• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Kommersiya obyektləri ucuzlaşıb – Açıqlama

  • Digər
  • 21 Yanvar 2015 17:20
  • 515 Baxış
Kommersiya obyektləri ucuzlaşıb – Açıqlama

Kommersiya obyektləri bazarında ötən ilin son rübünün iki ayında qiymətlər artsa da, dekabrda ucuzlaşma baş verib.

İqtisadçı-ekspert Nüsrət İbrahimov Publika.az-a şərhində bildirdi ki, satış portfelində təklif sayında artım müşahidə edilib. Alqı-satqı ofislərinə təklif olunan obyektlərin sayı ay ərzində 10% artaraq 187 ədəddən 206 ədədə qalxıb: “Kommersiya obyektləri bazarında bağlanan əqdlərin sayı dekabr ayında 113 ədəd təşkil edib, ötən noyabr ayı ilə müqayisədə -2,6% azalıb.

Satış məqsədi ilə bazara təklif olunan kommersiya obyektlərinin həcmində əsas paya 54%-lə “boş yer” təyinatlı sahələr malikdir. Bu tip obyektlər o obyektlərdir ki, təyinatı dəqiq deyil, və onlar ofis, mağaza və ya xidmət təyinatı altında istifadə oluna bilərlər. Xidmət və mağaza təyinatlı yerlər isə bazarda müvafiq olaraq 28% və 11% paya sahibdirlər. Satışda olan ofis təyinatlı yerlərin sayı ümumi payın 7%-nə malikdir. Qeyri-yaşayış obyektlərinin orta sahəsi noyabr ayı üçün 173.09 kv.m təşkil edib.

Bu da öz növbəsində ötən aya nisbətən -25.3% çoxalıb. Ümumi orta sahənin azalmasına əsas səbəb kimi əmlak bazarında böyük sahələrə malik obyektlərin satılması ilə izah etmək olar. Araşdırmalar nəticəsində Bakı şəhərində ən böyük sahə Nərimanov rayonunda, H.Əliyev (İnqilab) küçəsində boş yer sahəsi qeydə alınıb - 3000 kv.m. Ən az sahə isə Nizami rayonunda - 15 kv.m sahəyə malik olan mağaza olub”.

Bazarda qiymətlərdən söz açan ekspert bildirib ki, kommersiya obyektləri satışı bazarında müşahidə edilən azalma dinamikası orta qiymətə təsir edib: “Dekabr ayında bazarda orta satış qiyməti əvvəlki ay ilə müqayisədə -2,94% azalaraq kv.m 4458 dollar təşkil edib. Son ayda aktivliyin nisbətən azalması, obyektlərin satışının ekspozisiya müddətinin artmasına səbəb olmuşdur. Ay ərzində qeyri-yaşayış sahələri bazarında obyektlərin satış ekspozisiya müddəti 152 gün təşkil edib. Qеyri-yаşаyış sаhələrinin аlqı-sаtqısı qiymətlərinin azalması ilə yanaşı, obyektlərin icаrəsi bаzаrındа da qiymətlərdə azalma baş verib. Bаkı şəhəri üzrə 1 kv.m qеyri-yаşаyış sаhəsinin kv.m-nin orta icarə qiyməti 18.8 dollar təşkil edib. Qiymət indeksi ötən 2013-cü ilin müvafiq ayı, dekabr ayı ilə müqayisədə -2,94% azalaraq 6,24 bənddə qərarlaşıb”.

İqtisadiyyat şöbəsi

Oxşar xəbərlər

Xəbər lenti

DAHA ÇOX XƏBƏR