Respublikaçıların 15-ci namizədinin adı məlum oldu – VİDEO
Bizi izləyin

Digər

Respublikaçıların 15-ci namizədinin adı məlum oldu – VİDEO

ABŞ-ın Viskonsin ştatının qubernatoru Skott Uolker 2016-cı ildə keçiriləcək prezident seçkilərində iştirak edəcəyini rəsmən açıqlayıb.

Publika.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, Uolkerin prezident seçkilərində iştirakını açıqlaması ilə Respublikaçılar Partiyasından prezident postu uğrunda mübarizə aparacaq namizədlərin sayı 15-ə çatıb.

İyulun 13-də 47 yaşlı siyasətçi seçkilərdə iştirakı barədə bəyanatını sosial şəbəkələr vasitəsi ilə verib. Onun iyulun 14-də seçiciləri qarşısında çıxış edəcəyi gözlənilir.

Uolker həmçinin bazar ertəsi özünün birinci seçkiqabağı videosunu dərc edib. “Amerikaya problemləri həll etmək üçün cəsarətli ideyalarla yeni lider lazımdır”, - videoçarxda deyilir.

Qeyd edək ki, Uolker siyasi karyerasına 1993-cü ildə başlayıb və həmin vaxtdan yerli hakimiyyətin bütün səviyyələrini keçib. O, 2010-cu ildə Viskonsin ştatında ilk dəfə, 2014-cü ildə isə ikinci müddətə qubernator seçilib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm