Nida Təhlil
Putin iki gün sonra YENİ QARABAĞ PLANINI təqdim edəcək – İrəvanın SON ŞANSI
“Əgər Rusiya Ermənistanı Avrpa İttifaqı ilə saziş
imzalamaqdan imtina etməyə məcbur edə bilməsə, noyabrın 22-23-də
Moskva Qarabağ haqqında yeni “Putin planı”nı Azərbaycana təqdim
edəcək”.
Publika.az xəbər verir ki, bu barədə erməni siyasi yazar
Tevos Arşakyan iddia edib.
Onun sözlərinə görə, noyabrın 24-də Brüsseldə keçiriləcək Şərq
Tərəfdaşlığı” sammiti çərçivəsində Ermənistan və Avropa İttifaqı
arasında genişləndirilmiş əməkdaşlıq haqqında sazişin imzalanması
gözlənilir: “Bu, İrəvanın Avropa İttifaqı ilə yaxınlaşmasının
növbəti cəhdidir. Ekspertlər iddia edirlər ki, İrəvan keçmiş
təcrübəni nəzərə alaraq, bu dəfə daha israrla hərəkət edir. 2013-cü
ildə Avropa İttifaqı ilə sazişin imzalanması ərəfəsində Sarkisyan
Moskvaya getdi və Putinin təzyiqlərindən sonda sazişdən imtina
etdi, ardınca Avrasiya İqtisadi İttifaqına qoşuldu. Sarkisyanın bu
günlərdə Moskvaya səfəri bu tarixi təcrübə fonunda narahatlıq
doğurur. Rusiya çətin ki, Ermənistanın Qərblə sərbəst münasibətlər
qurmasına imkan verəcək. İnformasiyalar var ki, Putinlə Sarkisyan
Moskva görüşündə bəzi detallar üzrə razılığa gələ bilməyiblər.
Lavrov məhz həmin detalların müzakirəsi üçün İrəvana gəlir. Əgər o,
Ermənistanı Avropa İttifaqı ilə saziş imzalamaqdan döndərə bilməsə,
Moskva noyabrın 22-23-də Azərbaycanın maraqlarının təmin olunduğu
Qarabağ üzrə “Putinin yeni planı”nı təqdim edəcək”.
Lakin Arşakyan hesab edir ki, Sarkisyan hakimiyəti Moskvanın
tələbləri qarşısında geri çəkiləcək və Avropa İttifaqı ilə saziş
imzalamaqdan son anda imtina edəcək.
“Çünki Kremlin dəstəyindən məhrum olmaq və Qarabağı itirmək
Sarkisyan hakimiyyətinin sonu deməkdir. Ehtimal ki, Sarkisyan şəxsi
maraqları üçün Avropa İttifaqı ilə əməkdaşlıqdan imtina edəcək.
Əgər bu baş verəcəksə, Ermənistan tamamilə Qərbin etibarını
itirəcək və Moskvadan asılılığı güclənəcək”, - deyə o bildirib.
Asif
-
Art15:55
Dəhşətli terrorda həlak oldu, "Təhminə və Zaur" üçün yazdığı... - Xalq artistinin acı həyat hekayəsi
-
Dəb15:16
Əməkdar artist italyan stili ilə diqqət mərkəzində - FOTO
-
Kriminal14:40
7 yaşlı uşağı öldürən məşqçiyə hökm oxundu
-
Sosial14:05
Gələn ilin pensiya artımları nə vaxt bəlli olacaq? - Komitə sədri açıqladı
-
Qoroskop13:26
Aprelin bəxtəvər 3 bürcü - Şans ayaqlarına gələcək
-
Dünya12:50
Yəhudilər Netanyahunu devirməlidir, yoxsa... - Sensasion açıqlama
-
İdman12:20
Onun ilk çılpaq fotosessiyanın pulunu Maradona ödəyib - FOTOLAR
-
İqtisadi gündəm12:05
Bayram günlərində bu şəxslərə əlavə pul veriləcək