Qüds qərarının 4 SƏBƏBİ, mütləq baş verəcək MÜHARİBƏ… - GÜNÜN SİYASİ XÜLASƏSİ
Bizi izləyin

Nida Təhlil

Qüds qərarının 4 SƏBƏBİ, mütləq baş verəcək MÜHARİBƏ… - GÜNÜN SİYASİ XÜLASƏSİ

Qüdsün İsrailin paytaxtı kimi tanınması üzrə ABŞ prezidentinin qərarından sonra yaranan gərginlik artmaqdadır. ABŞ Konqresinin Nümayəndələr Palatası Fələstin əleyhinə olan qanun layihəsini təsdiqləyib. Pxenyan Koreya yarımadasında müharibənin başlanmasının yalnız zaman məsələsi olduğunu bəyan edib. Cənubi Koreya Koreya Xalq Demokratik Respublikasının lideri Kim Çen Inın öldürülməsi üçün xüsusi təyinatlı dəstə yaradacaq.

Dağlıq Qarabağ münaqişəsi ilə bağlı nəticələrə yönələn danışıqların yenidən başlaması yaxşı haldır. Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ATƏT Xarici İşlər Nazirləri Şurasının Vyanada keçirilən iclasında deyib.

Ermənistanın Xarici İşlər naziri Edvard Nalbəndyan Azərbaycanın XİN başçısı Elmar Məmmədyarovla keçirdiyi son görüşün müsbət ab-havada keçdiyini bildirib. Bu barədə ATƏT-ə üzvü olan ölkələrin xarici işlər nazirləri Şurasının Vyanada keçirilən illik iclasında çıxış edərkən deyib.

"Elmar Məmədyarovla dünənki görüşümüz, ümumilikdə, müsbət ab-havada keçdi. İndi hadisələrin inkişaf edəcəyini gözləyirik", - diplomat vurğulayıb.

E.Nalbandyan həmçinin Azərbaycan və Ermənistan prezidentlərinin Cenevrədəki görüşünü müsbət qiymətləndirərək tərəflərin ortaq fikrə gəldiklərini vurğulayıb.

Xatırladaq ki, Azərbaycan və Ermənistan XİN başçıları Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsini müzakirə etmək məqsədilə dünən Vyanada görüşüblər.

Bundan əvvəl isə E.Məmmədyarov və E.Nalbəndyan ayrı-ayrılıqda Minsk qrupunun həmsədrləri ilə görüş keçiriblər.

ABŞ ATƏT-in Minsk qrupunun Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması istiqamətində səylərini dəstəkləyir. Biz Dağlıq Qarabağ münaqişəsində irəliləyiş əldə etməliyik. Bu sözləri ATƏT Xarici İşlər Nazirləri Şurasının Vyanada keçirilən toplantısında çıxışı zamanı ABŞ dövlət katibi Reks Tillerson deyib.

R. Tillerson bildirib ki, ABŞ Azərbaycan və Ermənistan prezidentlərinin oktyabrda keçirdikləri görüşdə danışıqları intensivləşdirmək qərarına gəlmələrini və münaqişə zonası boyunca gərginliyi azaltmaq səylərinə sadiqliklərini alqışlayır: "İrəliləyişi yalnız siyasi iradə olduqda əldə etmək mümkündür".

Rusiya Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə ATƏT-in Minsk qrupunun həmsədri kimi, tərəflərə qarşılıqlı faydalı həllərin axtarışında yardımı davam etdirəcək. Bunu Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov ATƏT-ə üzvü olan ölkələrin xarici işlər nazirləri Şurasının Vyanada keçirilən illik iclasında deyib.

Onun sözlərinə görə, bu həll yolları Rusiya, ABŞ və Fransa prezidentlərinin dəfələrlə təsdiq etdiyi prinsiplərə uyğun olmalıdır.

Sergey Lavrovun fikrincə, münaqişənin həllinə töhfə vermək ATƏT-in fəaliyyətinin vacib istiqamətlərindən biridir.

O, ATƏT-in terrorizmə qarşı mübarizədə fəaliyyətinin gücləndirilməsinin zəruriliyini vurğulayaraq, ATƏT-in təşkilat məkanında, həmçinin siyasi sahədə gərginliyin azaldılmasına kömək edə biləcəyinə ümid etdiyini bildirib.

Ermənistan parlamentində “Məcburi hərbi xidmətdən yayınan vətəndaşlar haqqında” qanun yenidən gündəmə gəlib. Erməni deputatlar Karine Açemyan, Qalust Saakyan, Vaqe Enfiadjyan və Avqan Vardanyan bu qanunun işləmə müddətinin 2019-cu ilin 31 dekabrına qədər uzadılmasını təklif ediblər. Müzakirələrdən sonra qanunun tətbiqinin uzadılması təklifi qəbul olunub.

Qanuna görə, Ermənistandan kənarda yaşayan hərbi xidmət keçməmiş vətəndaşlara qarşı cinayət işi açılır və onlar axtarışa verilir. 27 yaşına qədər olan hərbi xidmət keçməmiş şəxslər qanunu pozduqlarına görə məsuliyyətə cəlb olunurlar. Hərbi xidmətdən yayınmış vətəndaşların həbsxanaya düşməməsi üçün yeganə yol bunun müqabilində pul ödəməkdir.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

ABŞ Konqresinin Nümayəndələr Palatası Fələstin əleyhinə olan qanun layihəsini təsdiqləyib. Yeni qanun layihəsinə əsasən İsrail tərəfindən cəzalandırılan və ya nəzarətə götürülən ailələrə ödənən 300 milyon dollarlıq yardımın verilməsi dayandırılıb.

Maraqlı məqam odur ki, yeni layihəyə bir müddət əvvəl Təl-Əvivdə fələstinli gənc tərəfindən bıçaqlanaraq öldürülən 29 yaşlı amerikalı tələbə Teylor Forsun adı verilib. Qanun layihəsində həmçinin Fələstinə yardım edən digər donor ölkələrə də anoloji addımın atılması məsləhət görülüb.

Qeyd edək ki, qanun layihəsi qüvvəyə Senat və Prezident Donald Tramp tərəfindən təsdiqləndikdən sonra minəcək.

ABŞ Prezidenti Donald Trampın Qüds qərarı ağır nəticələrə səbəb olacaq. Bu barədə bəyanatı HƏMAS hərəkatı yayıb.

“Trampın qərarı Qüdsün ərəb-müsəlman torpağı olması faktını dəyişməyəcək. ABŞ prezidenti bu qərarı ilə cəhənnəmin qapılarını Yaxın Şərqdə Vaşinqtonun üzünə açdı. Bu, axmaqlıqdır və zaman göstərəcək ki, bu qərardan sonra onlar uduzacaqlar”, - təşkilat bildirib.

“Qüdsün İsrailin paytaxtı kimi tanımaq bu bölgəni atəşin içinə atmaqdır”. Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı kimi tanımasını şərh edərkən deyib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

ABŞ prezidenti Donald Trampın dünən verdiyi bəyanatla Qüdsü İsrailin paytaxtı kimi tanıması bir anda dünyanın bir nömrəli mövzusuna çevrildi. Qərar ərəb və müsəlman dünyasında bomba effekti yaratdı və diqqətlə qarşılandı. Hazırda əsas sual Ağ Evin sahibinin belə bir addım atmasının səbəbləri ilə bağlıdır. Brokinqs İnstitutu ABŞ-ın Təl-Əvivdəki səfirliyinin Qüdsə köçürülməsi ilə bağlı araşdırma aparıb. Dekabrın 1-də dərc edilən nəticələrə görə, amerikalıların 63 faizi səfirliyin Qüdsə köçürülməsinə qarşı çıxır. Tramp daxili və xaricdə səslənən etirazlara baxmayaraq, bunda niyə təkid edir? Ehtimallara görə, bunun 4 səbəbi var.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Amerikalı ekspertlər ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı kimi tanımasını şərh ediblər.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı kimi tanıması Yaxın Şərqdə vəziyyəti gərginləşdirib. Fələstinin HƏMAS təşkilatının lideri İsmail Haniye ərəbləri yeni intifadaya (intifada fələstinlilərin İsrail işğalina qarşı başlatdığı müqavimətin adıdır –red.) çağırıb.

AFP xəbər agentliyi isə İsrail ordusunun İordan çayının qərb sahilinə qoşun bölmələri göndərdiyini bildirib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

İraqdakı Əl-Nücəba şiə silahlı qruplaşması Trampın Qüds qərarından sonra şərt açıqlama verib. Qruplaşma qərarın İraqdakı ABŞ əsgərlərinə hücum etmək üçün əsaslı səbəb olduğunu bildirib.

“Trampın axmaq qərarı ABŞ qüvvələrini hədəf almaq üçün əsaslı bir səbəbdir və ümmətin canından bunları (İsrail) söküb tullamaq üçün böyük bir qığılcım olacaq”, - qruplaşma lideri Əkrəm əl-Kaabi deyib.

Qeyd edək ki, təxminən 10 min üzvü olan qruplaşma Haşdi-Şabi qruplaşması ilə ortaq maraqları təmsil edir.

“Rusiyaya qarşı sanksiyaların ləğvi Rusiya qoşunlarının Donbasdan çıxarılması və Krımın yenidən Ukraynaya qayıdışı ilə bağlıdır”. Bunu ABŞ-ın dövlət katibi Reks Tillerson ATƏT üzvü olan ölkələrin xarici işlər nazirləri Şurasının Vyanada keçirilən illik iclasında çıxış edərkən deyib.

“Krımla bağlı sanksiyalar yarımadanın Ukraynanın tam nəzarəti altına qaytarılmasına kimi davam edəcək. Eyni zamanda, Şərqi Ukrayna üzrə avropalı partnyorlarımızla uyğunlaşdırılmış sanksiyalar rejimini dəstəkləyirik. Rusiya öz güclərini Donbasdan çıxarmayacağı və Minsk razılaşmalarını əməl etmədiyi halda, sanksiyalar qüvvədə qalacaq”, - dövlət katibi qeyd edib.

Bu yaxınlarda isə Rusiyanın xarici işlər naziri Sergey Lavrov İtaliyanın “Libero” qəzetinə müsahibəsində Krım məsələsini “həmişəlik bağlanmış məsələ” adlandırıb.

“Koreya Xalq Demokratik Respublikası müharibəyə cəhd etmir, eyni zamanda müharibədən çəkinməyəcək”. Bu haqda Şimali Koreya Xarici İşlər Nazirliyinin nümayəndəsinin bəyanatında deyilir.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Cənubi Koreya Koreya Xalq Demokratik Respublikasının lideri Kim Çen Inın öldürülməsi üçün xüsusi təyinatlı dəstə yaradacaq. Bu barədə "Kommersant'" nəşri məlumat yayıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm