Banklarda əmanətlər azalıb
Bizi izləyin

Digər

Banklarda əmanətlər azalıb

Bu ilin səkkiz ayında fiziki şəxslərin banklarda yerləşdirdikləri əmanətlərin həcmi 7320,3 milyon manat olub.

Publika.az xəbər verir ki, əmanətlərin həcmi iyul ayı ilə müqayisədə azalıb. Əmanətlərin 1847,9 milyon manatı milli valyutada, 5472,4 milyon manatı xarici valyuta ilə yerləşdirilib. Avqust ayında Azərbaycanda manatla depozit və əmanətlər üzrə orta faiz dərəcələri azalaraq 7,98% təşkil edib. Azalma iyul ayına olan orta faiz dərəcələri ilə müqayisədə 0,43 bənd və ya 5,1% olub.

Xarici valyutada depozit və kreditlər üzrə orta faiz dərəcələri isə 8,33% təşkil edib ki, bu da iyul ayı ilə müqayisədə 0,03 bənd və ya 0,36% azdır. Azalmanın əsas səbəbi kimi banklarda likvidliyin yüksək olması və əhali tərəfindən kredit tələbinin azalması göstərilir. Bu tendensiyanın 2016-cı ilin sonuna qədər davam etməsi gözlənilir.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm