Sərnişindaşıma tarifləri 2,6 faiz bahalaşıb
Bizi izləyin

Digər

Sərnişindaşıma tarifləri 2,6 faiz bahalaşıb

Yükdaşıma tarifləri 0,1 faiz, sərnişindaşıma tarifləri isə 2,6 faiz bahalaşıb.

Publika.az Dövlət Statistika Komitəsinə istinadən bildirir ki, ötən ilin son ayı ərzində hava nəqliyyatında sərnişindaşıma tariflərində MDB ölkələri üzrə 15,5 faiz, digər xarici ölkələr üzrə isə 8,2 faiz bahalaşma müşahidə olunub.

Dəmir yolu nəqliyyatında MDB ölkələrinə sərnişindaşıma tarifləri 8,7 faiz bahalaşıb.

Dekabr ayında boru kəməri vasitəsilə neftin nəql olunma tarifi 0,2 faiz qalxıb.
Ay ərzində avtomobil nəqliyyatında və dəniz nəqliyyatında yükdaşıma və sərnişindaşıma tarifləri üzrə heç bir dəyişiklik müşahidə olunmayıb.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm