“Üçüncü cinsin” nümayəndələri – FOTOLAR
Bizi izləyin

Digər

“Üçüncü cinsin” nümayəndələri – FOTOLAR

Samoada Faafafina adlanan 3-cü bir cins mövcuddur və mənası “qadın kimi” deməkdir.

Ailədə çoxlu oğlan uşağı olduqda anaya icazə verilir ki, onlardan birini özünə köməkçi etsin. Ana bu uşağı qız kimi böyüdür, qız kimi geyindirir. Onlar “mavi” hesab edilmir və zəhmətkeş olmaları ilə seçilirlər.

Əfqanıstanda isə bunun əksinə, qızlar oğlan kimi tərbiyə edilir. Bu ölkədə oğlanlara qızlardan daha çox qiymət verilir. Ailədə doğulan qızların çoxluğuna görə valideynlər onlardan birini oğlana “çevirir”. Oğlana “çevrilmiş” qıza isə “baça poş” deyilir. Bu isə o deməkdir ki, bu gündən etibarən qızı oğlan kimi geydirərək, elə oğlan kimi də tərbiyə edəcəklər. “Baça poş” tərcümədə “oğlan kimi geyinmiş” deməkdir.

“Baça poş” olan qızlar əfqan cəmiyyətində oğlanın malik olduğu bütün azadlıqlara yiyələnir. Onlar məktəbə gedir, səyahət edir, idmanla məşğul olur və işə də düzəlirlər. Bu qızlara oğlan cinsi kimi baxılır.

Oğlanlarla eyni sırada duran “baça poş” onlardan fərqlənmir. Heç oğlanlar da aralarında neçə “baça poşun” olmasını bilmirlər. Lakin qızlar yeniyetməlik yaşa çatdıqda onların sirrini ört-basdır etmək olmur. Buna görə də, “baça poş” yeniyetməlik yaşına çatan kimi bütün üstünlüklərindən məhrum olaraq adi qıza çevrilir. “Baça poş”lar adi həyata çox çətin adaptasiya olunurlar. Bundan sonra qızlar evdən bayıra çıxa bilməzlər və onların kişilərlə göz-gözə gəlməsi qadağandır. Bu isə ölkədə qadın və kişi azadlığı arasında bərabərsizliyin olduğunu sübut edir. Keçmişdə “baça poş” olmuş qızlar adi həyata qayıdan kimi ərə getmək üçün hazırlanırlar.

Bundan əlavə, “baça poş”lar yaxşı arvad olmurlar. Onlar özlərini qadın kimi apara bilmirlər. Bu qızlar yemək bişirə bilmir, hətta yeri gəldikdə ərlərini də döyürlər. “Baça poş” dövlət tərəfindən tanınmır və onların hüquqları qanunla tənzimlənmir. Lakin bununla belə, Əfqanıstanda bu günədək həmin ənənə saxlanılır.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm