• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Möcüzə neçəyədir - 9 yaşlı qız qardaşını necə xilas etdi?

  • Digər
  • 5 Yanvar 2015 07:45
  • 657 Baxış
Möcüzə neçəyədir - 9 yaşlı qız qardaşını necə xilas etdi?

Tessi – ağlına görə həmyaşıdlarından seçilən çox gözəl 9 yaşlı qızdır. Bir gün o, valideynlərinin öz aralarında kiçik qardaşı Ted haqda etdikləri narahat dolu söhbətlərini eşidir. Tessi bu söhbətdən sonra anlayır ki, qardaşı ağır xəstədir və ailənin onu müalicə etdirməyə imkanı yoxdur. Atasının sonuncu sözü isə qulağından getmir:

- Ancaq Möcüzə uşağı xilas edə bilər

Bir müddət xəyallar içində itib-batan qız qəti qərara gəlir. O, ilk olaraq indiyə qədər pul yığdığı şüşə daxılını tapır və oradakı pulları sayıb cibinə qoyur və birnəfəsə aptekə qaçır.

Aprekdəki satıcı bir nəfər cavan oğlanla söhbət edirdi. Qız səbirlə gözləyir. Satıcı Tessini görmür, görsə belə cavan oğlanla söhbətə başı elə qarışır ki, həmin anda qız əhəmiyyətli deyildi. Qız əvvəl ayaqlarını yerə vurub diqqəti cəlb etmək istəsə də, xeyri olmur. Səbri çatmayan qızcığaz məcbur olub şüşə arakəsməni döyəcləyir.

- Nə istəyirsən, ay qız? Görmürsən mən bu cavan oğlanla söhbət edirəm. O mənim qardaşımdır. Çikaqoda yaşayır və mən onu on ildir görmürəm.

— Yaxşı, bağışlayın. Amma sizin üçün qardaşınız əziz olduğu kimi, mənim qardaşım da mənə əzizdir. O, çox ağır xəstədir. Mən ona sağalması üçün kömək etməliyəm

- Hansı dərman lazımdır?

- Mözücə

- Nə?

- Möcüzə...Onun adı Teddir. Onun beynində nəsə pis bir şey var, o böyüyür. Atam deyir ki, onu ancaq Möcüzə qutara bilər. Sizdə möcüzə neçəyədir?

- Ay qız, biz burada qeyri-real şeylər satmırıq. Incimə, sənə kömək edə bilməyəcəm.

- Siz nə qədər desəniz mən pul ödəyərəm. Məni pulum var. Sadəcə , siz Möcüzənin qiymətini deyin...

Bu sözü eşidən satıcının qardaşı qıza tərəf əyilir. Çox bahalı kostyumda olan bu cavan oğlan qızdan maraqla soruşur:

- Qızım, sənin qardaşına necə möcüzə lazımdır?

- Bilmirəm, bircə onu bilirəm ki, o çox pis xəstədir. Anam deyir, əməliyyat olunmalıdır. Atamın isə pulu yoxdur. Ona görə mən kömək etmək qərarına gəldim- deyən qızcığazı ağlamaq tutur.

- Sənin nə qədər pulun var?

- 1 dollar 25 sent

- Təsadüfə bax, —oğlan gülümsüyür- Elə bu qədər pul möcüzə almağa yetərlidir.-deyib qızdan onu evlərinə aparmağı xahiş edir

Bu cavan oğlan Çikaqoda ad çxıarmış həkim, neyro-cərrahlıq üzrə nadir mütəxəssis Karlton Armstronq idi. O, kiçik Ted üçün tamamilə pulsuz əməliyyat edir və uşağı yenidən həyata qaytarır.

Uşağın valideynləri çox xoşbəxt idilər.

-Bu həkim əsl Möcüzədir-deyə anası ağlayaraq fikirlərini bölüşüb.

Atasının “maraqlıdır, bu əməliyyat bizə neçəyə başa gələrdi?” –sualına həkim gülümsünərək cavabsız qoyur, əvəzində gözlərindən xoşbəxtlik yağan qıza baxır. Cəmi 1 dollar 25 sentə.

Oxşar xəbərlər

Xəbər lenti

DAHA ÇOX XƏBƏR