Nida Xəbər
Türkiyə dünyanın gələcəyini dəyişdirəcəkmi? – türkiyəli politoloqla MÜSAHİBƏ
Türkiyənin Avropa İttifaqı ilə münasibətlərinin pisləşməsi və
Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv olmaq istəyinin ortaya
çıxmasından sonra Qərblə Şərq arasında güc balansının dəyişə
biləcəyi məsələsi gündəmə gəlib. Əgər Türkiyə ŞƏT-ə üz olarsa, bu
gücün Qərbdən Şərqə keçməsinə səbəb ola bilər. Lakin bu proseslərdə
Türkiyənin də itirəcəyi şeylər az deyil. İndi Türkiyənin hansı yolu
tutacağı, hansı siyasət izləyəcəyinə dair açıq qalan suallar
var.
Ankarada fəaliyyət göstərən Qafqaz Strateji Araşdırmalar Mərkəzinin
(KAFKASSAM) rəhbəri, politoloq Hasan Oktay
Publika.az-a müsahibəsində bu suallara cavab
verib.
- Türkiyə Şanxay Əməkdaşlıq Təşkilatına üzv olarsa, bu,
onun üçün təhlükəli ola bilərmi?
- Türkiyə 15 iyul hadisələrindən sonra çox ciddi fikir qarışıqlığı
ilə qarşı-qarşıyadır. AKP hökuməti 2002-ci ildə ABŞ-Avropa
Birliyi-FETÖ ilə qurduğu koalisiyanı pozandan sonra ölkə
böhranlarla üzləşdi. Problem Türkiyə yox, hökumətin yanlış
siyasətidir. İndi ABŞ və Avropa Birliyi AKP-ni FETÖ ilə dayandırmaq
istəyir. Lakin bunu edərkən tarixi səhvə yol verdi və 15 iyulda
xalqın etirazını hesablaya bilmədi. Türk milləti ölkəsinə sahib
çıxaraq oyunu pozdu. Hərbi qiyam cəhdi millət tərəfindən
yatırılandan sonra AKP xalqın yanına qayıtdı. Əslində, AKP 3 noyabr
2002-15 iyul 2016 tarixində etdiyi səhvlərin cəzasını çəkir. Eyni
zamanda, AKP üzərində bu cəzanı türk xalqına da vermək istəyirlər.
Məhz burada Türkiyənin Avropa İttifaqından üz döndərərək, Şanxay
Əməkdaşlıq Təşkilatına daxil olması gündəmə gəlir. AKP və
ABŞ-Aİ-FETÖ arasındakı mübarizə Türkiyə dövlətinin uzunmüddətli
strategiyasını dəyişdirə bilməz. Türkiyə 150 ildir Qərb ittifaqı
ilə hərəkət edərək, qərbləşməni bir mədəniyyət layihəsi olaraq
görür və tarazlaşdırılmış siyasət aparır. Bu baxımdan, AKP və
ABŞ-Aİ-FETÖ mübarizəsi müvəqqətidir. Bu, Türkiyə üzərində aparılan
qarşıdurmadır. AKP türk xalqına və Türkiyəyə söykəndiyi müddətdə
həmişə ayaqda qalacaq. Türkiyə 150 illik qərbləşmə hədəflərindən
bir anda vaz keçməz, vaz keçməyəcək də. Bu baxımdan, Şanxay
Əməkdaşlıq Təşkilatına görə Avropa İttifaqına üz çevirməyəcək.
Hesab edirəm ki, hazırda heç bir təhlükə yoxdur.
- Türkiyənin Şərqə doğru üz tutması NATO-dan ayrılması ilə
nəticələnə bilərmi?
- Biz NATO-dan çıxmağı yox, NATO-ya bir türkün baş katiblik
etməsini istəyirik. ABŞ-Aİ son illərdə AKP ilə apardığı mübarizəni
Türkiyə ilə mübarizəyə çevirərək, səhvlərə yol verir. Fikrimcə,
qısa zamanda bu xəstəlikdən vaz keçəcəklər. Avropa İttifaqı son
dövrlər Türkiyəyə qarşı mövqeyini dəyişdirdi və sərtləşdirdi.
Hazırda siyasi tarazlıqlar pozulur, iqtisadiyyatlar alt-üst olur və
ölkələr bir-birinə qarşı açıq hücuma keçməkdən çəkinmirlər. Suriya
böhranı III Dünya müharibəsinə səbəb olmadı, amma bir çox dövlət bu
müharibənin kandarına qədər gəlib çıxdı. Türkiyə sərhədləri
yaxınlığında baş verən hadisələrə müdaxilə edib-etməmək arasında
tərəddüd edir. Bir tərəfdən İŞİD-ə qarşı mübarizə üçün ordu
Suriyaya daxil olur, digər tərəfdən Əsədə müharibə elan ediləcəyi
bildirilir. Türkiyə ABŞ və Aİ istədiyi üçün Suriya məsələsinə bu
qədər müdaxilə etdi. Sonra gördü ki, gedişat təhlükəlidir. ABŞ-Aİ
Ərdoğana qarşı böyük bir oyun oynadı, lakin sonda məğlub oldu. İndi
təşviş içində hərəkət edirlər. Amma qısa zamanda hadisələr
normallaşacaq. Türkiyə ona qarşı edilənləri unutmayacaq, amma
münasibətlərin də davam etməsi üçün lazımı addımlar atır. Türkiyə
heç bir ittifaqa məcbur və məhkum deyil, lakin regional proseslər
Türkiyənin Qərb ittifaqında qalmasını göstərir. Bu ittifaqdan
çıxıb-çıxmamağa Türkiyə özü qərar verəcək. Demokratik dəyərlər,
insan haqları, hüququn üstünlüyü bəşəri dəyərlərdir. Bu dəyərlərə
əməl edən ölkə qazanar. Türkiyə də NATO-dan çıxmayacaq, əksinə
NATO-nun baş katibinin türk olması haqqını müdafiə edəcək. Türkiyə
Avropa İttifaqı ilə də əlaqələri kəsməyəcək. Lakin Avropa İttifaqı
bir tərəfdən Türkiyə ilə müzakirələri davam etdirir, digər tərəfdən
terror təşkilatı olan PKK ilə müxtəlif platformalarda görüşlər
keçirir. PKK rahat şəkildə Avropa İttifaqı ölkələrində fəaliyyət
göstərir. Avropa İttifaqı bunu demokratik azadlıq adı altında edə
bilər, amma nəticə olaraq Türkiyənin etibarını itirir. Türkiyə də
Avropa İttifaqına qarşı haqlı olaraq etiraz edir.
- Türkiyə ŞƏT-lə yaxınlaşarsa, Rusiya və Çinin tərkibindəki
türklərə dəstəyini necə verəcək, yaxud bunu kəsəcəkmi?
- Türkiyə beynəlxalq münasibətlərdə qaydalara ən çox diqqət edən
ölkələrdən biridir. Ölkələrin ərazi bütövlüyünü müdafiə edir. Bunun
bariz nümunəsi Azərbaycandır. Qarabağ məsələsi Türkiyənin ən həssas
olduğu mövzudur və Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir.
Türkiyənhin Rusiya və Çin coğrafiyasında yaşayan türklərlə
maraqlanması isə həmin ölkələrin hüquqi və ərazi bütövlüyü
çərçivəsindədir. Türkiyə bu çərçivənin kənarına çıxmır. Hər ölkənin
qanunu, bayrağı, ərazi bütövlüyü o coğrafiyada yaşayan türklər üçün
də əsasdır. Bu, vacib mövqedir. Bu baxımdan, həm Çin, həm də Rusiya
Türkiyədən narahat olmamalıdır. Türkiyə Şanxay Əməkdaşlıq Təşkilatı
ilə sağlam münasibətlər qura və Qərb dəyərlərini bu təşkilata da
transfer edə bilər. Eyni zamanda, bu təşkilata daxil olan ölkələrin
məhsulları da Türkiyə üzərindən Avropaya daşına bilər. Türkiyə
burada ən yaxşı körpüdür.
