Pakistan ordusu 80 yaraqlı öldürdü
Bizi izləyin

Digər

Pakistan ordusu 80 yaraqlı öldürdü

Pakistan ordusunun Şimali Vəziristanda səhərə yaxın təşkil etdiyi əməliyyatda 80 yaraqlı öldürülüb.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Pakistan ordusunun bu gün səhərə yaxın Şimali Vəziristan bölgəsinin Miranşah, Mir Əli və Boya şəhərlərində təşkil etdiyi əməliyyat nəticəsində 80 yaraqlı öldürülüb. Onlarla yaraqlının da yaralandığı bildirilir.

Əməliyyatdan sonra açıqlamada hərbi helikopterlər və qırıcıların yaraqlıların gizləndiyi bölgələri hədəf aldığı qeyd edilib. Hücumdan əvvəl bütün giriş və çıxışlar qapadılıb. Bir çox yerlərdə bayıra çıxmaq qadağan edilib. Məktəblər tətilə buraxılıb.

Vüsal Tağı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm