Nida Xəbər
Qardaş ölkə ABŞ-ın “böyük oyunu”nu 4 hücumla alt-üst edəcək - Hərbi planın DETALLARI
Türkiyə cənub sərhədlərində ABŞ-ın dəstəyi ilə PKK/PYD
terror təşkilatının qurmaq istədiyi “terror dəhlizi”ni dörd
mərhələli əməliyyatla yerlə bir edəcək.
Publika.az xəbər verir ki, Türkiyənin İraq və Suriyanın
şimalında “terror dəhlizi” oyununa qarşı tətbiq edəcəyi
uzunmüddətli hərbi planının detalları ortaya çıxıb.
BİRİNCİ MƏRHƏLƏ: Hatay-Rehyanlı sərhəd xəttindən
keçərək, İdlibə girən kəşfiyyat qrupunun Azad Suriya Ordusu ilə
birlikdə ilk hədəfi Dar ta İzzah bölgəsini təmizləməkdir. İdlibdəki
terrorçuların təmizlənməsi üçün həyata keçiriləcək “süpürmə
əməliyyatı” bu bölgədən idarə olunacaq. İdlibin terrorçulardan
təmizlənməsi ilə İdlib-Dar ta İzzah xətti “keçid dəhlizi”nin ilk
etapı olacaq.
İKİNCİ MƏRHƏLƏ: İkinci hədəf “keçid dəhlizi”ni
“Fərat Qalxanı” bölgəsinə çatdırmaqdır. “YPG-ni boğma əməliyyatı”
çərçivəsində terrorçulardan təşkil edilmiş Suriya Demokratik
Güclərinin (SDG) nəzarətindəki Afrinin cənubundakı Cindərəsi ilə
Hələbin şimalında ərəblərin kompakt yaşadığı Tel Rıfat ərazisi
təmizlənəcək, burada “təhlükəsizlik bölgəsi” yaradılacaq.
Beləliklə, Afrinə Tel Rıfat bölgəsindən girmək təmin ediləcək.
ÜÇÜNCÜ MƏRHƏLƏ: YPG-nin (PYD-nin
silahlı gücü) nəzarətindəki Menbiçlə Afrin arasındakı bağlantı
xətti kəsiləcək. Qərbdən və cənubdan mühasirəyə alınacaq Afrin
nəzarətə götürülərək, İdlibin “təhlükəsizlik bölgəsi” elan
ediləcək. Bunun üçün Afrinə şərqdən “Cənub Fərat əməliyyatı” ilə
müdaxilə ediləcək. Bununla həm də PKK/PYD-nin Türkiyə sərhədindəki
strateji əhəmiyyətli Minnak hərbi hava bazasındakı təsiri və Amanos
keçid xətti qırılacaq.
DÖRDÜNCÜ MƏRHƏLƏ: Bu mərhələdə “Qərbi Fərat
əməliyyatı” həyata keçiriləcək. Hədəf İŞİD-ə qarşı müharibə
bəhanəsi ilə Menbiçə yerləşdirilən və Türkiyənin “qırmızı xətti”ni
tapdalayaraq, Fəratın qərbinə keçən YPG-ni qovmaqdır. Menbiç
terrorçulardan təmizlənəcək və YPG Fəratın şərqinə qovulacaq.
Bununla həm də PKK/PYD terror təşkilatının tarixi ərəb şəhəri olan
Menbiçdə demoqrafik qurulu dəyişdirmək oyununun qarşısı alınacaq,
şəhər yenə də öz sahiblərinə - ərəblərə veriləcək.
Asif
-
Magazin101:30
Azərbaycan “Avroviziya-2024”ün finalına keçə bilmədi
-
Magazin100:30
Fahree və İlkinin “Avroviziya”dakı çıxışı - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: axşam saatlarında travma təhlükəsi var
-
İdman00:00
"Bayern"in baş məşqçi postuna yeni namizəd BƏLLİ OLDU - FOTO
-
Kriminal7 May 23:48
Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib QANINI TÖKDÜ
-
İKT7 May 23:24
İki qurum əhaliyə XƏBƏRDARLIQ ETDİ - FOTO
-
Magazin17 May 23:07
“Avroviziya-2024”ün birinci yarımfinalı başladı - CANLI
-
Cənubi Qafqaz7 May 22:52
Ermənistanda əsgər GÜLLƏLƏNDİ