- Yəni Türkiyə iki cəbhə arasında balans siyasəti
aparacaq?
- Türkiyə Avropa İttifaqı ilə müzakirələrdən və qərbləşmə
layihələrindən vaz keçməyəcək, lakin regional ittifaqlarla da
münasibətlərini davam etdirəcək. Türkiyənin Şanxay Əməkdaşlıq
Təşkilatı ilə münasibətlər qurmaq istəyi bütün diqqətin üzərinə
yönəlməsinə səbəb oldu. Türkiyə ittifaqların axtardığı üzv ölkə
dəyərindədir. Çox vaxt böhranlar yeni dönəmin başlanmasına səbəb
olur. ŞƏT ilə Aİ arasında seçim yox, körpü rolunu oynaya bilmək
potensialına sahib olan Türkiyə Avropa standartlarını ŞƏT-ə, ŞƏT-in
potensialını da Avropaya transfer edə bilər. Eyni formada
Rusiya-NATO qarşıdurmasında da vasitəçi ola bilər. Yəni Türkiyə
mövcud böhranın həll açarı ola biləcək potensiala sahibdir. Vacib
olan bu böhranı həll edərək regional güclərin arasında yerini ala
bilməkdir. ŞƏT inkişaf etməkdə olan bir ittifaq olsa da, Aİ-nin
standartlarından çox uzaqdır. İnsan haqları, hüququn üstünlüyü kimi
bəşəri dəyərlər məsələsində ŞƏT çox zəifdir. Bu baxımdan, Türkiyə
bəşəri dəyərləri bura transfer edə bilər. Fikrimcə, Türkiyə Aİ ilə
müzakirələri davam etməlidir. Yəni böhrandan qaçmaq yox, onu həll
etmək lazımdır. Türkiyənin 50 illik Aİ siyasətindən bir andan vaz
keçməsi mümkünsüz görünür. Ola bilsin ki, yeni addımlarla
müzakirələrdə əlini gücləndirmək və istədiyinə nail olmaq istəyir.
Lakin Aİ ilə Türkiyənin 50 illik münasibətləri 15 iyul
hadisələrinin təsiri ilə bir qələmdə silinib atıla bilməz. Bu
baxımdan, Aİ və Türkiyə münasibətlərini yenidən gözdən keçirməli və
sağlam əlaqələr qurmalıdır.
- Türkiyə Qərb və Şərq arasındakı tərəzidə tarazlığı
saxlayan güc rolundadır. İndiyə qədər Qərb ittifaqlarında olması
tərəzinin bu gözünün ağır olmasına səbəb idi. İndiki situasiya bir
qədər fərqlidir. Bu tərəzinin gözü Qərbdən Şərqə doğru dəyişə
bilərmi?
- Türkiyə tarazlıq nöqtəsindədir. Hansı cəbhəyə keçərsə, həmin
cəbhənin aktivləşməsi mümkündür. Lakin burada əsas olan
qarşıdurmaların qarşısını almaqdır. III Dünya müharibəsinə doğru
getdiyimiz bir vaxtda, ağıllı davranan mərkəzlərə ehtiyac var.
Türkiyə bəlkə də ilk dəfə Qərblə Şərq arasında keçid ölkəsi olmaqla
yanaşı, həm də tarazlayıcı faktordur. Belə vəziyyətlərdə Türkiyə
yaxşı siyasət aparmalıdır. 15 iyulda AKP hökuməti böyük bir şok
yaşadı və hələ də bunun təsirindədir. Buna görə də aparılan siyasət
bir qədər qarışıqdır. Əgər iqtisadi böhran sürətlənərsə, qısa
zamanda ciddi problemlər ortaya çıxa bilər. Lakin MHP və onun
lideri Dövlət Baxçalı yerində müdaxilə edərək, Türkiyəni fırtınalı
dənizdən sakit limana doğru çəkir. Bu günlərdə həmişə olduğundan
daha çox soyuqqanlı şəxslərə ehtiyac var.
Asif Nərimanlı
-
Magazin123:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin121:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi