
Amerika Ermənistana müasir müdafiə sistemləri verib.
Publika.az xəbər verir ki, bu barədə “komandos” ləqəbi ilə
tanınan erməni general Arkadi Ter-Tadevosyan deyib.
Onun iddialarına görə, bu sistemlər 10 funksiyanı eyni vaxtda
yerinə yetirir: “Gecə və gündüz işləyir, informasiya toplayır və
digər vacib elementlərə sahibdir. Bu sistemi amerikalılar bizə
verdi, biz də onu Dağlıq Qarabağda təmas xəttinə yerləşdirdik.
Erməni generalın iddiası həqiqətə uyğundursa, bu, ABŞ-ın ATƏT-in
Minsk qrupunda vasitəçilik missiyasına zidd addımdır.
Asif