Oqtay Əsədov Ermənistanı xristianlıqdan sui-istifadə etməkdə qınadı
Bizi izləyin

Nida Xəbər

Oqtay Əsədov Ermənistanı xristianlıqdan sui-istifadə etməkdə qınadı

“Hazırda Milli Məclisin bir neçə deputatı Xocalı soyqırımı ilə bağlı xarici ölkələrdə keçirilən tədbirlərdə, aksiyalarda, iclaslarda iştirak edir”.

Publika.az-ın məlumatına görə bu fikirləri Milli Məclisin sədri Oqtay Əsədov parlamentin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deyib.

Spiker bildirib ki, iclasdan sonra da bir neçə deputat Xocalı Soyqırımı ilə bağlı xarici ölkələrdə keçirilən tədbirlərdə, aksiyalarda iştirak üçün səfər edəcək:

“Onu da qeyd edim ki, hazırda Xocalı soyqırımı ilə bağlı Avropa parlamentində bəyanat hazırlanır. Milli Məclis bu istiqamətdə müəyyən addımlar atacaq”.

O.Əsədov əlavə edib ki, ermənilər xristian adından sui-istifadə edirlər: “Onlar ilk xristian milləti və dövləti deyillər”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm