar Məmmədyarov İsveç Krallığına rəsmi səfəri çərçivəsində bu ölkənin baş nazirinin müavini Mats Anderssonla görüşündə deyib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta ABŞ Minsk qrupunda həmsədrlik fəaliyyətinə davam etdirmək qərarını verdiyini bildirib. Daha əvvəl ABŞ Dövlət Departamentinin yenidən qurulması prosesində Minsk qrupunda amerikalı həmsədr postunun ləğvi gündəmə gəlmişdi.

Erməni şərhçi Aram Amatuni yazır ki, Amerika Qarabağ məsələsində Rusiya pəncərəsini bağlamağa çalışacaq.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ermənistan

“Washington Post” nəşri Ermənistanın “Metsamor” Atom Elektrik Stansiyasının hər an partlamağa hazır olan təhlükəsindən yazıb. Stefon Morellinin fotolarla assosiasiya olunmuş məqaləsi “Həyat və ölümün arasında yaşayanlar” adlanır.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ermənistan Avropada birinci, dünyada isə ən hərbiləşdirilmiş üçüncü ölkədir. Bu barədə “Global Militarization İndex”in analizində deyilir.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Türkiyə, İran, Yaxın Şərq

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 13-də Rusiyaya rəsmi səfər edəcək. Rusiya prezidenti Vladimir Putinlə Soçi şəhərində keçiriləcək başda Suriya münaqişəsi olmaqla, bir sıra regional məsələlər müzakirə ediləcək.

Görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə prosesin də müzakirə ediləcəyi gözlənilir. Türkiyə prezidenti Bakı səfərindən sonra verdiyi açıqlamada bildirmişdi ki, Rusiyaya səfəri zamanı Putinlə Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcək.

Beynəlxalq Avrasiya Hərəkatının lideri, Kremlin ideoloqu hesab olunan rusiyalı filosof Aleksandr Duqin Türkiyəyə ABŞ-ın iqtisadi sanksiyaları ilə bağlı xəbərdarlıq edib. Duqin Qərbin Türkiyənin zəif yerlərindən istifadə etməyə çalışacağını bildirib.

Duqinin fikincə, etnik qarşıdurmalar yaradıla, siyasi və hərbi elitadan Ərdoğana qarşı istifadə oluna bilər.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Suriyada İŞİD terror qruplaşmasının tam məğlub edilməsindən sonra ABŞ-ın növbəti hədəfinin Türkiyə olacağı gözlənilir. Suriyada İŞİD terror qruplaşmasının əlində olan torpaqların 96 faizini itirdiyini açıqlayan ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Hasekedə PKK/PYD-yə verdiyi silahları Türkiyə ilə həmsərhəd Afrin bölgəsinə daşıyır.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Suriya hakimiyyəti Türkiyəni təhdid edib. Suriya prezidenti Bəşər Əsədin məsləhətçisi Buseyna Şaban Suriyanın şimalında türk ordusunun varlığının təcavüzkarlıq olduğunu bildirib.

O, Suriya hökumətinin uyğun zamanda buna sərt reaksiya verəcəyini deyib.

Noyabrın 10-da Suriya ordusu İŞİD terror təşkilatı üzərində qələbəsini elan edib. Ordudan verilən açıqlamada İŞİD-in əlində olan son məntəqə - Əbu Kamal qəsəbəsinin ələ keçirildiyi bəyan edilib.

Məlumata görə, İŞİD terrorçuları ölkəni tərk etmək üçün şərq və şimal istiqamətində qaçırlar.

Qeyd edək ki, Əbu Kamal Fərat çayı sahilində, İraq sərhədində yerləşir. Bölgədə İŞİD-in əlində bəzi ərazilər qalsa da, Əbu Kamalın itirilməsi İŞİD-in 2014-ci ildə Suriya və İraq torpaqlarında elan etdiyi “xilafət”in sonu olaraq qəbul edilir.

Asiya-Sakit okeanı İqtisadi Əməkdaşlıq Təşkilatının (ATES) Vyetnamda keçirilən sammitində ABŞ prezidenti Donald Tramp və Rusiya lideri Vladimir Putin Suriya münaqişəsi üzrə birgə bəyanat veriblər.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Yaxın Şərqdə bir gecədə tarazlığı dəyişdirə biləcək hadisə baş verdi. Səudiyyə Ərəbistanın vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın yerinə göz dikə biləcək şahzadələr və digər yüksək vəzifəli şəxslər noyabrın 4-də həbs olundu. Həbslərə kral Salman bin Əbdüləziz əs-Səud tərəfindən qurulan və şahzadə Məhəmməd bin Salmanın rəhbərlik etdiyi komissiya yaşıl işıq yandırıb. Komissiya qurulduqdan dərhal sonra həbs dalğası başlanıb. Gözlənildiyi kimi, həbs olunanların hamısı müxalif adlar idi. Ən diqqətçəkən adlar isə kral Abdullahın 2-ci oğlu olan və taxtda idda etmə potensialına sahib şahzadə Mutaib bin Abduləziz və şahzadə Turku bin Abdulla oldu.

Beləliklə, vəliəhd şahzadə mümkün bir saray çevrilişi cəhdinin qarşısını alıb. Həmçinin qəfil həbslərin səbəbi kimi şahzadənin 2030-cu il hədəfləri göstərilir.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Səudiyyə Ərəbistanı Yəməndən edilən ballistik raket hücumlarında İranı ittiham edib. Səudiyyə Ərəbistanı hakimiyyəti Kral Xalid Beynəlxalq Hava Limanına qarşı həyata keçirilən raket hücumunu İranın “müharibə elanı” kimi qiymətləndiriləcəyini açıqlayıb. Bəyanatda bildirilir ki, Yəməndə fəaliyyət göstərən husilərin İranın dəstəyi olmadan belə bir hücum həyata keçirməsi qeyri-mümkündür.

“İranın rolu və husilərə birbaşa əmri qonşu ölkələri hədəf alan açıq bir təcavüzkarlıq hərəkətidir. Bu, regional və qlobal səviyyədə sülh və təhlükəsizliyi təhdid edir. Səudiyyə Ərəbistanı İranın bu mövqeyini müharibə elanı kimi qiymətləndirəcək”, - bəyanatda deyilir.

Xatırladaq ki, ballistik raket hücumu noyabrın 5-də həyata keçirilib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Səudiyyə Ərəbistanında noyabrın 4-dən bəri davam edən həbslərə paralel olaraq, İran və Livana qarşı səsləndirilən sərt bəyanatlar və Səudiyyənin vətəndaşlarınını Livanı tərk etməyə çağırması Yaxın Şərqdə yeni bir ittifaqın xəbərçisi ola bilər. İranın İraq, Suriya və Livanda artan təsirinə qarşı Səudiyyə Ərəbistanı-İsrail ittifaqının yaradılmasının mümkünlüyü artıq açıq şəkildə dilə gətirilir.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Yəməndə İran tərəfindən dəstəklənən husilər Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərini (BƏƏ) təhdid edib. Husilər Səudiyyə Ərəbistanı və BƏƏ-nin dəniz limanları, aeroportları və sərhəd-keçid məntəqələrini vura biləcəklərini açıqlayıb.

Səudiyyə Ərəbistanında baş verən və Yaxın Şərqdə yeni cəbhələşmənin önünü açan iqtidar savaşının arxasında ABŞ prezidenti Donald Trampın məsləhətçisi və kürəkəni Jared Kuşner dayanır. Məlumata görə, Tramp administrasiyasının zaman və coğrafi sərhəd məhdudiyyəti olmadan müharibə etmək üçün Senatdan səlahiyyət almaq istədiyi bir vaxtda Kuşner Ər-Riyada gizli şəkildə səfər edib. Səfərin oktyabr ayının son həftəsində reallaşdırıldığı deyilir.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Səudiyyə Ərəbistanında həyata keçirilən həbslərlə Yaxın Şərq ssenarisində üçüncü mərhələ başlanır. Bunu “TRT Haber TV”də “Dərin analiz” proqramında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın baş məsləhətçisi Yiğit Bulut deyib.

Türkiyə prezidentinin məsləhətçisi 1997-ci ildə qeyri-hökumət təşkilatlarının Ağ Evə təqdim etdiyi hesabatı xatırladıb. Onun sözlərinə görə, bu yeni bir yüz il üçün Amerika strateji sənədi idi.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Səudiyyə Ərəbistanı hökuməti korrupsiyada şübhəli bilinən şahzadələr və məmurlardan 800 milyard dollar müsadirə etmək niyyətindədir. Bu haqda “The Wall Street Journal” məlumat yayıb.

“Məsud Bərzaninin referendum keçirməsinə dəstək verənlər İran, İraq və Türkiyə üzərindən bu layihənin uğursuz olması ilə eyni vəziyyətin Suriyanın şimalında da baş verəcəyini gördülər. ABŞ-ın Suriya və İraqdakı tezisləri problemlərlə qarşılaşdı. ABŞ və İsrail cəbhəni daha da cənuba çəkdilər. BƏƏ, Səudiyyə Ərəbistanı və Misir üzərindən yeni bir qalxan yaratdılar. Bu qalxan Səudiyyə Ərəbistanı və BƏƏ üçün deyil, ABŞ və İsrail üçün qurulub”. Bunu Səudiyyə Ərəbistanında həyata keçirilən həbsləri şərh edən Türkiyənin “Yeni Şəfəq” nəşrinin yazarı İbrahim Karagül bildirib.

İ.Karagül hesab edir ki, bundan sonra aşağıdakı proseslər baş verə bilər.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ötən həftə Yəməndən Səudiyyə Ərəbistanına ballistik raketin atılması ilə Tehran və Ər-Riyad arasında başlanan gərginlik hər keçən gün artmaqdadır. ABŞ-ın NBC kanalına müsahibə verən Səudiyyə Ərəbistanının xarici işlər naziri Adil əl-Cubeyr BMT-dən İranın cəzalandırılmasını istəyib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

İraq ordusunun ABŞ-ın verdiyi tanklarla kürdlər üçün əhəmiyyətli neft şəhəri olan Kərkükü almasına ABŞ-ın reaksiya göstərməməsi bizi şok etdi. Bu sözləri Kürd Muxtariyyətinin lideri Məsud Bərzani deyib.

“ABŞ-la münasibətlərimizi ciddi şəkildə gözdən keçirəcəyik. Çünki insanlarımızın ABŞ-a sevgisi, güvəni azalıb və azalmaqda davam edir. Referendum keçirmək qərarımdan peşman deyiləm. Kürd dövlətinin qurulması qaçılmazdır. Bütün kürd gənclərinin müstəqillik üçün savaşacağına inanıram”, - Bərzani bildirib.

ABŞ-ın aparıcı qəzetlərindən olan “Nyu-York Tayms”da 4 il əvvəl dərc edilən analiz Yaxın Şərqin necə şəkilləndiriləcəyini açıq formada göstərir. 2013-cü il 28 sentyabr tarixində dərc olunan analizdə Yaxın Şərqdə 5 dövlətin yerində 14 dövlətin yaranacağı izah olunurdu.

“Yaxın Şərqin xəritəsi yavaş-yavaş yenidən çəkilə bilər” başlıqlı yazıda Səudiyyə Ərəbistanı, Yəmən, Suriya, İraq və Liviyanın parçalanacağı bildirilib. Nəşr həmçinin xəritə üzərindən yaranacaq yeni dövlətlərin sərhədlərini verib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Rusiya, ABŞ, Qərb-Rusiya münasibətləri

Rusiya prezidenti Vladimir Putinin amerikalı həmkarı Donald Trampla Vyetnamın Dananq şəhərində keçirilən Asiya-Sakit okeanı İqtisadi Əməkdaşlıq Təşkilatının sammiti görüşəcəyi barədə xəbər yayılsa da, bu olmadı. ABŞ liderinin mətbuat katibi Sara Sanders buna səbəbin Ağ Evin başçısının sıx qrafiki olduğunu bildirib.

Daha əvvəl Kremlin sözçüsü Dmitri Peskov Vyetnamda görüşün olacağı barədə xəbəri təsdiqləmişdi.

Strateji mühafizə üçün nüvə silahları əvəzinə yeni tip qeyri-nüvə silahları istifadə edilə bilər. Bunu Rusiya Müdafiə Nazirliyinin kollegiya iclasında çıxışı zamanı Rusiya Baş Qərargah rəisi Valeri Gerasimov söyləyib.

Onun sözlərinə görə, hazırkı dönəmdə yüksək dəqiqliyə malik silahlar və hipersionik silahlar elə inkişaf tempinə çatıb ki, onları strateji mühafizə sferasında istifadə imkanları yaranıb. O, Rusiyanın son 5 il ərzində Baltik, Barens, Qara və Aralıq dənizlərində yüksək dəqiqliyə malik silahları istifadə edəcək qruplar yaratdığını bildirib.

ABŞ-ın Hərbi Hava Qüvvələrinin kosmik komandanlığının rəhbəri, general Con Reymond “kosmik müharibə”nin aparılması üsulundan danışıb. Bu haqda “Popular Mechanics” nəşrinə müsahibəsində danışan general Rusiyanın ən azı 1980-ci illərdən antipeyk silahının tədqiqatı ilə məşğul olduğunu deyib.

Bundan başqa, Raymond Çinin bu sahədəki fəaliyyətindən narahatlığını ifadə edib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Rusiya yeni ağır qitələrarası ballistik raket hazırlıqlarına başlayıb. Bununla bağlı Rusiya Silahlı Qüvvələrinin Baş qərargah rəisi, general Valeri Gerasimov məlumat verib.

O əlavə edib ki, son vaxtlar hazırlanan raketlərin texniki göstəricilərinin daha da yaxşılaşdırılması üçün işlər davam edir. Gerasimovun sözlərinə görə, hazırda Rusiya ordusunda istifadə edilən silahlardan 66 faizi moderndir.

“Üçüncü Dünya Müharibəsi Trampa (ABŞ prezidenti Donald Tramp - red.) lazım deyil, amma o, müharibəyə səhvən başlaya bilər”. Bunu Rusiya Federasiya Şurasının müdafiə və təhlükəsizlik üzrə komitəsinin sədr müavini Frans Klinseviç “Ulduz” telekanalında “Xüsusi maddə” tok-şousunun efirində deyib.

“Hadisələrin inkişafı müharibəyə gətirib çıxara bilər. Amma bu, bütün bəşəriyyət üçün faciə olacaq. Mən istəyirəm ki, bunu anlasınlar”, - Klinseviç bildirib.

Koreya böhranı

ABŞ Şimali Koreyanın nüvə silahlanması proqramını tamamilə aradan qaldırmaq məqsədilə bölgəni qurudan işğal edəcək. Bu barədə ABŞ-ın Müdafiə Nazirliyi (Pentaqon) məlumat yayıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

“Nüvə silahını əldə etmək cəhdləri Pxenyanı böyük təhlükə altında qoyur”. Bu sözləri ABŞ prezidenti Donald Tramp Cənubi Koreya parlamentində çıxışında deyib.

“Mən Koreya yarımadasına gəldim ki, Şimali Koreyanın diktator liderinə birbaşa müraciətimi çatdırım. Sənin almağa çalışdığın silahlar sənin təhlükəsizliyini təmin etməyəcək, onlar sənin rejimini böyük təhlükə altına qoyur”, - ABŞ prezidenti qeyd edib.

Onun sözlərinə görə, ABŞ Şimali Koreyaya ən yaxşı gələcək üçün yolu təklif etməyə hazırdır.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

“Koreya yarımadası ətrafında yaranan böhran üzrə qarşılıqlı təhdidlər yaxşı heç nəyə gətirib çıxarmayacaq”. Bunu Rusiya Xarici İşlər Nazirliyinin başçısı Sergey Lavrov jurnalistlərə açıqlamasında bildirib.

“Biz əminik ki, təhdidlərin, hətta təhqirlərin mübadiləsi yaxşı heç nəyə gətirib çıxarmayacaq. Oturmaq və razılaşmaq lazımdır. Hamı bu problemə emosiyalarla deyil, soyuq başla yanaşmalıdır”, -o deyib.

Rusiyalı nazir böhranın həlli üzrə Rusiya-Çin təşəbbüsünü – “ikiqat dondurulma”nı xatırladıb.

Qeyd edək ki, Moskva və Pekin Koreya Xalq Demokratik Respublikasının nüvə və raket sınaqlarının dayandırılması ilə eyni vaxtda ABŞ-ın regionda keçirdiyi təlimlərdən imtina edilməsini təklif edir.

“Koreya yarımadası ətrafında yaranan böhranın siyasi həllini tapmasaq, Şimali Koreya rejimində 2-3 ilə qitələrarası ballistik raketlər mütləq olacaq”. Bu haqda Rusiyanın Xarici İşlər Nazirliyinin silahsızlaşdırma məsələləri üzrə departamentinin direktoru Mixail Ulyanov deyib.

Onun sözlərinə görə, bu raketlər ABŞ-ın kontinental ərazisini vurmağa imkan verəcək.

“Bu proqramları (Pxenyanın raket və nüvə proqramları - red.) indi dayandırmalıyıq. Sanksiyalar isə yalnız dörd-beş il ərzində işləyəcək”, - diplomat əlavə edin.

Ulyanov həmçinin agentliyin əməkdaşı ilə söhbətində qeyd edib ki, Rusiya Şimali Koreyanı nüvə dövləti kimi heç vaxt tanımayacaq.

Ukrayna

Rus ordusunun Donbasdan çıxarılması buradakı qondarma rejimlərin yox olması demək olacaq. Bunu “Apostrof” saytına müsahibəsində britaniyalı ekspert Endryü Vilson söyləyib.

“Mən başqa məntiqli ssenari görmürəm. Rusiya indi bunu istəmir, çünki bu, Kremlə qarşı inamın tam yox olmasına gətirib çıxaracaq. Hazırda ABŞ-la Rusiya arasında aparılan danışıqlarda ordunun qismən çıxarılması müzakirə edilir. Putin separatçı rejimlərin tam yox olmasını istəmir. Ona görə ki, bu, Rusiyanın böyük məğlubiyyəti olacaq”, – deyə o bildirib.

“Son iki ayda Rusiya Donbasa döyüş sursatları, hərbi texnika və yanar-sürtkü materialların daimi çatdırılmasını həyata keçirir, həmçinin şəxsi heyət yenidən komplektləşdirilir”. Bu haqda “İnformasiya müqaviməti” qrupunun koordinatoru, Ukrayna Ali Radasının üzvü (“Xalq cəbhəsi” fraksiyası) Dmitri Tımçuk bildirib.

Onun sözlərinə görə, böyük problemlər olsa da, ilin sonuna kimi 40 minlik şəxsi heyətin komplektləşdirilməsi qarşıya məqsəd qoyulub.

Tımçukun fikrincə, Donbasda bir-birini inkar edən iki proses baş verir.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ukraynada hakimiyyət dəyişikliyi edəcəm. Bu barədə bəyanatı Gürcüstanın eks-prezidenti, Odessa vilayətinin eks-qubernatoru Mixail Saakaşvili söyləyib.

“Əgər Kiyev Rada qarşısında etiraz edənlərin tələblərini yerinə yetirməsə, mən axşama Ukraynada hakimiyyət dəyişikliyini elan edəcəyəm”, – deyə o bildirib.

Qeyd edək ki, noyabrın 7-də Ukrayna Ali Radasının binasının yaxınlığında Gürcüstanın keçmiş prezidenti, Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvilinin tərəfdarlarının mitinqi keçirilib.

Ukrayna prezidenti Pyotr Poroşenko Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşviliyə ittifaq bağlamağı təklif edib. Bu haqda “NewsOne” telekanalının efirində Saakaşvilinin özü bildirib.

