Qarabağda 2018-ci il ƏMƏLİYYATI, kəşfiyyat şefindən ETİRAF… - GÜNÜN SİYASİ XÜLASƏSİ
Bizi izləyin

Nida Təhlil

Qarabağda 2018-ci il ƏMƏLİYYATI, kəşfiyyat şefindən ETİRAF… - GÜNÜN SİYASİ XÜLASƏSİ

Ermənistan ordusu Qarabağda hərbi təlimlərə başlayıb. ABŞ-ın Rza Zərrabla bağlı hazırladığı “Yol xəritəsi”nin yeni detalları məlum olub. ABŞ-ın dəstəklədiyi PYD ilə İŞİD arasındakı razılaşmanın detalları ortaya çıxıb. Husilər Yəmənin devrilmiş liderini öldürüblər. ABŞ və Cənubi Koreyanın Koreya yarımadası ətrafında birgə hərbi təlimə başlaması regionda müharibəyə gətirib çıxara bilər. Trampın məsləhətçisi Rusiya ilə sərt danışıqların aparılmasını təklif edib.

Ermənistan ordusu Qarabağda hərbi təlimlərə başlayıb. Ermənistan mediasının yazdığına görə, Azərbaycanın işğal olunmuş torpaqlarında keçirilən təlimlərin məqsədi müdafiə və əks-hücum məqsədi daşıyır.

Qarabağa gələn Ermənistan prezidenti Serj Sarkisyan da təlimləri izləyib. “Lragir” saytı yazır ki, “Ermənistan ordusu əks-hücum planları hazırlayır.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ermənistan prezidenti Serj Sarkisyanın dekabrın 2-də Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə səfəri Qarabağ münaqişəsi ətrafında baş verən proseslər fonunda diqqət çəkir. Sarkisyanın Azərbaycan torpaqlarına səfərinə iki rakursdan baxmaq olar.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

ABŞ xaricdən bizim üçün yazılan ssenarilərə tabe olmadığımız üçün Türkiyəni cəzalandırmaq və etibardan salmaq istəyir. Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Onlar bizi cəzalandırmağa, mühakimə etməyə və gözdən salmağa çalışırlar. Çünki biz onların ölkəmizdəki nümayəndələri tərəfindən icra olunan ssenarilərinə əməl etmirik. Onlar bunu FETÖ ilə edirlər. Ancaq bilməlidirlər ki, bizi aldada bilməyəcəklər”, - Ərdoğan bildirib.

Türkiyə Prezidenti həmçinin Vaşinqtonu PKK-ya dəstək verməkdə günahlandırıb.

ABŞ-da keçirilən məhkəmə prosesinə şahid kimi qatılan Azərbaycan əsilli türkiyəli iş adamı Rza Zərrabı oyuncağa çevirməyə qərar verən ABŞ-ın bu qərarı verdikdən sonra icra etdiyi “yol xəritəsi”nə dair hər gün yeni detallar ortaya çıxır.

“Milliyyət” nəşri yazır ki, Zərrabın həyat yoldaşı və uşağı ilə ABŞ-a getməsi (Zərrab 2016-cı il martında Florida ştatının Mayami şəhərinə həbs olunub –red.) də ABŞ tərəfindən Türkiyəyə qarşı qurulan oyunun bir hissəsi idi.

İrana qarşı maliyyə sanksiyalarını pozmaqda ittiham edilərək həbs olunan Zərrab hazırda Türkiyənin “Xalqbank” bankının sədr köməkçisi Mehmet Hakan Atillanın tək təqsirləndirilən şəxs kimi keçirlidiyi məhkəmə prosesinə şahid qismində qatılıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

CHP üzvləri xarici ölkənin lehinə casusluq edən Rza Zərraba məlumatları kimin verdiyinin açıqlanmasını tələb edirlər. Bu barədə CHP vəkili Özgür Özel deyib.

Onun sözlərinə görə, mənbə açıqlanmasa CHP lideri hər şeyi ortaya çıxaracaq.

“CHP liderinin AKP-yə verdiyi müddət başa çatır. Əgər sabah mənbə açıqlanmasa böyük bomba partlayacaq”, - deyə o bildirib.

ABŞ Mərkəzi Kəşfiyyat Təşkilatının (MKİ) rəhbəri Maykl Pompeo Səudiyyə Ərəbistanı və İsrailin Yaxın Şərqdə birgə çalışdığını etiraf edib. MKİ başçısı bu haqda Kaliforniyada keçirilən Reyqan Milli Müdafiə Forumunda bildirib.

Pompeo Səudiyyə Ərəbistanı, İsrail və bəzi Körfəz ölkələrinin terrorla mübarizə mövzusunda birgə çalışdığını deyib. Onun sözlərinə görə, bu əməkdaşlıq Yaxın Şərqi daha təhlükəsiz edəcək.

Saytın yazdığına görə, MKİ-nin başçısının bu bəyanatı ötən həftə ortaya atılan və ABŞ-ın Yaxın Şərqi yenidən dizayn edəcəyi deyilən tezisi daha da möhkəmləndirir. Bu tezisə görə, ABŞ Səudiyyə Ərəbistanı üzərindən Yaxin Şərqdə yeni bir müharibəyə başlayacaq, amma bunu açıq şəkildə deyil, pərdəarxasından edəcək.

İsrail mətbuatının yazdığına görə, mümkün ittifaqda Təl-Əvivin payı Livanın hərbi və siyasi olaraq ən güclü qrupu olan “Hizbullah” təşkilatına qarşı keçirilən əməliyyatdan ibarət ola bilər.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

1300-ə yaxın İŞİD terrorçusunun Rakkadan çıxarılması prosesində qaranlıq qalan məqamların üstü açılır. Razılaşma ABŞ-ın İŞİD əleyhinə koalisiya üzrə xüsusi nümayəndəsi Brett Makgurkün birbaşa nəzarəti altında əldə edilib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

YPG terror təşkilatının rəhbər heyəti Suriyadakı Rusiya komandanları ilə görüşüb. Bu barədə informasiyanı “Yeni Şəfəq” qəzeti yayıb. Qəzet görüşün Deyr əz-Zor şəhərində baş tutduğunu bildirib. Görüşdə terror təşkilatının nümayəndə heyətinə YPG-nin sözçüsü Nuri Mahmud rəhbərlik edib. İŞİD-ə qarşı ortaq mübarizə aparılması barədə danışıqların aparıldığı iddia edilən toplantıda tərəflər arasında hansı razılıqların əldə olunması haqqında mətbuata açıqlama verilməyib.

Görüşdə iştirak edənlər arasında rusiyalı general da olub.

Qeyd edək ki, YPG PKK terror təşkilatının Suriya qanadı hesab edilir.

Husilər tərəf dəyişdirərək Səudiyyə Ərəbistanı ilə anlaşmağa çalışan devrilmiş lider Əli Abdullah Salehin paytaxt Səna şəhərində yerləşən evini partladıb. Bu barədə “Röyter” informasiya yayıb. İranın “Tasnim” agentliyi isə eks-prezidentin Marib şəhərinə qaçmağa çalışarkən husilər tərəfindən öldürüldüyünü bildirib.

“Skay Nyus Arabia” televiziyası Salehin partiyasındakı mənbəsinə istinadən eks-prezidentin öldürülməsi faktını təkzib edib. Televiziya bu şayiənin məhz husilər tərəfindən Sənadakı nəzarəti əllərinə keçirmək üçün yayıldığını bildirib.

Bu məlumatdan az sonra isə İran dövlət televiziyası Əli Abdullah Salehin meyitinin görüntülərini yayıb.

Rusiyayla sərt danışıqlar aparılmalıdır. Bunu ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Herbert Makmaster söyləyib.

Onun sözlərinə görə, ABŞ Rusiyaya Əsəd rejiminə dəstək verdiyi üçün sərt cavab verməlidir:

“Rusiyanın Suriya böhranının bir hissəsi olan vəhşi rejimə dəstək məsələsini Kremlin Avropadakı fəaliyyətləri ilə eyni səviyyəyə qaldırmaq lazımdır. Məhz Rusiyanın Əsədi dəstəkləməsi, bu böhranın həllini uzatdı, onun İran və Avropaya təsirinə səbəb oldu. Buna görə də Rusiya ilə sərt danışıqlar zamanı çatıb”.

ABŞ-ın Rusiyadakı səfirliyi dekabrın 11-dən Rusiya regionlarında viza verilişini təkrar başladacaq. Bu barədə informasiyanı ABŞ-ın Rusiyadakı səfirliyi yayıb. Vizaların verilişinə ABŞ-ın Sankt-Peterburq, Yekaterinburq və Vladivostokdakı konsulluqlarından başlanılacaq. Vizaların verilişi məhdud həcmdə olacaq.

Qeyd edək ki, ABŞ avqustun 23-dən Rusiya vətəndaşlarına qeyri-mühacir vizasının (müvəqqəti) verilişini dayandırmışdı.

Rusiya Federasiyası Prezidenti Vladimir Putin xarici agent funksiyasını yerinə yetirən xarici KİV-lərin reyestrinin aparılması üzrə səlahiyyətlərin Ədliyyə Nazirliyinə verilməsi haqqında fərman imzalayıb. Federasiya Şurasındakı mənbənin “Sputnik” agentliyinə verdiyi məlumata görə, “xarici agent” statusunu ABŞ-ın 9 KİV-a alacaq.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Bu gün Vaşinqton və Seul 2017-ci ildə 20-yə qədər raket sınağı keçirən Şimali Koreyaya gözdağı vermək üçün genişmiqyaslı hərbi təlimə başlayıb. 200-dən çox təyyarə və 12 min hərbçinin iştirak etdiyi təlimə həmçinin nüvə başlıqları daşıya bilən B-1B strateji bombarmançıları və 6 ədəd gözəgörünməz “F-22” qırıcıları da cəlb olunub. “Vigilant ACE” adı altında keçirilən təlim 5 gün davam edəcək.

Cənubi Koreya Müdafiə Nazirliyinin bəyanatına görə, təlimin keçirilməsində əsas məqsəd rəsmi Vaşinqton və Seulun hərbi qüvvələrinin Şimali Koreya təxribatlarına qarşı gücünü nümayiş etdirməkdir.

ABŞ və Cənubi Koreyanın Koreya yarımadası ətrafında birgə hərbi təlimə başlaması regionda müharibəyə gətirib çıxara bilər.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

“Vaşinqton Kiyevə dəstəyini saxlayır, amma bu, əbədi deyil”. Bunu ABŞ-ın Avropadakı quru qoşunlarının komandanı, general-leytenant Ben Hodces “Ukraynskaya Pravda” nəşrinə müsahibəsində deyib.

Generalın sözlərinə görə, Qərb partnyorları Ukraynanın islahatlar yolu üzrə hərəkətinə davam etmədiyini görərsə, Kiyev dəstəyi itirəcək.

“Əgər müdafiə sənayesində vəsaitlərin xərclənməsində şəffaflıq olmayacaqsa və hərbi büdcəyə nəzarət artmayacaqsa, onda Qərb dövlətlərinin Ukraynaya marağın itməsi və Ukraynadan yorulması riski ortaya çıxa bilər”, - Hodces dəqiqləşdirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm