“Mən də yaşamaq istəyirəm”
Bizi izləyin

Digər

“Mən də yaşamaq istəyirəm”

Fevralın 28-də Bakıda “Mən də yaşamaq istəyirəm” şüarı ilə könüllü qanvermə aksiyası keçiriləcək.

Publika.Az-ın məlumatına görə, “Psixososial Reabilitasiya və İnkişaf” İctimai Birliyi və Mərkəzi Qan Bankının təşkilatçılığı ilə baş tutacaq bu aksiyanın əsas məqsədi irsi qan xəstəliklərindən əziyyət çəkən uşaqlara dəstək olmaq və cəmiyyətin diqqətini bu məsələyə yönəltməkdir.

Təşkilatçılar talassemiya və hemofiliya kimi ağır xəstəliklərdən əziyyət çəkən uşaqların qana olan ehtiyacını qismən ödəmək üçün mütəmadi olaraq belə aksiyalar təşkil etmək niyyətindədirlər.


Aksiyada iştirak könüllüdür. Səhhətində problemi olmayan yaşı 18-dən çox olan, Hepatit A, B, C, QİÇS və s. bu kimi xəstəliklərin daşıyıcısı olmayan istənilən şəxs qan verə bilər. Hətta hansısa kollektiv müraciət olarsa, bu halda Qan Bankından xüsusi maşınlar həmin quruma göndərilə bilər.

“Psixososial Reabilitasiya və İnkişaf” İctimai Birliyi gəncləri bu aksiyaya qoşulmağa , uşaqlara yardım etməyə çağırır. Aksiyada iştirak üçün aşağıdakı nömrələrə zəng etmək, yaxud Facebook səhifəsindən əlaqə saxlamaq olar

(99455)2448004

(+99412)4088004

https://www.facebook.com/events/225563067630216/?ref=22

Oxumağa davam et
Reklam
Reklam

Gündəm