Moskvada qapalı görüş: Kreml Qarabağın əvəzinə Bakıdan nə istəyir?
Bizi izləyin

Nida Xəbər

Moskvada qapalı görüş: Kreml Qarabağın əvəzinə Bakıdan nə istəyir?

"Moskva sırf Bakının istəyinə uyğun olaraq, münaqişənin həlli ilə məşğul ola bilər".

Qarabağın əvəzində Rusiya Azərbaycandan Xəzərin sularının bölünməsini, yaxud Avrasiya İqtisadi İttifaqına girişi istəyə bilər. Yaxud da tamamilə başqa məsələlərin olması da mümkündür.

Publika.az xəbər verir ki, bu barədə Ermənistanın “armtimes” saytı yazıb.

Erməni politoloq Aleksandr İskəndəryan da hesab edir ki, Moskva sırf Bakının istəyinə uyğun olaraq, münaqişənin həlli ilə məşğul ola bilər:

“Lakin bunun qarşılığında Avrasiya İqtisadi İttifaqına giriş məsələsi o qədər də ciddi görünmür. İttifaqa bu gün daxil olub, sabah çıxmaq olar. Burada başqa nələrsə var”.

Sayt iddia edib ki, Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun səfərində Qarabağın əvəzində Rusiyanın istəklərinin nə olduğu müzakirə olunub.

Qeyd edək ki, Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarov dünən rusiyalı həmkarı Sergey Lavrovun dəvəti ilə Moskvaya səfər edib. Moskvada keçirilən qapalı görüşdə iki ölkənin baş diplomatı Dağlıq Qarabağ münaqişəsi ətrafında müzakirələr aparıb. Görüşün detalları ictimaiyyətə açıqlanmır.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm