Qərb Xəzərdən əl çəkməyi planlaşdırmır
Bizi izləyin

Digər

Qərb Xəzərdən əl çəkməyi planlaşdırmır

Avropa İttifaqı (Aİ) 2014-cü ildə transxəzər boru kəməri layihəsinin reallaşdırması ilə bağlı səyləri artırmaq niyyətindədir. Brüssel bu məsələdə irəliləyişə nail olmaq üçün yaxın vaxtlarda Türkmənistanla danışıqları davam etdirməyi planlaşdırır. Artıq bu

Avropa İttifaqı (Aİ) 2014-cü ildə transxəzər boru kəməri layihəsinin reallaşdırması ilə bağlı səyləri artırmaq niyyətindədir. Brüssel bu məsələdə irəliləyişə nail olmaq üçün yaxın vaxtlarda Türkmənistanla danışıqları davam etdirməyi planlaşdırır. Artıq bu məsələ ətrafında Aİ-Türkmənistan danışıqları keçən ilin dekabr ayında Aşqabadda keçirilib.

Publika.Az –ın verdiyi xəbərə görə, mövzuya toxunan “Nezavisimaya qazeta” Aİ-nin böyük gözləntilərinin olmasına baxmayaraq, Aşqabadın siyasi bəyanatlardan irəli getmədiyini bildirir. Yazıda həmçinin, Qazaxıstan neftinin Bakı-Tiflis-Ceyhan neft kəməri ilə ixracı perspektivlərindən danışılıb.

İqtisadi, yoxsa siyasi layihə?

Aşqabadın konkret sənədləri imzalamasına Avropanın indiyə kimi nail olmadığını qeyd edən qəzetin qənaətində görə, iş burada yalnız türkmən rəhbərliyinin ehtiyatlılığı ilə bağlı deyil. Belə ki, Türkmənistanın mövqeyinə Çinin böyük təsirinin olduğu deyilir. Pekin Türkmənistanı daim öz orbitində saxlayır. 2013-cü ilin iyulunda Aşqabad TAPİ (Türkmənistan – Əfqanıstan – Pakistan – Hindistan) qaz kəmərinin tikintisi üzrə konsorsiumun yaradılması haqqında protokolu imzalamadı. Əvəzində həmin ilin sentyabrında Pekin ildə 65 milyard kubmetr təbii qazın alınması ilə bağlı Türkmənistanla yeni razılaşma bağladı. Eyni zamanda Çin istiqamətində türkmən qazının ixracının yeni layihələri müzakirə edilir. Pekinin Türkmənistan göstərdiyi “himayə” maliyyə resursları ilə möhkəmləndirilir. Bu Pekinə TAPİ layihəsinin təşəbbüskarı olan ABŞ-ın səylərinin qarşısının alınmasına imkan verir.

“Avropa layihəsi ilə bağlı Azərbaycanın mövqeyi də siyasi dəstək çərçivəsindən kənara çıxmır. Bu karbohidrogen ehtiyatlarının mövcud göstəriciləri və ən yaxın onilliyin proqnozlara əsaslanır”, - “Nezavisimaya gazeta” yazır.

Azərbaycan 2014-cü ildə 28 milyard kubmetr təbii qaz hasil etməyi planlaşdırır Təxminən 8- 10 il sonra Azərbaycanın ixrac potensialı 25 milyard kubmetr təşkil edə bilər. “Bakı üçün şəxsi “borunu” doldurmaq daha əhəmiyyətlidir. Aşqabad da öz növbəsində Çin və İrana təbii qaz ixracatının həcmini artırmağı planlaşdırır. Xəzəryanı dövlətlərin mövqeləri və Azərbaycanın qazın ixracının proqnozlaşdırılan göstəriciləri belə bir nəticəyə gəlməyə əsas verir ki, Avropa İttifaqının irəli sürdüyü transxəzər qaz kəməri layihəsi siyasi xarakteri daşıyır”, - Rusiya nəşri bildirir.

Qazaxıstan neftinin Xəzər yolu

Qazaxıstan neftinin Azərbaycan üzərindən Qərbə çatdırılması ideyası 1990-cı illərin ortalarında ortaya çıxan Bakı-Tiflis-Ceyhan neft boru kəməri ilə birbaşa bağlıdır. Layihənin təşəbbüskarları hesab edirdilər ki, Qazaxıstan neftinin sözügedən marşrutla ixracı neft kəmərinin maksimum doldurulmasına imkan verəcək. Transxəzər neft kəmərinin tikintisinin 2003-2004-cü illərdə başa çatdırılması nəzərdə tutulurdu.

Qazaxıstanda yataqların işlənməsi ilə bağlı qarşıya çıxan çətinliklər və neft hasilatı ilə bağlı proqnozlara daim yenidən baxılmasına baxmayaraq, transxəzər boru kəməri vasitəsilə neftin nəql edilməsinə maraq azalmadı. İmzalanmış razılaşmalar və Qazaxıstan rəsmilərinin çoxsaylı bəyanatları bunu deməyə əsas verir. Azərbaycan ərazisi ilə hər il orta hesabla 2-3 milyon ton qazax nefti daşınır. Bunun yaxın illərdə 20-25 milyon tona çatacağı gözlənilir.

Qazaxıstanın transxəzər neft kəməri layihəsinə marağı neft hasilatının artan göstəriciləri ilə izah edilir. 2013-cü ildə Qazaxıstanda neft hasilatı proqnozu 81,8 milyon tona qədər artdı. Ancaq neft hasilatı ilə bağlı bir sıra çətinliklər də var. Qazaxıstan karbohidrogen ehtiyatlarının əlavə həcmini 2020-2025-ci illərdə gözləyə bilər. Mövcud boru kəmərləri isə Qazaxstan neftinin ixrac edilməsi üçün kifayət edir. Hazırda Qazaxstanın karbohidrogen resurslarının əsas ixrac istiqaməti Rusiyadır.

Bununla belə, Qazaxıstan əlavə enerji resurlarının çıxarılmasını gözləmədən ixrac marşrutlarının diversifikasiya olunmasına çalışır. Astana 2013-cü ilin sonunda 4 milyon ton qazax neftinin Xəzər vasitəsilə ixracı barədə qərar verib. Bunun 3 milyon tonu Bakı-Tiflis-Ceyhan kəməri, 1 milyon tonu isə dəmir yolu ilə ixrac olunacaq.

“Nezavisimaya qazeta”ya görə, ABŞ və Aİ-nin dəstəklədiyi boru kəməri layihələri əks nəticə verir. “Bu layihələr Xəzər regionunda dövlətlərarası ziddiyyətlər gücləndirir, Xəzərin ekologiyasını təhlükə altına qoyur”,- qəzet qeyd edir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm