Büdcədə neftin 90 dollardan götürülməsi risklidir
Bizi izləyin

Digər

Büdcədə neftin 90 dollardan götürülməsi risklidir

Büdcənin neft gəlirlərindən asılılığı bizi narahat etməlidir. Bununla bərabər, 2015-ci ilin dövlət büdcəsində neftin qiymətinin 90 dollar müəyyənləşməsi də bizi düşündürür. Çünki ekspertlər bildirirlər ki, neftin qiyməti 70 dollara düşə bilər. Ona görə də bu siyasət çox risklidir”.

Publika.az-ın xəbərinə görə, bunu Milli Məclisin plenar iclasında çıxış edən deputat Fərəc Quliyev deyib. Deputat rus rublunun dollara nisbətdə dəyərini itirməsi fonunda Azərbaycana dəyə biləcək ziyanlardan da danışıb. O bildirib ki, Dövlət Neft Fondu Rusiyanın VTB bankının 500 milyonluq səhmini alıb. “Hesab edirəm ki, səhmlərin ucuzlaşması bizim ordakı aktivlərimizin əriməsinə gətirib çıxarda bilər. Məncə, Azərbaycan rus rublu ilə bağlı siyasətində redaktələr etməlidir”.

O bildirib ki, neft gəlirləri gələcəkdə işğal altında olan torpaqların azad edilməsinə yönəlməlidir. “Əgər sülh yolu ilə azad edilərsə, o zaman həmin torpaqlarda infrastruktur, bərpa işləri görməyə yönəlməlidir”.

Fərəc Quliyev ehtiyac meyarının yaşayış minimumuna çatdırılması siyasəti əvəzinə nisbi yoxsulluq siyasəti yürüdülməlidir. Deputat söyləyib ki, yaşayış minimumu, pensiya və əmək haqları artırılmalıdır. “Doğurdanmı İqtisadiyyat və Sənaye Nazirliyi Statistika Komitəsi ilə birgə yaşayış minimumun müəyyən edilməsi ilə bağlı monitorinqlər aparıb?! Bunu müəyyən etmək lazımdır”.

Deputat vurğulayıb ki, ölkədə kölgə iqtisadiyyatı da aradan qaldırılmalıdır. Milli Məclis üzvü Milli Məclisin ehtiyat fondunun yaradılmasının vacibliyini də diqqətə çatdırıb: “Hesab edirəm ki, indiki vəsaitlə Milli Məclis potensialının 10 faizini ortaya qoya bilmir. Məsələ ilə bağlı Nazirlər Kabineti ciddi düşünməlidir”.

Fərəc Quliyev onu da söyləyib ki, Neft Fondunun gəlirləri gənclərin mənzil probleminə yönəlməlidir: “Gənclərə 2-3 faizlə kredit verilməlidir. Onlara torpaq sahəsi verməklə mənzil problemini həll etmək lazımdır”.

Deputat əlavə edib: “Gürcüstan doğumlu soydaşlarımızın kadr problemi də həll edilməlidir. Bu gün Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı ərazilərin kadr təminatı bərbaddır. Azərbaycan ali məktəblərinə qəbul üçün məhz onlar arasında bir testin keçirilməsi çox vacibdir. Onlar arasından ən yaxşısını seçib kadr təyinatını elə yaşadığı yerlərə vermək lazımdır. Hərbi hissələrin mənzillərində məskunlaşmış məcburi köçkükünlərin də mənzil problemi həll edilməlidir. Bununla da, hərbçilərin mənzil məsələsi də həll olunar”.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm