• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Daxili Qoşunların komandanı əsgər valideynləri ilə görüşdü

  • Digər
  • 7 Aprel 2014 11:07
  • 845 Baxış
Daxili Qoşunların komandanı əsgər valideynləri ilə görüşdü

"Şəxsi heyət üçün yaradılmış hərtərəfli şərait Azərbaycan Prezidenti İlham Əliyevin hərbi qulluqçulara göstərdiyi diqqət və qayğısının nəticəsidir". DİN Daxili Qoşunların Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bu fikirləri Daxili Qoşunların komandanı general-mayor Şahin Məmmədov əsgər valideynləri ilə keçirdiyi görüşdə bildirib.

Daxili işlər nazirinin müavini - Daxili Qoşunların komandanı general-mayor Şahin Məmmədov qoşunların Biləcəri qəsəbəsində yerləşən "N" saylı hərbi hissəsində olub. O, şəxsi heyətin kazarma-məişət şəraiti, qidalanması, sağlamlıq durumu və təminat-təhcizatı ilə yaxından tanış olub, ərazidə aparılan quruculuq-abadlıq işləri ilə maraqlanıb.

Hərbi hissə komandiri döyüş hazırlığının vəziyyəti, o cümlədən şəxsi heyətin mənəvi-psixoloji durumu barədə Şahin Məmmədova geniş məruzə edib.General-mayor Ş.Məmmədov həmin gün övladları ilə görüşə gələn əsgər valideynləri ilə də görüşüb, onların müraciətlərini dinləyib.

Əsgər valideynləri ilə görüşün təşkil olunmasında əsas məqsədin onların müraciət və təkliflərinin dinlənilməsi olduğunu vurğulayan Daxili Qoşunların komandanı əvvəlcə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə ordu quruculuğu sahəsində həyata keçirilən məqsədyönlü islahatlar, habelə sabitliyin qorunub saxlanılmasında mühüm rol oynayan DİN-in Daxili Qoşunlarının əldə etdiyi nailiyyətlər barədə geniş məlumat verib: "Hazırda Daxili İşlər Nazirliyinin tərkib hissəsi olan Daxili Qoşunların şəxsi heyətinin sosial-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə hərtərəfli şəraitə malik yaşayış komplekslərinin, yeni hərbi şəhərciklərin, əsgər kazarmalarının tikilib istifadəyə verilməsi Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin hərbi qulluqçulara göstərdiyi diqqət və qayğısının nəticəsidir. Bütün bunlar gənclərimizin Vətənə layiqli övlad kimi formalaşması naminə həyata keçirilir".

Görüşdən sonra Daxili Qoşunların komandanı valideynləri fərdi qaydada da qəbul edb, onların arzu və istəklərinin yerinə yetirilməsi istiqamətində konkret göstərişlər verib, icrası mümkün olan məsələlər isə yerindəcə həllini tapıb.

Oxşar xəbərlər

Xəbər lenti

DAHA ÇOX XƏBƏR