Parçalanmış Qəddafinin KÖLGƏSİ, avqustda QİYAMƏT… - GÜNÜN SİYASİ XÜLASƏSİ
Bizi izləyin

Nida Təhlil

Parçalanmış Qəddafinin KÖLGƏSİ, avqustda QİYAMƏT… - GÜNÜN SİYASİ XÜLASƏSİ

Ermənistan və Avropa İttifaqı arasında imzalanmış hərtərəfli və genişləndirilmiş əməkdaşlıq haqqında saziş qəbul edilib. Donald Tramp Rusiya barəsində yeni sanksiyaların tətbiqi planını hazırlamaq barədə tapşırıq verib. ABŞ Senatının Kəşfiyyat Komitəsi Rusiyanın 2016-cı ildə keçirilmiş prezident seçkilərinə müdaxilə etdiyini təsdiqləyib. Knessetin ən azı 50 üzvü qondarma “erməni soyqırımı”nın tanınması haqqında qanun layihəsini dəstəkləməyə hazırdır.

“Ermənistan Dağlıq Qarabağ probleminin sülh yolu ilə nizamlanmasına sadiqdir”. Bu haqda Ermənistanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Tiqran Balayan bildirib.

“Ermənistan ATƏT-in Minsk qrupunun həmsədrliyi çərçivəsində və həmsədr ölkələrin təklifləri əsasında Dağlıq Qarabağ probleminin sülh nizamlanması kursuna sadiq qalır. Bunun üçün 2016-ci il aprel döyüşlərindən sonra əldə olunmuş razılaşmaları həyata keçirmək lazımdır”, - Tiqran Balayan vurğulayıb.

“Dağlıq Qarabağ münaqişəsinin müzakirəsi üçün keçmiş prezident Serj Sarkisyanla görüşə bilərəm”. Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

Paşinyan Sarkisyanla hər hansı məsələnin müzakirəsi ilə bağlı görüşmək istəmədiyini bildirib.

“Sarkisyanla yalnız Qarabağ məsələsinin müzakirəsi ilə bağlı görüşə bilərəm. Yəni nə vaxtsa Qarabağ problemi haqqında informasiya almağa ehtiyac yaranarsa, bu, baş verə bilər”, - deyə o bildirib.

Avropa Parlamentinin (AP) Xarici işlər üzrə komitəsi ötən il Ermənistan və Avropa İttifaqı arasında imzalanmış hərtərəfli və genişləndirilmiş əməkdaşlıq haqqında sazişi yekdilliklə qəbul edib. AP-ın Xarici işlər üzrə komitəsinin dünən keçirilən iclasında bir neçə saat Ermənistandakı son hadisələr müzakirə edilib.

AP üzvləri Ermənistana maddi və texniki dəstək verilməklə yanaşı, həm də viza rejiminin ləğvi məsələsinə də baxılmasına çağırış ediblər.

Erməni siyasi şərhçi Sarqis Artsruni bu sazişin Ermənistanı Qərbə yaxınlaşdıracağını yazıb.

“Serj Sarkisyan Rusiyaya görə bu sazişi kağız üzərində saxlamışdı. Nikol Paşinyanın dövründə saziş imzalandı və Avropa hərtərəfli dəstək sözünü verdi. Bu, Ermənistan üçün yaxşıdır, amma Moskvanın xoşuna gəlməyəcək”, - deyə o bildirib.

“İsrailin törətdiyi qətliam Beynəlxalq Cinayət Məhkəməsinə daşınmalıdır”. Bu haqda ölkənin Xarici İşlər Nazirliyinin başçısı Mövlud Çavuşoğlu bildirib.

Xatırladaq ki, mayın 14-də ABŞ-ın Təl-Əvivdəki səfirliyi Qüdsə köçürüb. Buna etiraz edən fələstinlilərə İsrail hərbçilərinin açdığı atəş nəticəsində 61 nəfər ölüb, 3000-dən çox insan yaralanıb.

İsrail parlamentinin (Knesset) ən azı 50 üzvü qondarma “erməni soyqırımı”nın tanınması haqqında qanun layihəsini dəstəkləməyə hazırdır. Bu haqda İsrail radiosuna istinadən “Jewish Press” qəzeti bildirib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

“Erməni soyqırımı”nı tanımamaq üçün əxlaqi və tarixi baxımdan bir səbəbimiz yoxdur. Bu sözləri İsrailin Kəşfiyyat naziri İsrail Katz deyib.

“Ərdoğan gərginliyi artırmağa çalışır. O, Müsəlman Qardaşlarının üzvüdür və İsrailin ideoloji düşmənidir”, - nazir bildirib.

ABŞ Senatının Kəşfiyyat Komitəsi Rusiyanın 2016-cı ildə keçirilmiş prezident seçkilərinə müdaxilə etdiyini təsdiqləyib. Komitə hesab edir ki, Rusiya Donald Trampın prezident seçilməsi üçün müdaxilə cəhdlərini bir neçə istiqamətdə həyata keçirib.

Komitə rəhbəri Riçard Börr bildirib ki, Rusiya 2016-cı il seçkilərinə ağılsığmaz metodlarla müdaxilələr edib. Onun sözlərinə görə, Donald Trampın Rusiyanın müdaxiləsi ilə prezident seçilməsi faktlarla isbat edilib.

O, istintaqla bağlı yekun qərarın avqust ayında açıqlanacağını diqqətə çatdırıb.

ABŞ prezidenti Donald Tramp Rusiya barəsində yeni sanksiyaların tətbiqi planını hazırlamaq barədə tapşırıq verib. Yeni sanksiyaların tətbiqi ehtiyacı “Orta və kiçik mənzilli raketlərin ləğvi haqqında” müqavilənin müddəalarının pozulması ilə bağlı yaranıb.

Qeyd edək ki, “Orta və kiçik mənzilli raketlərin ləğvi haqqında” müqavilə 1987-ci ildə ABŞ və SSRİ arasında imzalanıb. Rusiya və ABŞ dəfələrlə bir-birini sazişin pozulmasında günahlandırıb.

ABŞ prezidenti Donald Tramp sazişin imzalanmasının 30-cu ildönümü (2017-ci il dekabrın 8-i - red.) münasibəti ilə elan etmişdi ki, Rusiyanı müqaviləyə riayət etməyə məcbur etmək üçün iqtisadi və hərbi addımlar atılacaq. Rusiya prezidenti Vladimir Putin isə cavab vermişdi ki, ABŞ müqavilədən çıxmağa hazırlaşır.

ABŞ prezidenti Donad Trampın məsləhətçiləri, xüsusən Con Bolton ABŞ-KXDR sazişini şüurlu olaraq əngəlləyir. Bu fikirlə “RİA-Novosti” agentliyinə şərhində Rusiyanın Strateji Kommunikasiyalar Mərkəzinin vitse-prezidenti Dmitri Abzalov çıxış edib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ukrayna artıq Rusiya tərəfindən tutulmuş ərazini qaytara bilməyəcək”. Bunu Ukraynanın Donbas regionuna səfərinin gedişatında ABŞ Dövlət Departamentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Kurt Volker bildirib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm