İraq parlamentinin şiə üzvü terror aktında həlak oldu
Bizi izləyin

Digər

İraq parlamentinin şiə üzvü terror aktında həlak oldu

İraq parlamentinin şiə deputatı Ahmed al-Xafadji bu gün Bağdadda təşkil edilmiş terror aktının qurbanlarından biri olub.

Publika.az-ın RİA xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə parlament üzvlərindən biri bildirib. Məlumata görə, al-Xafadji ilə yanaşı terror aktında 24 nəfər ölüb. Terror aktının İŞİD terror qruplaşmasının üzvləri tərəfindən törədildiyi ehtimal olunur.

İŞİD terror qruplaşması hazırda İraqın xeyli hissəsinə nəzarət edir. Qruplaşma sünnilərin mərkəzi hökumətdən narazılığından istifadə edərək son bir neçə ayda xeyli aktivləşib. Ölkənin geniş ərazilərini ələ keçirən İŞİD “İslam xilafəti” elan edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm