Azərbaycanlı məşhur: “Bir günlük ehtirası xəyanət saymıram” - FOTOLAR
Bizi izləyin

Digər

Azərbaycanlı məşhur: “Bir günlük ehtirası xəyanət saymıram” - FOTOLAR

Həmsöhbətim başdan-başa hiss, duyğu xanımıdır. Bir çox hitlərin söz müəllifi, şairə xanım Könül Nazimqızı. Hələm-hələm müsahibə verməyi sevməz, amma bizə yox demədi. Danışdıq, çoxdan görünməməyinin səbəbini də bizə açıqladı…

 

 

"Bir mahnı ilə populyarlaşıb, 10 minlik paltardan danışır"

 

 

- Bu yaxınlarda səni bir verilişdə gördüm, ağız deyəni qulaq eşitmirdi. Hiss olunurdu ki, verilişdəki mühitdən sıxılırsan,  qışqır-bağır salanların əvəzinə xəcalət çəkirsən… 

 

- Əvvəla ona görə ki, mənim üç təhsilim var. Orta məktəb ədəb-ərkan, tərbiyə, səviyyə verirsə, institut artıq səni təkmilləşdirir, yetkinləşdirir. Ailə tərbiyəsindən də çox şey asılıdır. Mən hələ bir dəfə də olsun ailəmdə atamın anamın üstünə qışqırdığını, söyüş söydüyünü eşitməmişəm. Anamla atamın arasında söz-söhbət olurdusa, onu bizdən gizlin özləri həll edərdilər. Mənim aləmimdə qışqırmaq-bağırmaq tərbiyəsizlikdir.

 

- Bəlkə elə buna görədir ki, son vaxtlar şou aləmdə görünmürsən?

 

- Şou aləmdə o qədər yabanı otlar var ki, bir mahnı ilə papulyarlaşıb 10 minlik paltardan danışır. Hansı ki, mən bunları çoxdan görmüşəm. Əgər qarşındakı adamla mənəviyyat üst-üstə düşmürsə, onunla oturub hansı mövzuda danışasan. Həmin adam qəfildən ağzından elə söz çıxara bilər ki, ya gərək ona cavab verib xalqın gözündən düşəsən, ya da məcbursan yerində sakit oturasan. Bu da insanı içdən ağrıdır. İstənilən televiziya proqramına çıxmaq mənim üçün problem deyil. İstədiyim proqrama çıxa bilərəm, amma belə şeyləri nəzərə alıram. Həm də insanın bir yaş dönəmi var. Hərdən evdə söz düşəndə deyirəm ki, mən artıq böyüdüm. Doğrudan da son iki ildə mən böyüdüm. Əvvəl mənə dəhşətli görünən tərbiyəsizliklər, yalanlar indi mənə adi görünür. Hansı ki, vaxt vardı həmin şeylər mənə faciə kimi görünürdü. 

 

 

"İnsan 80 yaşında da sevməkdən sığortalanmayıb"

 

- Şou-biznesdə dostluq etdiyin sənətçilər varmı?

 

- Rəhim Rəhimli, Faiq Ağayev, Nailə Mirməmmədli-bunlardan hələ bir dəfə də olsun inciməmişəm. Rəhim mənim üçün xüsusilə əzizdir. Bizim müqəddəs dostluğumuz var və şou aləmdə bizim kimi dostlar çətin olsun. Bizim dostluğumuz maddiyyata dayanmır. Ən gözəl dostluq da mənəviyyat üzərində qurulan dostluqdur.

 

- Sözlərinə bəstələnmiş  musiqiləri hansı müğənnilərin ifasında eşidəndə ürəyindən tikan çıxır?

 

- Mənim sözlərimi kim oxuyub və kim bəstələyibsə hamısına minnətdaram. Deməli, onlar mənim şeirlərimi hiss edə biliblər. Ən çox mənim üçün müqəddəs olan mahnılar-"Ayrılma məndən", "Bilərsənmi", bir də Nazpəri xanımın ifa etdiyi "Bağışla"dır.  Bugün də həmin musiqiləri eşidəndə təsirlənirəm və həmin vaxta dönürəm.

 

- Əhval-ruhiyyəniz həmişəmi şeirlərinizdə əks olunur?

 

- 25-30 yaşıma qədər gözəl sevgi şeirləri yazırdımsa, sonralar yalnız rübai və qəzəllər yazmağa başladım. Deməli, mən böyüdüm. Söz yox ki, içimdə sevgi də var. İnsan yaşayırsa, sevəcək. İnsan 80 yaşında da sevməkdən sığortalanmayıb.

 

 

"Bir qadına nə lazımdırsa, hamısı məndə var"

 

- Sevgidolu bir xanımsınız. Bu şeirlərinizdən də görünür. Türklərin gözəl bir sözü var e, aşk kadını...

 

- Sevgi olmasa, mən yaşaya bilmərəm.

 

- Mən "odnolyubam". Bəlkə də o sevginin ən böyüyünü yaşamışam. Bəlkə də sevgidolu günləri indi yaşayıram. Mənim üçün dünyanın ən bahalı daş-qaşını bağışla, ayaqlarım altına milyonlar səp, xeyri yoxdur. Əsas səmimiyyətdir. Mənim üçün sevgidə səmimiyyət çox önəmlidir.

 

- O sevgiyə xəyanət qarışmasından heç qorxmursan ki?

 

- Qorxan gözə çöz düşər. Qoy o qorxsun. Bir qadına nə lazımdırsa, hamısı məndə var.

 

- Yəni?

 

- Qadın tərbiyəli, təmizkar olmalıdır. Qadın dünya gözəlidirsə, amma pinti, murdardısa, ondan gözəl olmaz. Bir qadının daxilən gözəl və dürüstdürsə, o heç zaman atıla bilməz.

 

 

"Adım atılan qadınlar siyahısında deyil"

 

- Xəyanətə səncə, yol açan nədir?

 

- Xırda-xırda yalanlar yığılıb bir gün insanı bezdirir. Mənim özümə də bir insan davamlı şəkildə yalanlar danışırsa, o yığılır-yığılır, sonra ayrılığa gətirib çıxarır. Həyatda bütün evləri yıxan yalnız yalandır. Mənim birinci ailəm də elə yalan üstündə dağıldı. Gör neçə vaxtdır müsahibə üçün məni axtarırdın, amma mən razılıq vermirdim, çünki o əhval-ruhiyyədə deyildim. Səni aldatmırdım, olanı deyirdim. Amma keçən həftə sənə söz verdim və biz görüşdük.

 

- Hislərlə qərar verirsən, yoxsa ağılla?

- Mən həmişə hisslərimlə yaşamışam və heç vaxt hislərim məni aldatmayıb. Bəlkə mən ona görə sevdiyim insanı düzgün seçmişəm və adım atılan qadınlar siyahısında deyil. Bu gün elə bir zamanda yaşayırıq ki, sevgi də tükənir. Amma bizdə bu sevgi  tükənmir.

 

- Maşallah!

 

- Bəlkə ona görə ki, ikimiz də bu münasibətdə səmimiyik.

 

 

"O kişi xoşbəxtdir ki, həyatında mənim kimi dürüst bir qadın var"

 

 

- Bir-birinizin telefonunu qurdalayırsınız?

 

- Mən yox, amma o qurdalayır.

 

- Maraq sənə güc gəlmir?

 

- Gəlir e, amma qürurum buna imkan vermir. Amma o mənim telefonumu yoxlayanda pis oluram, düşünürəm ki, hardasa yəqin inamsızlıq var.

 

- Qısqanclıq həm də sevginin işarəsidir axı?

 

- Mən belə deməzdim. Bəlkə də özüm qısqanc deyiləm deyə belə hesab edirəm. Həm də Ruhəngiz xanım oxuyur e, məndən bir də olmayacaq. Bəlkə də çoxu bunu oxuyub deyəcəklər ki, Könül özündənrazıdır. Amma o kişi xoşbəxtdir ki, həyatında mənim kimi dürüst bir qadın var. Çünki gözəl qadın tapmaq olar, ağıllı və dürüst qadın yox.

 

 

"O qadın indi efirdə əxlaqdan danışır"

 

 

- Amma dürüst qadınlara dəyər verən də yoxdur…

- Yox xəyanətkar qadını sevən elə özü də xəyanətkar olur. Allah  kşini cəzalandırmaq üçün qarşısına da elə özü kimi xəyanətkar qadın çıxarır.

 

- Sən özün xəyanəti bağışlayardın?

 

- Bir dəfə bağışlamışam, ikinci dəfə bağışlamaram. Onda bu qədər yaxın deyildik.  O qadın indi efirdə əxlaqdan danışır.

 

- Tanıdığın qadın idi?

 

- Mən şou-biznesdə heç kimlə yaxınlıq etmirəm. Amma yoldaşım bunu mənə özü dedi və bir təsadüfü görüş kimi qiymətləndirdi. O qadın utansın ki, bir günlük ehtirasın qurbanı oldu. İki saatdan sonra Allah bilir kimlər ondan istifadə edib tulladı. Biz buna görə bir il küsülü qaldıq, amma sonunda bağışladım onu. Mənim hissiyatım çox güclüdür, o xəyanət etsə, dərhal bunu bilərəm.

 

 

"Efirdə dəhşət kök görünürəm"

 

 

- Komplekslərin varmı?

 

- Efirdə dəhşət kök görünürəm, bu məni narahat edir. Mən zamanında 59 kilo olmuşam, mənə çox yaraşırdı arıqlıq. Bir də mən zəmanə qadını deyiləm, indi də tərif eşidəndə utanıram.

 

- İçin nə rəngdədir?

 

- Çəhrayı. Daxilim tez-tez dəyişir. Bir gündə üç cürə ola bilərəm. Ola bilər çox əsəbi olaram. Əsəbi olanda heç kimlə danışmıram onda. Sadəcə içim ağlayar. Bir həftə sızıldayar.

 

 

"Bəlkə də məni onun qədər sevən kişi olmayıb"

 

- Dolça bürcündənsən də, buna görə… Mən də sənin kimiyəm.

 

- Dolçalar necə varsa, elədirlər, təbii.  Bir qadın olmur onlar, sanki müxtəlif qadınlardır, yəni o qədər rəngarəngdirlər. Dolça qadınlarla darıxmaq mümkün deyil. Onları sevdirən həm də hədsiz səmimi olmalarıdır. Bir insanı özlərinə yaxın bildilərsə, canlarını verərlər onun üçün. Yetər ki, onları aldatmağa çalışmasınlar. Bunu dərhal hiss edəcəklər və siz onu həmişəlik itirəcəksiniz. 

 

-  Birinci həyat yoldaşın deyəsən qohumun idi?

 

- Xalamoğlu idi. Biz uşaqlıqdan deyikli idik. İndi bütün nəsil bir-birinə düşməndir. Mən yoldaşıma dedim ki, gəl rahatca ayrılaq. Yoxsa, bütün qohumları bir-birinə düşmən edəcəyik, razılaşmadı, axırda da belə oldu. Amma bəlkə də məni onun qədər sevən kişi olmayıb. Mən gözə, nəfsə inana adamam. Tələbə vaxtı o qədər oğlanların gözə arxamca qaldı ki… Hətta üzümə deyən də oldu ki, görüm səni xoşbəxt olmayasan.  Xalamoğlu özü də mənə ayrılanda bu sözü dedi.

 

 

"Yuxuda üç dişimi- həyatda üç əzizimi itirdim"

 

- Əlamətlərə inanırsan?

 

- Çox…Yuxulara, bir də ayağının düşərli-olub olmamasına çox inanıram. Mənim ayağım çox yüngüldür, bunu mənə həmişə deyiblər.

 

- Həyatında ən dəhşətli əlamət nə olub?

 

- Deyim sənə. Mən dediyim kimi, yuxularıma dəhşət inanıram. Həmişə də çin çıxıb. Yuxu görməkdən qorxuram buna görə. Üç dəfə yuxumda üç dişimi çıxırıblar-sağ, sol, orta dişimi. Sağ dişimi itirəndə atam, sol dişimi itirəndə anam, orta dişimi itirəndə isə dayım rəhmətə gedib. Bayramlarda hər dəfə atam mənə yuxuda qızılgül verir. Deməli ruhlar var də. Həyatda da atam mənə həmişə qırmızı qızılgül verərdi. Axirət var , mən buna inanıram. Bizi idarə edən Allahı danmaq olmaz. 

 

 

Cəvahir  Səlimqızı

Foto: Xəyal

 

 

 

 

 

 

Oxumağa davam et
Reklam
Reklam

Gündəm