Onun sözlərinə görə, dövlət başçısının tələblərindən biri “Batkovşina” Partiyasının lideri, keçmiş baş nazir Yuliya Timoşenkoya qarşı hücumların təşkili idi.

“Mənim qarşısımda iki tələb var idi. Birincisi, Yuliya Timoşenkoya hücüm etməliydim, çünki Timoşenko onun xoşuna gəlmir. İkincisi, Poroşenko mənə dedi ki, müdafiə sektorunda korrupsiyaya toxunmaq hüquqlarına malik deyiləm”, - gürcü siyasətçi deyib.

Saakaşvili bildirib ki, bu tələbləri yerinə yetirməkdən imtina edib. Siyasətçi qeyd edib ki, tələblərin yerinə yetirilməsindən imtina onun üçün müxtəlif nəticələrlə nəticələnə bilər.

“Poroşenko bildirdi ki, Ukrayna Təhlükəsizlik Xidməti bütün bu vaxt ərzində mənimlə bağlı dəlillər toplayıb və bunları hakimiyyətə yaxın olan mediaya ötürəcəklər”, - keçmiş qubernator yekunlaşdırıb.

Noyabrın 16-da Ukrayna Ali Radasında "Donbasın reinteqrasiyası haqqında" qanunun müzakirəsi keçiriləcək. “Kommersant” nəşrinin yazdığına görə, parlament üzvlərinin əksər hissəsinin "Donbasın reinteqrasiyası haqqında" qanunu dəstəklədiyi bildirilib. Qanun səs çoxluğu ilə qəbul ediləcəyi və Poroşenko müvafiq sərəncam imzalayacağı halda isə Ukraynada olan Rusiya diplomatik qurumları, o cümlədən Rusiya Federasiyasının ərazisində olan Ukraynanın əlaqədar strukturları bağlanacaq.

Qeyd edək ki, qanun layihəsi qəbul olunacağı halda bundan sonra Ukraynanın Rusiyadakı maraqlarını Belarus və ya İsveçrənin qoruyacağı ehtimal olunur.

Ukraynanın Rusiya ilə diplomatik münasibətləri kəsməklə bağlı mümkün qərarı qəbul etməsi katastrofik olacaq. Bunu Rusiya Federasiya Şurasının rəhbəri Valentina Matviyenko danışıb. Matviyenko bu cür təşəbbüslərin “anlayışdan kənar” olduğunu bildirib.

“Bu, nəticəsi xüsusən Ukrayna xalqı üçün dağıdıcı ola biləcək ən katastrofik qərar olardı”, - Matviyenko deyib.

ABŞ ən yaxın günlərdə BMT-nin 20 minlik sülhməramlı qüvvəsinin Donbasda yerləşdirilməsi üzrə planı təklif edəcək. Bu haqda öz diplomatik mənbələrinə istinadən “The Wall Street Journal” yazıb.

Bundan başqa, nəşrin məlumatına görə, Donald Tramp administrasiyası Ukraynaya ölümcül silahların çatdırılmasını bəyənib. Bura həmçinin, “Javelin” tank əleyhinə komplekslər də daxildir. Silahların çatdırmasının vaxtı haqqında qərar hələ qəbul edilməyib.

Qeyd edək ki, Donbas bölgəsində BMT sülhməramlılarının yerləşdirilməsi haqqında təklifi ilə daha əvvəl Rusiya prezident Vladimir Putin çıxış edib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Rusiya ilə müdafiə sahəsində əməkdaşlıq edən ukraynalılar güllələnə bilər. Bu haqda Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksandr Turçinov bildirib.

“Təcavüzkar ölkə ilə əməkdaşlıq edən hər kəs barmaqlıqlar arxasında oturmalıdır. Həbs cəzasından başqa, güllələnmə cəzası da tətbiq oluna bilər. Rusiyanın müdafiə qabiliyyətini gücləndirən əməkdaşlığa dair bir işarə olarsa, onda həmin şəxsi həbs edəcəyik və ya güllələyəcəyik. Başqa variant yoxdur”, - o deyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm