Prezident İlham Əliyev sərəncam və fərmanlar imzaladı
Bizi izləyin

Digər

Prezident İlham Əliyev sərəncam və fərmanlar imzaladı

Bu gün prezident İlham Əliyev “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi ilə İran İslam Respublikasının Daxili İşlər Nazirliyi arasında fövqəladə halların idarə edilməsi sahəsində əməkdaşlıq haqqında” Anlaşma Memorandumunun təsdiq edilməsi bar

Bu gün prezident İlham Əliyev “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi ilə İran İslam Respublikasının Daxili İşlər Nazirliyi arasında fövqəladə halların idarə edilməsi sahəsində əməkdaşlıq haqqında” Anlaşma Memorandumunun təsdiq edilməsi barədə fərman verib.

Fərmanda deyilir:

1. “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi ilə İran İslam Respublikasının Daxili İşlər Nazirliyi arasında fövqəladə halların idarə edilməsi sahəsində əməkdaşlıq haqqında” 2014-cü il aprelin 9-da Tehran şəhərində imzalanmış Anlaşma Memorandumu təsdiq edilsin.

2. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi bu Fərmanın 1-ci hissəsində göstərilən Anlaşma Memorandumunun müddəalarının həyata keçirilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi həmin Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə İran İslam Respublikası Hökumətini xəbərdar etsin.

*****

Azərbaycan prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və İsrail Dövlətinin Xarici İşlər Nazirliyi arasında müntəzəm diplomatik məsləhətləşmələr haqqında” Protokolun təsdiq edilməsi barədə sərəncam imzalayıb.

Sərəncama əsasən, “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və İsrail Dövlətinin Xarici İşlər Nazirliyi arasında müntəzəm diplomatik məsləhətləşmələr haqqında” 2014-cü il aprelin 30-da Bakı şəhərində imzalanmış Protokol təsdiq edilib.

Azərbaycanın Xarici İşlər Nazirliyinə sərəncamın 1-ci hissəsində göstərilən Protokolun müddəalarının həyata keçirilməsinin təmin edilməsi tapşırılıb.

*****

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev AR İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında sərəncam imzalayıb. ANS PRESS-in xəbərinə görə, bu dəyişikliklərlə əlaqədar Nazirlər Kabinetinə bir sıra tapşırıqlar verilib.


Yeni dəyişikliklər Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” AR Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb prezidentə təqdim olunmasını; AR Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib prezidentə məlumat verilməsini; mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlası və bunun icrası barədə beş ay müddətində prezidentə məlumat verilməsini; həmin Qanundan irəli gələn digər məsələlərin həll edilməsini, AR Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” AR-nın Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verilməsini nəzərdə tutur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm