• USD 1,7009 0,00% EUR 2,0075 +0,36%
    • GBP 2,1750 -0,28% RUB 0,0288 0,00%

Əli Əhmədov YAP-ın 700 mininci üzvünə vəsiqəni təqdim etdi - (YENİLƏNİB) FOTOLAR

  • Digər
  • 6 May 2016 16:26
  • 325 Baxış
Əli Əhmədov YAP-ın 700 mininci üzvünə vəsiqəni təqdim etdi - (YENİLƏNİB) FOTOLAR

Yeni Azərbaycan Partiyasına (YAP) üzv olanların sayı 700 min nəfərə çatıb.

Publika.az xəbər verir ki, bununla bağlı bu gün YAP-ın Mərkəzi Qərargahında toplantı keçirilib.

Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini-partiyanın icra katibi, Baş nazirin müavini Əli Əhmədov bildirib ki, hər il orta hesabla 25 min insan YAP-a üzv qəbul olunur: “Onların arasında gənclər üstünlük təşkil edir. Son illər isə tələbə və ali təhsilli gənclər arasında YAP-a üzv olanların sayı artıb”.

Ə.Əhmədov qeyd edib ki, belə bir günün Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü ərəfəsinə təsadüf etməsi çox xoş andır: “YAP-ın sıraları kifayət qədər genişdir. Hakim Partiya sürətlə öz sıralarını genişləndirir. Əlbəttə, bu, Ümummilli Lider Heydər Əliyevin ideyalarına və cənab Prezidentin həyata keçirdiyi siyasətə dəstəkdən xəbər verir. Gənclərin YAP-ın sıralarına üzv olmağını da təbii hesab edirəm. Ayrı-ayrı idarələrdə, qurumlarda xeyli sayda gənclər önə çəkilir”.

Qeyd edək ki, tədbirdə YAP-ın İcra katibinin müavinləri Siyavuş Novruzov, Mübariz Qurbanlı, millət vəkilləri Eldar İbrahimov, Məlahət İbrahimqızı və mətbuat nümayəndələri iştirak ediblər.

Daha sonra Əli Əhmədov YAP-ın 700 mininci vəsiqəsini Azərbaycan Dövlət Tibb Universitetinin tələbəsi, qəbul imtahanlarında 690 bal toplayan prezident təqaüdçüsü Məmmədova Xatın Fərhad qızına təqdim edib.

Vasif Həsənli

Загрузка...

Oxşar xəbərlər

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>