Nazir: “Bu il sosial müavinətlər, maaş, pensiya, təqaüdlər vaxtlı-vaxtında maliyyələşdiriləcək”
Bizi izləyin

Digər

Nazir: “Bu il sosial müavinətlər, maaş, pensiya, təqaüdlər vaxtlı-vaxtında maliyyələşdiriləcək”

“2014-cü il üçün icmal büdcənin gəlirləri 23,1 milyard manat və ya 104,9 faiz, xərcləri 21,3 milyard manat və yaxud 87,2 faiz icra olunub. 2014-cü il dövlət büdcəsinin mədaxili 18,4 milyard manat və ya 100,2 faiz icra edilib. Xərcləri isə 18,7 milyard manat və ya 93,2 faiz icra olunmuş, qarşıya qoyulan bütün öhdəliklər yerinə yetirilib”.

Publika.az-ın məlumatına görə bunu maliyyə naziri Samir Şərifov ötən ilin dövlət büdcəsinin icrasının yekunlarının müzakirəsi zamanı deyib.

S. Şərifov bildirib ki, dövlət və icmal büdcələrinin şəffaflığının, səmərəliliyinin və ünvanlılığının təmin edilməsi istiqamətində işlər 2014-cü ildə də davam etdirilib. Dövlət büdcəsi xərclərinin yarıdan çox hissəsinin proqramlar və məqsədli tədbirlər əsasında tərtibinə və icrasına nail olunub.

Cari ilin dövlət və icmal büdcələri barədə danışan nazir qeyd edib ki, “Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsi haqqında” Qanunu prezident İlham Əliyevin daim diqqətində olan bütün dövlət vəzifələrinin uğurla həyata keçirilməsinə, prioritet hədəf kimi əhalinin sosial müdafiəsinin və yaşayış səviyyəsinin yüksəldilməsinə, ölkənin bütün sahələrdə təhlükəsizliyinin təmin edilməsinə və iqtisadi inkişafının stimullaşdırılmasına maliyyə təminatı yaradacaqdır: “2015-ci ilin dövlət büdcəsinin gəlirləri 19 milyard 438 milyon manat, xərcləri 21 milyard 100 milyon manat, kəsiri 1 milyard 662 milyon manat, icmal büdcənin xərclərinin yuxarı həddi 25 milyard 911 milyon manat təsdiq edilib”

S. Şərifov Vergi Məcəlləsinə edilmiş dəyişikliklər nəticəsində əlavə yaranacaq vergilərin büdcəyə cəlb ediləcəyini deyib: “Bununla yanaşı, dövlət büdcəsinin sosial öhdəliklərinin, təhlükəsizlik və müdafiə sahələrinin mühüm təlabatlarının, dövlət orqanlarının əsas ehtiyaclarının, xarici borc və beynəlxalq təşkilatlara üzvlük haqlarının, ölkədə keçiriləcək mühüm beynəlxalq tədbirlər üzrə öhdəliklərin və ölkə daxilində və xaricində icrasına başlanılmış və prioritet hesab edilən investisiya layihələrinin yaratdığı öhdəliklərin təmin edilməsi xərclər üzrə qarşıda duran əsas vəzifələrdir.

Nazir qeyd etdib ki, cari ildə sosial müavinətlər, maaş, pensiya, təqaüd, və digər bütün sosial ödənişlərin vaxtı-vaxtında maliyyələşdirilməsi təmin ediləcək:”2014-cü il dövlət büdcəsinin icrasına dair müvafiq qanun layihəsinin və yardımçı materialların hazırlanıb aidiyyəti üzrə təqdim olunması, 2016-cı il və sonrakı üç il üçün dövlət və icmal büdcə layihəsinin vaxtında və daha da keyfiyyətlə hazırlanması üçün qanunvericiliklə qarşıya qoyulmuş vəzifələrin vaxtında yerinə yetirilməsinə dair tapşırıqlar verilib.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm