Prezident İlham Əliyev Ermənistanı çıxılmaz vəziyyətə salıb - Zahid Oruc
Bizi izləyin

Nida Təhlil

Prezident İlham Əliyev Ermənistanı çıxılmaz vəziyyətə salıb - Zahid Oruc

"İlham Əliyev dəfələrlə öz çıxışında Azərbaycanın qəti şəkildə istər Bakı-Tbilisi-Qars dəmiryolu xətti layihəsində, istərsə də digər coğrafiyalar üzrə reallaşan böyük layihələrdə Ermənistanın iştirakını dəstəkləmədiyini deyib".

Publika.az xəbər verir ki, bu sözləri millət vəkili Zahid Oruc prezident İlham Əliyevin Milli Məclisdə keçirilən andiçmə mərasimindəki çıxışına münasibət bildirərkən deyib.

O bildirib ki, bu günə qədər yürüdülən siyasətin davamı ölkənin iqtisadi-siyasi cəhətdən yeni uğurlar qazanmasına zəmin yaradacaq:

“Klassik müharibənin topları bir qədər dəyişib, tarix boyu da ölkələr bir-birini iqtisadi cəhətdən zəiflətməyə, ölkəyə gələn əsas quru yolları bağlamağa çalışırdılar. Mütləq həmin ölkələrin özlərinə qazandığı müttəfiqləri azaltmaq məqsədilə bir sıra düşünülmüş addımlar atırdılar. Və beləliklə hər zaman çalışılıb ki, düşmən tərəfin apardığı ağır işğalçılıq siaysətinin acılarını onlara da yaşatsınlar. Faktiki olaraq Ermənistan elə bir coğrafiyada yerləşir ki, o bütün bir Türk qovşağına müharibə elan etməklə regionda sabit, təhlükəsiz, iqtisadi inkişaf səviyyəsində yaşamağa qadir ola bilməz. Ermənistan hakimiyyəti bunu çox gözəl bilir. Lakin ötən 10 illər ərzində prezident İlham Əliyevin Ermənistanla apardığı savaş daha çox iqtisadi müharibələrə aiddir. Belə ki, istər enerji layihələrinə, istərsə də digər transmilli proseslərə qoşulmaq istəyən qarşı tərəfin addımlarını bloklamaq təklif edilir. Bunlar çox vacib məsələlərdir. Yaxşı xatırlayıram ki, Serj Sarkisyan aparılmış bütün təcavüzkar siyasətini, ağlında, şüurunda yaşadığı dramatizmə baxmayaraq, iddia edirdi ki, nə üçün neft kəmərlərini Qarabağdan keçirmirik. Hətta onlar təsəvvür edirmiş ki, həqiqətəndə bu marşurutlar ən yaxın məsafə olaraq yalnız Ermənistan üzərindən keçə bilər və zamanı gələndə Ermənistan öz hissəsinə düşən kəmərlərin "klapan"larını hərəkətə keçirərək boruları bağlayıb, bizim öz sərvətimizdən özümüzə qarşı istifadə edəcər. Lakin Azərbaycan bütün hərbi strateji nəticələri gözdən keçirərək, qarşı tərəfin “ağıllı” düşüncələrinə sadəcə xəstəlik kimi yanaşır. Məsələnin önəmli tərəflərindən biri də odur ki, ölkəmiz bu cür transmilli layihələrdə Ermənistanla əməkdaşlıq etmiş olsaydı, mənəvi-siyasi tərəfləri bir kənara, Ermənistanın iqtisadi cəhətdən dirçəlişinə zəmin yaratmış olardı. Bu isə Ermənistanın regionda möhkəmlənməsinə stimul verəcəkdi. Nəticə isə belə olardı ki, Azərbaycan özünün işğal altında olan torpaqlarının geri alınması faktını zərbə altında qoyardı”.

Millət vəkili onu da qeyd etdi ki, Ermənistan müxtəlif vasitələrlə yenidən cəhd edəcək ki, gələcəkdə regional proseslərə üçüncü bir dövlətin rolu ilə qoşulsun:

“Prezident İlham Əliyev çıxışı zamanı bu məsələyə toxunaraq gələcək dönəmdə Ermənistanın regional proseslərə müdaxilə cəhdlərini də göz önünə gətirib. Məsələn, “Şimal-Cənub” nəqliyyat dəhlizi layihəsi reallaşan zaman İran və Rusiya prosesdə əsas dominantlar kimi nəzərə çarpırdı. Lakin 2007-2008-ci illərdə “İran-Ermənistan” dəmir yolu layihəsi mövcud idi. Bilirsiz ki, bu tenderi də Rusiyanın törəmə şirkəti uddu və bu istiqamətdə dəfələrlə müxtəlif dövlətlərin əli ilə memorandumların imzalanmasının şahidi olmuşuq. Müxtəlif sazişlər, iqtidarların bir-birini əvəzləməsi, yeni baş nazirlər və s. meydana çıxıb, lakin prosesi xilas etmək mümkün olmayıb. Təbii ki, İran hakimiyyətinin real siyasi təfəkkürə malik siyasətçiləri də bilir ki, Ermənistan gəlib hara inkişaf edəcək? Eyni zamanda Azərbaycan da iştirak etdiyi beynəlxalq transmilli layihələrdə qəti şəkildə Ermənistanın iştirakını qəbul etmir. İlham Əliyev dəfələrlə öz çıxışında Azərbaycanın qəti şəkildə nə Bakı-Tbilisi-Qars dəmiryolu xətti layihəsində, nə də digər coğrafiyalar üzrə reallaşan böyük layihələrdə Ermənistanın iştirakını istəyir. Azərbaycanın isə regionda bu cür tələbləri irəli sürəcək nüfuzu var. Fikir verin, ölkəni tərk edən əhalinin sayı artıbsa, miqrasiya prosesi demoqrafik hal alıbsa, Sarkisyanın hakimiyyətdən getməsi tələb olunursa, demək ki, vəziyyət heç də inkişafa doğru getmir. Sarkisyan özü parlamentdə çıxışı zamanı qeyd edib ki, 2040-cı ilə əhalini 4 milyon nəfərə çatması üçün, qarşıya qoyduğumuz məqsədlərə doğru irəliləməliyik. Təsəvvür edin ki, alternativ proqram olaraq xaricdə yaşayan erməniləri təzyiqlər vasitəsilə ölkəyə gətirməyi düşünürlər. Ermənisiz bir Ermənistan. Kifayət qədər gülməli səslənir. İqtisadi-siyasi perspektivlərin olmaması bu gün bizə 90-cı illərin Ermənistanını xatırladır. Həmin eyni siyasi xəttdir. Bu isə təbii ki, prezident İlham Əliyevin yürütdüyü uğurlu xarici siyasətin nəticəsidir. Azərbaycan düşməninin bütün perspektiv doğuran yollarını bağlayaraq, onun iqtisadi, siyasi və hərbi cəhətdən yüksəlməsinin qarşısını alıb. Ona görə də, Azərbaycan iqtisadi, diplomatik və informasiya savaşını udmalıdır ki, coğrafiya üzərində aparılan bütün silahlı mübarizələrdə zəfər çala bilsin”.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm