Rusiya maliyyə naziri: “İqtisadiyyatımız dirçələcək”
Bizi izləyin

Digər

Rusiya maliyyə naziri: “İqtisadiyyatımız dirçələcək”

Rusiya iqtisadiyyatı 2016-cı ildə dirçələcək.

Publika.az xəbər verir ki, belə bir bəyanatla Rusiyanın maliyyə naziri Anton Siluanov çıxış edib. O deyib ki, maliyyə sektoru hazırda özün gəlir: “Şübhə etmirik ki, bunun ardınca ölkə iqtisadiyyatı da dirçələcək. Və bu proses cari ilin sonu, növbəti ilin əvvəlinə baş verməlidir”.

Maliyyə naziri onu da deyib ki, pensiyaların indeksasiyası büdcəyə, investisiyalara və Rusiyanın ümumi daxili məhsuluna mənfi təsir edə bilər: “Büdcənin defisiti artır. Təklif edirik ki, pensiyalar böhrandan əvvəlki inflyasiya səviyyəsinə uyğun indeksasiya edilsin. Söhbət 2016-cı il üzrə 5 faiz, 2017-ci il üzrə 4,5 faiz, 2018-ci il üzrə 4 faiz inflyasiya proqnozuna indeksasiyadan gedir”.

Rusiya iqtisadi inkişaf nazirliyinin proqnozuna görə, 2015-ci ildə Rusyada ümumi daxili məhsul istehsalı 2,8 faiz azalacaq. 2016-cı ildən isə ÜDM-in artımı baş verəcək. Onu da qeyd edək ki, 2015-ci ildə Rusiyada 11,9 faiz inflyasiya gözlənilir. 2016-cı il üzrə bu rəqəm 7, 2017-ci il üzrə 6,3, 2018-ci il üzrə 5,1 faiz proqnozlaşdırılır.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm