Tofiq Yaqublunun ailəsi avtomobil qəzasına düşdü
Bizi izləyin

Digər

Tofiq Yaqublunun ailəsi avtomobil qəzasına düşdü

Bu gün İsa Qəmbərin müavini Tofiq Yaqublunun ailəsi Şəki məhkəməsindən geri - Bakıya dönərkən avtomobil qəzasına düşüb.

Bu gün İsa Qəmbərin müavini Tofiq Yaqublunun ailəsi Şəki məhkəməsindən geri - Bakıya dönərkən avtomobil qəzasına düşüb. Qəza İsmayıllı rayon mərkəzinin 5 kilometrliyində, Xanagah kəndi ərazisində baş verib:

Tofiq Yaqublunun həyat yoldaşı Maya Yaqublu ilə sürücü Çingiz Əli İsmayıllı rayon xəstəxanasına yerləşdirilib.

Vəkil Xalid Bağırov isə burnundan yüngül yaralanıb.

Qeyd edək ki, yanvarın 21-də Şəkidə İsmayıllı hadisələri zamanı həbs olunanların növbəti məhkəməsi keçirilib. Tofiq Yaqublu ötən il yanvarın 23 və 24-də İsmayıllıda baş verən aksiyalar zamanı ictimai qaydanı pozmaqda və vətəndaşları iğtişaşlara təhrik etməkdə təqsirləndirilir. /Azvizion.az/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm