Nida Xəbər
Gömrük Komitəsinin əməkdaşları Şəhidlər Xiyabanında
Dövlət Gömrük Komitəsinin əməkdaşları yanvarın 20-də - Ümumxalq Hüzn Günündə 20 Yanvar şəhidlərinin xatirəsini yad ediblər.
Bu barədə Publika.az-a Dövlət Gömrük Komitəsindən məlumat verilib.
Məlumatda bildirilib ki, 1990-cı il yanvarın 20-si Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri, eyni zamanda, xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olub. Düz 28 il əvvəl doğma yurdunun, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan vətənpərvər Azərbaycan övladları canlarından keçərək şəhidlik zirvəsinə ucalıblar. Sovet qoşunlarının Azərbaycanda törətdiyi qanlı qırğından uzun illər keçməsinə baxmayaraq, xalqımız o dəhşətli günlərin ağrı-acısını unutmur. Azərbaycan xalqı hər il 20 Yanvar faciəsi qurbanlarının xatirəsini dərin ehtiramla yad edir.
Yanvarın 20-də sübh tezdən paytaxt sakinləri, ayrı-ayrı dövlət və ictimai-siyasi təşkilatların nümayəndələrilə yanaşı, Dövlət Gömrük Komitəsinin kollektivi də Şəhidlər xiyabanına gələrək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən övladlarının məzarlarını ziyarət edib. Gömrük əməkdaşları 20 Yanvar şəhidlərinin məzarları üzərinə tər qərənfillər düzüb, şəhidlərin unudulmaz xatirəsinə hörmət və ehtiramlarını bildiriblər.
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?