Nida Xəbər
"İslam həmrəyliyi ili" ilə Azərbaycanın dünyaya verdiyi mesaj
“Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyi ölkə
boyunca “İslam Həmrəyliyi – Azərbaycan nümunəsi” adlı silsilə
tədbirlərə start verib.
Birlikdən Publika.az-a verilən məlumata görə,
“Yeni Üfüq” layihə çərçivəsində ilk tədbirini Qax Olimpiya İdman
Kompleksində keçirib.
Tədbirin əhəmiyyəti barədə danışan təşkilatın sədri Sevinc
Əzimbəyli bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev ölkəmizdə 2017-ci ili “İslam Həmrəyliyi ili” elan edib: “Bu
ilin “İslam Həmrəyliyi ili” kimi elan olunması tarixi milli və
mənəvi ənənələrin birbaşa dövlət başçısı tərəfindən himayə
olunmasının bir daha sübutudur. Bununla yanaşı, İslam həmrəyliyinin
qorunması ölkədə sabitliyin və əmin-amanlığın davamlı zəmanətidir.
Bu həmrəylik mədəniyyətlərin və sivilizasiyaların dialoqunun ən
yüksək zirvəsidir”.
Qarabağ Seyid Ocaqlarının rəhbəri, şərqşünas Seyid Camal Əzimbəyli
tədbirdə çıxış edərək Prezident İlham Əliyev tərəfindən 2017-ci il
“İslam Həmrəyliyi İli” elan edilməsi münaqişə və müharibələrin
tüğyan etdiyi dünyaya Azərbaycanın növbəti sülh mesajının olduğunu
deyib: “Bütün müsəlman ölkələrində məzhəblərarası münasibətlərin
qızışdırıldığı bir dövrdə Azərbaycanda mövcud olan tarixi İslam
həmrəylinin dövlətimiz tərəfindən qorunaraq, mühafizə olunması
xalqımızın əmin-amanlığının əbədi zəmanətidir. Unutmamalıyıq ki,
işğal altında olan torpaqlarımızın tezliklə azad olunmasında dini
və milli həmrəylimizin qorunması da ən başlıca prinsiplərdən
biridir".
Tədbirdə Qax rayon İcra Hakimiyyəti başaçısı aparatının
ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini
Nəzriməhəmməd Nəsirov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin
Qax rayonu üzrə təmsilçisi Tərlan Nəzərov və rayon ictimaiyyəti
iştirak edib.
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu
-
Hadisə10 May 21:25
Kürdəxanı təcridxanasında bit yayılıb? - RƏSMİ AÇIQLAMA