“Koç”lar hansı nazirliklə işbirliyinə girir?
Bizi izləyin

Digər

“Koç”lar hansı nazirliklə işbirliyinə girir?

Bu gün Bakı "Hilton" hoteldə Türkiyənin məhşur markası "Koç"un "Texnologiya günü" və 70 illik yubileyi keçirilib. Tədbirdə Azərbaycan rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov, "Koç Sistem"in Azərbaycan təmsilçisi Mucit Emel, "Koç" nümayəndəsi Mehmet Nalbandoğlu, Can Barış Özok çıxış edib.

"Koç" nümayəndələri bildirib ki, şirkətin Azərbaycanda təmsilçiliyinin açılması şirkətin gəlirindən çox, Azərbaycanın İT sahəsindəki inkişafına və dünya miqyasında uğur qazanmasına hesablanıb.

Nazir müavini İltimas Məmmədov çıxışı zamanı bildirib ki, nazirliyin fəaliyyəti dünya miqyasında inkişafa addım atıb. Bütün bunların fonunda Azərbaycanın beynəlxalq rabitə və texnologiya şirkətləri ilə işbirliyi mütləqdir: “"Koç"lar təkcə Türkiyədə yox, dünyada məhşur olan profesional şirkətdir. Şirkət 70 ildə texnologiya sahəsindəki bacarığını sübut edib. Texnologiya sahəsindəki inkişafı yaxından izləmək və əməkdaşlıq üçün "Koç"un Azərbaycan nümayəndəliyinin olmasını zəruri hesab edirik”.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm