Yeni Qarabağ PLANI, Sarkisyanın yetişdirdiyi TERRORÇULAR… - GÜNÜN SİYASİ XÜLASƏSİ
Bizi izləyin

Nida Təhlil

Yeni Qarabağ PLANI, Sarkisyanın yetişdirdiyi TERRORÇULAR… - GÜNÜN SİYASİ XÜLASƏSİ

Yeni Azərbaycan Partiyası (YAP) İlham Əliyevin prezidentliyə namizədliyini irəli sürüb. Rusiyadan ölkəmizə gətirilən müasir hərbi texnikanın bir hissəsi Ordumuzun bölmələrinin silahlanmasına daxil edilib. Türkiyə və Rusiya prezidentləri arasında telefon danışığı olub. Türkiyə Silahlı Qüvvələrinin Afrində keçirdiyi "Zeytun budağı" antiterror əməliyyatı çərçivəsində 40 yaşayış məntəqəsi azad olunub. ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) zabitlər qrupu Ukrayna ordusunun hücuma hazırlığını yoxlamaq üçün Donbasa gəlib.

Bu gün Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının (YAP) VI qurultayı keçirilib. YAP İlham Əliyevin prezidentliyə namizədliyini irəli sürüb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Müdafiə Nazirliyi Ermənistan mətbuatının erməni hərbi qulluqçusu Ayk Kələntəryanın guya atəşkəs rejiminin pozulması nəticəsində ölməsi barədə məlumatı şərh edib. Nazirlikdən verilən məlumatda bildirilir ki, cəbhə xəttinin Füzuli istiqamətində Azərbaycan Ordusunun ön xətdə yerləşən mövqelərinə qarşı düşmən tərəfinin növbəti təxribat cəhdinin qarşısı bölmələrimiz tərəfindən görülən qabaqlayıcı tədbirlər nəticəsində alınıb.

Ermənistan silahlı qüvvələri bölmələrinin 1 hərbi qulluqçusu məhv edilib, 2 hərbçisi isə ağır yaralanıb.

Düşmən geri çəkilməyə məcbur edilib. Azərbaycan Ordusunun bölmələri cəbhə xəttində əməliyyat şəraitinə tam nəzarət edir.

Azərbaycanla Rusiya arasında hökumətlərarası razılaşmaya əsasən, ölkəmizə gətirilən müasir hərbi texnikanın bir hissəsi Ordumuzun bölmələrinin silahlanmasına daxil edilib. Müdafiə Nazirliyindən verilən məlumata görə, silah və hərbi texnikanın döyüşə hazır vəziyyətə gətirilməsi məqsədilə keçirilən məşqlərdə hədəflərin dəqiq məhv edilməsinə, eləcə də atışların sıxlığına və sərrastlığına nail olunub.

Bakıya səfər zamanı Prezident İlham Əliyev tərəfindən qəbul edilən ATƏT-in Minsk qrupunun həmsədrləri ilə aparılan müzakirələrin detalları Ermənistanda narahatlıq yaradıb. Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev səfər çərçivəsində Krakov görüşündə irəli sürülən fikirlər əsasında Minsk qrupunun həmsədrləri ilə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar konkret müzakirələrin aparıldığını deyib.

Erməni siyasi şərhçi Akop Badalyan Hikmət Hacıyevin bəyanatının Ermənistan üçün gələcək təhlükədən xəbər verdiyini yazıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Beynəlxalq Əsilsiz Erməni İddiaları ilə Mübarizə Dərnəyinin (ASİMDER) rəhbəri Göksel Gülbey daha bir sensasiyalı informasiya açıqlayıb. ASİMDER rəhbəri ermənilərin, eləcə də Ermənistandan gedən yezidi kürdlərin də PKK/PYD/YPG terror təşkilatının tərkibində Afrində türk ordusuna qarşı döyüşdüyünü açıqlayıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Bu gün Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan və Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub. Liderlər Afrin və İdlib də daxil olmaqla Suriyada baş verənləri müzakirə edib.

Prezidentlər Türkiyə, Rusiya və İran prezidentlərinin Soçidən sonra ikinci zirvə görüşünün İstanbulda keçirilməsinə qərar veriblər.

Bununla yanaşı, İdlibdə gərginliyi azaltma bölgəsində yeni nəzarət nöqtələrinin yaradılması, eləcə də Astana prosesi müzakirə edilib. Liderlər Suriya məsələsində birgə hərəkət etməklə bağlı qərarı sadiq qaldıqlarını ifadə edib.

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Afrində həyata keçirilən “Zeytun budağı” əməliyyatını tənqid edənlərə cavab verib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Türkiyə Silahlı Qüvvələrinin Afrində keçirdiyi "Zeytun budağı" antiterror əməliyyatı çərçivəsində 40 yaşayış məntəqəsi azad olunub. Həmçinin 12 adsız strateji yüksəklik ələ keçirilib.

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.

Türkiyə ordusu ilə Əsəd rejiminin əsgərləri Suriyanın şimal-şərqində qarşı-qarşıya gələcək. Bu barədə İngiltərənin “Times” nəşri yazıb.

Nəşr yazır ki, Türkiyə son zamanlar İdlib və Hələbin cənub-şərqindəki kəndlərə əsgər və tank birlikləri göndərib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Türkiyənin Afrindən sonra Münbiçin terrorçulardan təmizləmə əməliyyatına başlayacağı ilə bağlı açıqlamasından sonra ABŞ hərəkətə keçib. Münbiçdə olan amerikalı əsgərlər PKK/PYD terrorçuları ilə birlikdə postlarda növbə tutur.

Məlumata görə, amerikalı əsgərlər “Fərat qalxanı” bölgəsinin 1,5 kilometr məsafədə yerləşib. Hazırda bölgədəki türk əsgərləri ilə amerikalı əsgərlər üz-üzədir.

Qeyd edək ki, ABŞ Münbiçdə “Əbu Leyla” kod adlı terrorçunun adına təlim düşərgəsi yaradıb. Son illərdə düşərgədə 2 mindən çox PKK/PYD terrorçusunun təlim keçdiyi deyilir. Bununla yanaşı, ABŞ-ın Münbiçdə 3 hərbi qərargahı mövcuddur. Tışrin Barajı bölgəsində isə 300 amerikalı əsgərin olduğu hərbi bazası var.

Türkiyə və ABŞ ordularının Münbiçdə üz-üzə gəlməsi qaçılmazdır. Bu barədə CNN telekanalının məlumatında deyilir.

Telekanal ABŞ-ın uzun müddət Türkiyə ilə üz-üzə gəlməkdən qaçdığını qeyd edir: “Lakin bu, artıq qaçılmazdır”.

Amerikalı general Paul Funk CNN-yə açıqlamasında Türkiyəyə müharibə elanı kimi səslənən ifadələr işlədib.

“Əsgərlərimizə qarşı hər hansı təhdid olmasından narahatıq. Lakin belə bir vəziyyət yaranacaqsa, özlərini müdafiə edəcəklər”, - deyə amerikalı general Türkiyəyə “Münbiçə girmə, yoxsa vuracağıq” mesajını verib.

ABŞ-ın Suriya ordusu tərəfində vuruşan güclərə atəş açması onun İŞİD-lə mübarizə apardığını deyil, bu ölkənin iqtisadi aktivlərini ələ keçirmək istədiyini göstərir. Bu haqda Rusiyanın Müdafiə Nazirliyinin açıqlamasında deyilir.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Təxminən 7 min İŞİD üzvü Suriyadan Əfqanıstana göndərilib. Bunu jurnalistlərə açıqlamasında Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibinin müavini Valeri Semerikov söyləyib. Onun sözlərinə görə, bu rəqəm kifayət qədər böyükdür və narahatlıq yaradır.

Qeyd edək ki, bundan öncə İran da İŞİD-in Əfqanıstanda aktivləşməsi haqda informasiya yaymışdı.

Rusiya və Avropa arasında müharibə ehtimalı artır. Bu barədə informasiya Münhen Təhlükəsizlik Konfransının hesabatında yer alıb. Hesabata əsasən, tərəflər arasında toqquşma riski silahlanmaya nəzarət üzrə razılaşmalara əməl edilməməsi, hərbi təlimlər ətrafında gərginliyin artması ilə əlaqədar artır.

Ekspertlər, həmçinin, Ukraynadakı situasiyanın da Moskva və Qərbin münasibətlərini gərginləşdirdiyini bildiriblər.

Mən Bidzina İvanişvilini devirdikdən sonra Gürcüstana dönəcəyəm. Bunu “Dojd” televiziyasına müsahibəsində Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili söyləyib.

“Mən Gürcüstanda aktiv siyasətçi olub-olmayacağımı bilmirəm. Bu, gürcü xalqından asılıdır. Mənim Gürcüstanda statusum siyasətçidən yüksəkdir. Mən bu dövlətin yaradıcısıyam. Biz uzun əsrlərdən sonra Gürcüstanda əsl dövlət yaratmışıq”, – deyə o bildirib.

O həmçinin postsovet məkanında yeni antioliqarxik inqilabların başlayacağını söyləyib:

“Məncə postsovet bataqlığı məhv olacaq, ona görə ki, bu, insan instinktlərinə ziddir. Bu, yeni, real feodal quruluşudur”.

Vaşinqton və müttəfiqləri Şimali Koreya problemini sülh yolu ilə həll etməyə cəhd edirlər, amma bununla belə, digər imkanları da nəzərdən keçirirlər. Bunu ABŞ vitse-prezidenti Mayk Pens Yaponiyadakı ABŞ hərbçiləri qarşısında çıxışı zamanı söyləyib. O, ABŞ-ın yaxın gələcəkdə Şimali Koreyaya qarşı tarixin ən sərt sanksiyalarını tətbiq edəcəyini bildirib.

Pens Şimali Koreyanın nüvə silahlarından imtina etməyənə qədər təcridinin davam edəcəyini vurğulayıb.

ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) zabitlər qrupu Ukrayna ordusunun hücuma hazırlığını yoxlamaq üçün Donbasa gəlib. Bu haqda “Donetsk Xalq Respublikası” (“DXR”) separatçı qurumun “operativ komandanlığının başçısı” Eduard Basurin bildirib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm