• USD 1,7001 0,00% EUR 2,0087 0,00%
    • GBP 2,2277 0,00% RUB 0,0296 0,00%

Bu həftə böyük əfv sərəncamı imzalanacaq

Bu həftə böyük əfv sərəncamı imzalanacaq

Bu gündən etibarən əfv həftəsinə qədəm qoyuruq. Əfvlə bağlı aylardır gözlənilən ümidlər, yaranan suallar, eləcə də, məhbuslardan kimlərin həbsdə qalacağı, yaxud azadlığa çıxacağı müəmmaları həftənin sonuna qədər başa çatacaq.

Novruz bayramı ilə əlaqədar martın 17-nin sonuncu iş günü olduğunu nəzərə alsaq, bu həftənin sonuna qədər əfv sərəncamının veriləcəyi gözlənilir. Artıq bir aydır davam edən Əfv Komissiyasının iclası martın 10-da yekunlaşıb. Qurumun üzvü Mehdi Mehdiyev bildirib ki, son iclasda 120 müraciətə baxılıb. Onun sözlərinə görə, indiyədək keçirilən iclaslarda ümumilikdə 1000-ə yaxın müraciət araşdırılıb və onların 450-nə müsbət rəy verilib.

Artıq gözlər bir ildir imzalanmayan əfv sərəncamına dikilib. Sözsüz ki, əfvlə bağlı ən çox müzakirə edilən məsələlərdən biri də, siyasi məhbuslarla bağlıdır. Bu bayramda azad olunacaq çoxsaylı məhbuslar içərisində ölkə ictimaiyyətinin və beynəlxalq təşkilatların diqqət mərkəzində olan siyasilərin olacağı bildirilir.

Image result for Əliməmməd Nuriyev

Əfv Komissiyasının üzvü, hüquqşünas Əliməmməd Nuriyev “Yeni Müsavat”a açıqlamasında qurumun son bir aydakı 7 iclası ilə bağlı bunları dedi: “Sonuncu əfv sərəncamı ötən ilin martında verilmişdi. O zaman 150-ə yaxın şəxs cəzadan azad edilmişdi. Ümumiyyətlə, indiyə qədər 61 əfv sərəncamı verilib ki, nəticədə 9 mindən çox məhbus azad olunub. Onların da böyük əksəriyyəti azadlıqdan məhrumetmə cəzası alan şəxslərdir. Son bir ayda Əfv Komissiyasının təxminən 7 iclası keçirilib. Bu iclaslarda 950-dən artıq müraciətə baxıldı. Müraciətlərin baxılmasına tam obyektiv yanaşma var idi. Komissiyasının sədri cənab Ramiz Mehdiyev sədrliyi ilə hər kəsin müraciəti ətraflı müzakirə edilirdi. Bu baxımdan hər bir kəsə diqqətli yanaşma var idi. Yeri gəlmişkən, komissiyanın katibliyi hərtərəfli arayış hazırlamışdı. Hər bir məhkumun müraciətində onun etdiyi əməl, islah olunması, ailə vəziyyəti, ailənin müraciəti və sayı, zərərçəkmişin buna münasibəti, eyni zamanda, dövlətə və ayrı-ayrı şəxslərə vurulan ziyanın ödənilib-ödənilməməsi və bu kimi məsələlər diqqətlə öyrənilirdi. Sonda isə müvafiq qərarlar hazırlanırdı. Cənab prezident hər ilin Novruz bayramında məhbus ailələrini sevindirir, onlara bir şans verir. İstisna etmirəm ki, qarşıdan gələn bayramda da belə böyük sərəncamın şahidi olacağıq. Əminəm ki, cənab prezident növbəti dəfə humanistlik göstərərək, çoxsaylı məhbus ailəsini sevindirəcək. Bir məsələni də qeyd edim ki, müraciətlərə baxılarkən heç bir fərq qoyulmurdu. Bütün müraciətlər daxil olmuş ardıcıllıqlara görə baxılırdı. Burada bütün təbəqələrdən məhkum olunmuş şəxslər var idi. Yaşlı insanlar var idi, eləcə də, yetkinlik yaşına çatmayanlar. Əcnəbilərin, qadınların da müraciətləri var idi. Kimin müraciət etməsi önəmli deyildi, əsas olan bizim müraciətlərə ayrı-seçkilik etmədən baxmağımız idi. Sözsüz ki, əsas iradə cənab prezidentindir”.

Qeyd edək ki, İnsan Haqları üzrə Birgə İşçi Qrupu Əfv Komissiyasına 27 nəfərlik siyahı göndərib. Qurumun üzvü Novella Cəfəroğlu əfvə olan ümidlərindən danışdı: “Bu həftə mütləq sevindirici nəticə olacaqdır, buna şübhəmiz yoxdur. Biz komissiyanın üzvlərinin çoxu ilə görüşmüşük. Hər şey birinci şəxsdən asılıdır. Hər kəs kimi biz də gözləyirik. Komissiya üzvlərini sağ olsunlar ki, 450 nəfərin işinə müsbət rəy veriblər. Amma bizim üçün əsas vacib olan 27 nəfərlik siyahımızdır. O biri məhbusların azadlığa buraxılmasına da dəstək veririk. 27 nəfərlik siyahımızdan əlavə, başqa şəxslər müraciət etmişdilər ki, onların da adlarını vermişik. Gözləyirik ki, onlar da azad olunsunlar”.

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>